Ağaclar haqqında maraqlı faktlar

1. Ən qədim ağac Avstraliya mikrozamiyasıdır. Bunlar 5-7 min il yaşıyırlar. Ayrıca ekzemplarlar isə 15 000 ilə kimi yaşaya bilirlər. İkinci yerdə Mafusayl adında şam ağacıdır. Onun yaşı 4800 ildir, Kaliforniyanın «White Mountains» parkındadır

2.Bir ağac ildə 120 kiloqram oksigen ayırır. Bu iki insanı təmiz hava ilə təmin eləmək üçün kifayətdir.

3. Ətirli qatran qurudulmuş ağac şirəsindən hazırlanır.

 4. Tozağacı ildə milyondan çox toxum istehsal edir.

5. Əgər hər «New York Times» qəzetinin oxucusu öz nüsxəsini təkrar emala təhvil versə 75 000 ağacı qorumuş olar.

6. Palıd ağacının odununda və yarpaqlarında 400 000 tırtıl (kəpənək qurdu) mövcuddur.

7. Eksprimentlər göstərib ki, xəstəxana otaqlarının pəncərəsi yaşıl zonaya, parklara, meşələrə açılan xəstələr daha tez sağalırlar.

8. Araxis fındıq növü deyil, paxlalılar sinifinə daxildir.

Ardı →

Tarixdə iz qoymuş yeddi həyat yoldaşı

Jozefina Boqarnye
Josephine Bogarne250 il əvvəlin 23 iyun 1763-cü ilində Napalyon Bonapartın birinci və ən sevimli qadını olan  dünyaya gəlib. Kral, prezident baş nazir həyat yoldaşlarının bir çoxu kimi o, təkcə ərinin ürəyində deyil, eləcə də dünya tarixində iz buraxıb.

Karibdəki Martinika adasından olan Jozefina hələ 16 yaşındaykən Boqarnye soyadlı vikonta ərə gedib. Tezliklə boşanıb və iki uşaqla qalıb. Ancaq gözəlliyi ona itib-batmağa imkan verməyib. Təbii ki, yüngül həyat tərzinə meylliliyi də.

Jozefina 1789-cu ilin Fransa inqilabından sonra yaradılmış Milli yığıncağın sədri Pol Barrasın sevgilisi olur. Məhz Barras qadını gənc general Bonapartla tanış edir. Jozefinadan altı yaş kiçik olan Napalyon ona uşaq kimi vurulur. 1796-cı ildə cütlük evlənir.

Napalyon İtaliyada müharibə apararkən qohumları böyük sevinclə generala Jozefinanın kimlərlə gizli şəkildə münasibət qurduğunu çatdırırdılar. Ancaq bu xəbərlərin xeyri olmurdu. Bonapart həyat yoldaşının sədaqətsizliyinə və ordu hesabına apardığı şübhəli maliyyə sövdəşəlmələrinə göz yumurdu. Hətta çoxlu miqdarda pul verir, arvadının qohumlarını müxtəlif yüksək vəzifələrə təyin edirdi.


Ardı →

XX əsrin II yarısında iqtisadi böhranlar

Azad bazar iqtisadiyyatından doğan silsilə böhranlar ikinci dünya müharibəsindən sonra da səciyyəvi hal almışdı. Müharibədən sonra 1948 — 1949, 1953 — 1954, 1957 — 1958, 1960 — 1961, 1969 — 1970, 1974 — 1975, 1979 — 1982, 1990 — 1991- və XX əsrin son illərində iqtisadi böhranlar baş vermişdi. Onlardan 1974 — 1975-ci illər böhranı daha dərin və əhatəli olmuşdu.
Bu böhran ABŞ, İngiltərə və AFR-də başlamış, eyni vaxtda bütün kapitalist ölkələrini əhatə etmişdi. Böhranın belə əhatəli olması müharibədən sonra dünya iqtisadi inkişafında baş vermiş yeni meyllər ilə əlaqədar idi. Belə ki, ikinci dünya müharibəsindən sonra elmi-texniki tərəqqi nəticəsində kapitalizm dəyişilmiş, istehsalda beynəlmiləlləşmə artmış, beynəlxalq əmək bölgüsü və ixtisaslaşma dərinləşmişdi.
Ardı →

İranda Məşrutə inqilabı

XX əvvəllərində İranda da sosial ziddiyyətlər kəskinləşmişdi. O, feodal və yarım müstəmləkə zülmündən əziyyət çəkirdi. Əhali, xüsusən mülkədarlar, tacirlər və sələmçilər Şah hakimiyyətinin məhdudlaşdırılmasını, mülkiyyətlərinin toxunulmazlığının təmin olunmasını, valilərin və xanların özbaşınalığına son qoyulmasını, İranlı sahibkarlara xarici sahibkarlarla bərabər hüquqlar verilməsini tələb edirdilər. Onların bu tələbləri ruhanilər tərəfindən də müdafiə olunurdu.
Ölkənin ağır vəziyyəti əhalini cana doydurmuşdu. O, mövcud rejimə qarşı çıxmağa başlamışdı. 1905-ci ilin dekabrında Tehran və ölkənin digər şəhərlərini bürüyən kütləvi nümayişlər inqilabın başlanmasından soraq verirdi. Dekabrın 14-də ali ruhanilərin çağırışı ilə beş mindən artıq nümayişçi Tehranın Şah Əbdüləzim məscidində bəstdə oturmuşdular. Şahın səylərinə baxmayaraq ruhanilərin bəsti dayandırılmadı.
Ardı →

Bunları da bilmək lazımdır

1 kq bal hazırlamaq üçün 1 arı 2 milyon gülə qonmalıdır

1. Fransada insan siması olmayan gəlinciklərin satışı qadağandır.

2. Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən ideal ölkə seçilib.

3. Peyğəmbərimiz (s) buyurub: “Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur:  Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.

4. Qədim Romada xəstə cərrahiyyə əməliyyatı zamanı ölərdisə, cərrahın əllərini kəsirdilər.

5. Sienada (İtaliya) Mariya adlı qadın fahişə ola bilməz.

6. Dünyadakı canlıların 70%-i bakteriyalardır.

7. Fil yeganə heyvandır ki, 4 dizi vardır.

8. Tokioda zooparklar il ərzində 2 ay bağlanır ki, heyvanlar insanlardan dincəlsinlər.

9. Arının çalmağından hər il çox adam ölür, nəinki ilanın çalmağından.

10. Akulalarda xərçəng xəstəliyinə qarşı immunitet vardır.


Ardı →

Çernobıl həqiqətləri

    25 aprel 1986-cı ildə dünya ən böyük faciələrindən birini yaşadı. Ukraynanın Çernobıl şəhərində yerləşən atom stansiyasının 4-cü enerji blokunda baş verən qəza bir çox insanın həyatına son qoydu. Gələcək nəsillərə böyük fiziki damğalar vurdu. Həqiqətən təsir gücü və əhatə dairəsinə görə Çernobıl qəzası XX əsrin ən dəhşətli faciələrindən biridir. Hələ də Ukrayna və Belorusiyada radiasiyanın təsiri nəticəsində anormal  və xəstə uşaqlar doğulur. Bu haqda çox yazılıb, çox danışalsa da söz-söhbətlər, miflər səngimək bilmir. Çünki SSRİ və ABŞ rəhbərlərinin həmin vaxt şübhəli davranışları buna əsas verir. Bəzi mülahizələrə görə burada SSRİ-nin gizli silahı olmuşdur. Bundan başqa bu hadisəni ABŞ-ın diversiyası hesab edənlər də var. Ukraynanın özündə bəziləri SSRİ-nin Çernobılda yeraltı gizli laboratoriyalarda keçirdiyi dəhşətli eksperimentlərin məntiqi nəticəsi kimi izah edirlər. Bəs əslində Çernobılda həmin vaxt nə baş vermişdi.
   25 aprel gecəsi Lenin adına Çernobıl atom stansiyasının 4-cü enerji blokunda növbətçi mühəndis dəstəsi reaktorda sınaq aparırdılar. Qeyd edilir ki, bu sınağa qədər reaktorda 3 dəfə sınaq aparılsa da hamısı uğursuz olmuşdur. Reaktorun soyudulması zamanı birdən-birə yüksələn istiliyin qabağını almaq mümkün olmadıqda baş mühəndisin kəskin xəbərdarlığına baxmayaraq işçilərdən biri “Qəza həyəcanı” düyməsini basır. Bu isə ən böyük səhv idi. Partlayış nəticəsində külli miqdarda radiasiya külü atmosferə sovrulur. Amma SSRİ rəhbərliyi ətrafda yaşayan insanlara heç bir xəbərdarlıq etmir. Qəzadan 8 saat sonra Almaniya höküməti öz ərazisində radiasiya əlamətləri aşkarlayır. Dərhal ölkənin atom obyektləri yoxlanılır, lakin heç bir sızıntı aşkarlanmır. Ən qəribəsi budur ki, ABŞ prezidenti Reyqan həmin vaxt qəza   barədə xəbərdar idi. Avropanın şübhələri və ABŞ-ın ittihamları nəticəsində qəzadan 36 saat sonra SSRİ qəzanın baş verdiyini etiraf edir. Bu vaxt artıq radioaktiv kül İslandiya adasına çatmışdı. Aprelin 27-si SSRİ rəhbərliyi stansiya ətrafında olan kəndləri, Çernobıl və Pripiyat şəhərlərinin əhalisini 48 saat ərzində evakuasiya edir. Ümumilikdə evakuasiya 2001-ci ilə kimi davam etmiş, 5 milyona yaxın insan köçürülmüşdür. 30 kilometr radiusda olan ərazi radioaktiv zona kimi qapadılır. Həmin gün baş mühəndis olmuş Dyatlov 10 il həbs cəzası alır. Lakin o həm məhkəmədə, həm də sonralar özünün yazdığı kitabında günahkar olduğunu boynuna almır. Dyatlov qəzanın reaktorda olan texniki səhv ucbatından baş verdiyini irəli sürür.
   Qəzanın elan olunmasından sonra SSRİ rəhbərliyi əhalinin diqqətini 1 may bayramına yönəltmək istəsə də əraziyə çoxlu reportyor axını başladı. Elə şübhələr də bundan sonra başladı. Çernobıla buraxılmış ilk xarici müxbir Fil Donaxyo Çernobılda Kopaçi kəndi yaxınlığında keçərkən uzaqda meşənin içərisindən göyə yüksələn nəhəng obyekti görəndə heyrətini gizlədə bilmir. “Bu nədir?” sualına DTK işçisi gülməli cavab verir-“Tikintisi yarımçıq qalmış mehmanxana”. Lakin bu obyekt möhkəm beton blok üzərində paslanmayan poladdan hazırlanmış antena idi.

    Hündürlüyü 150 metr, uzunluğu isə 400 metr olan “Duqa-2” antenası sovet kosmos elminin mirvarisi hesab olunurdu. Tam məxfi sayılan hərbi obyektin tikintisinə atom stansiyasının tikintisindən qat-qat çox düz 7 milyard rubl sərf olunmuşdu. Antena qitələrarası ballistik raketləri izləmək imkanı verirdi. Antena ilk dəfə işə salınarkən ABŞ sahillərini də izləməsi hərbçiləri bərk heyrətləndirmişdi. Bu cür nəhəng antena hələ indiyə qədər tikilməyib. Antena aşkarlanarkən müxtəlif söz-söhbətlər yayıldı. Birincisi antena ətrafı qəza baş vermiş yerdən daha sərt qorunurdu. İkincisi  müəyyən olundu ki, bu cür nəhəng obyekti fasiləsiz enerji ilə yalnız atom stansiyası təmin edə bilər. Bu da atom stansiyanın nə üçün tikilməsi məqsədini ortaya qoyurdu. Digər tərəfdən meşənin dərinliklərində tikilmiş bu antenanın ətrafında Ukraynanın özündə də bilmirdilər ki, Çernobıl-2 şəhəri yerləşir. Həmin şəhərdə obyektdə işləyən hərbçilər, mühəndislər və alimlər yaşayırdılar. Ukraynanın özündə bir çoxları belə hesab edirki, əslində bu obyekt SSRİ-nin yeni silahıdır. Hansı ki, insanın beynini və düşüncəsini idarə etməyə imkan verir. Bu ideyadan bəhrələnən GSC kompaniyası “Stalker” adlı komputer oyunları seriyasını yaratdı(bax: Stalker-Clear Sky, Shadows of Chernobyl, Call of Pripiyat).
   Bu ideyanı müdafiə edənlər belə bir iddia irəli sürürlər ki, ABŞ bu silahdan xəbərdar olanda diversiya həyata keçirərək stansiyanı partlatmışdır. Daha bir iddia isə Duqa antenasının hələ də işləməsi fikridir.
  Çernobıl faciəsindən sonra SSRİ rəhbərliyi antenanın fəaliyyətini dayandırdı. Amma hələ də radioaktiv zəhərlənmə zonasında nələrin baş verdiyini bəşəriyyət tam bilmir.
    Ukrayna höküməti 2001-ci ildə turistlərin Çernobıl və Pripiyat şəhərlərinə girişinə icazə verir. Amma bu vaxta qədər qorunan əraziyə gizli keçən maroderlər çoxlu metal tullantılarını oğurlayaraq satırdılar. Antena ətrafına gizli gedən, özlərinə stalker adı verən və turistlərə bələdçilik edən şəxslər bir sıra foto şəkilləri ortaya qoydular. Sonralar əraziyə giriş qadağan edilir. Dağılmış enerji blokunun üstündə tikilmiş beton sarkofaqda sızıntı aşkarlandığı üçün hal-hazırda metal konstruksiyalı örtük hazırlanır. 

www.youtube.com/watch?v=YldiX0Ojy_s
Davamı →

Nikolay Dobrolyubovun essesi - "Mən bir qadını nə qədər ehtirasla sevirəm..."

Oblomovçuluq

Oblomovların hamısının insanlara və xüsusən qadınlara olan münasibətlərində bəzi ümumi cəhətlər var. Onlar ümumiyyətlə insanlara, onların xırda zəhmətinə, məhdud anlayışlarına və kiçik arzularına nifrət edirlər.

Qadınlara münasibət məsələsində oblomovların hamısı özlərini eyni dərəcədə biabırçı aparırlar. Onlar qətiyyən sevməyi bacarmır və həyatda heç bir məna görmədikləri kimi, eyniylə sevgidə də, nə kimi bir məna axtarmaq lazım gəldiyini bilmirlər. Onlar nə qədər ki, qadına bir əyləncə, yay üzərində hərəkət edən bir kukla kimi baxırlar, onunla əylənməkdən vaz keçmirlər; onlarda qadın qəlbini əsir etməyə də meyl vardır… Bəs necə! Onların ağa təbiəti bundan çox razı qalır. Lakin iş bir qədər ciddi şəkil aldıqda, onlar öz qarşılarındakının doğurdanda oyuncaq deyil, öz hüquqlarına hörmətlə yanaşmağı onlardan da tələb etməyi bacaran bir qadın olduğunu gördükdə, dərhal biabırçı şəkildə qaçmağa üz tuturlar! Bütün bu cənablar hədsiz dərəcədə qorxaqdırlar. “Məşhur və işvəli qadınların qəlbini çox erkən həyəcana salmağı bacaran”, qadınları “nəşəsiz axtaran və təssüf etmədən, acımadan atıb gedən” Onegin Tatyananın qarşısında qorxaqlıq göstərir. O, iki dəfə — özü ondan dərs alarkən və özü ona dərs verərkən — Tatyananın qarşısında qorxaqlıq edib geri çəkilir. Tatyana, axı lap əvvəldən onun xoşuna gəlirdi. Əgər Tatyana Onegini bundan az bir ciddiyyətlə sevsəydi, o zaman Onegin onunla ciddi bir əxlaq müəllimi kimi danışmağı fikrinə belə gətirməzdi. Lakin iş bu yerə çatanda Onegin görür ki, bu məqamda zarafat etmək təhlükəlidir, buna görə də öz keçmiş həyatından, öz pis xasiyyətindən, Tatyananın gələcəkdə başqa birisini sevəcəyindən və sairədən dəm vurmağa başlayır. Sonralar o öz hərəkətini belə izah edir ki, “Tatyanada zərif bir hissin qığılcımını görərək ona inanmaq istəmədi”:


Ardı →

Fridrix Nitsşedən tərcümələr

1. Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan… Yunanların fəlsəfə ilə baş qatmaqları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.

 

2. «Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu, o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur”.

3. Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir… Bütün yalanlar ehtiyacdan doğur. Yalan oyunu xüsusi qabiliyyət tələb edir. Əslində yalnız həqiqət ehtirası gerçək həzz doğura bilər. Ən böyük ehtiras sənət ehtirasıdır ki, həqiqəti bütünlüklə yalan qiyafəsində təqdim edir. Şəxsiyyət məfhumu, hətta mənəvi azadlıq üçün zəruri olan illuziyalar da belədir, bizim bütün həqiqət ehtiraslarımız da yalan üzərində qərar tutur.


Ardı →