Çərçivənin arxasındakı məktub

Həyat yoldaşımı 1998 ilin payızında itirdim.Yeddi illik evliliyimizin iki ilini xərçəng xəstəliyinin müayinəsi üçün xəstəxanada keçirmişdik.

Həyat yoldaşım, hər evlilik ildönümümüzdə ikimizin fotoşəkilini çərçivəyə qoyar, «Bunlar bizim həyatımızın kölgələri» deyərdi… Öldüyündə, yeddi dənə şəkilimiz vardı.
97in bir gecəsində onu aldatdım. Halbuki ona davamlı onu nə qədər çox sevdiyimi və
Ardı →

Sabah dünyanın sonu olsaydı nə edərdiniz?

Amerikada universitetlərdən birində professor dərsə başlayarkən tələbələrinə üz tutub deyir:
-Fərz edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey bitəcək. Xilas ola bilməyəcəksiniz. Bu gün nə edərdiniz?
-Tələbələr müxtəlif cavablar verirlər:
-İbadət edib Allahdan günahlarımı bağışlamasını diləyərdim.
-Bütün sevdiklərimlə vidalaşardım.
-Vaxtımı ailəmlə keçirərdim.
-Ananma ya da atama baş çəkərdim.
-Dostlarımla əylənərdim.
-Ən sevdiyim yeməyi yeyərdim.
-Meşədə gəzərdim.
-Günəşin doğuşunu və batışını izləyərdim.
-İncitdiyim insanlardan üzr istəyərdim.
-Özümdə cəsarət tapıb onu sevdiyimi söləyərdim. və s.
Müəllim tələbələrin cavablarını bir-bir lövhəyə yazır. Sonra gülümsəyərək deyir:
-Uşaqlar, bunları etmək üçün dünyanın son günü olmalıdır məgər?

P.S. İnsan hər gününü «DÜNYANIN SON GÜNÜ İMİŞ» kimi yaşamalıdır. Bu həyat nə qədər amansız, dünyamız nə qədər qəddar olursa olsun həyatdan zövq almağa, bu həyatı doya-doya yaşamağa çalışaq.Çünki həyat ondan zövq alanlar üçündür…Gəlin bu həyatı elə yaşayaq ki, nə biz bu dünyadan köçəndən sonra başqaları peşmançılıq yaşasın, nə də başqa biri həyatdan köçəndə biz peşmançılıq yaşayaq…

Davamı →

Onlar oruc tutmadılar

Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmalarını əmr edərək:
— Mən icazə vermədən kimsə orucunu açmasın, buyurar.
Hər kəs orucunu tutar. Axşam olunca, tək-tək müraciət edənlərə, iftar icazəsi verər. Bu vaxt bir adam gələrək:
— Ya Rəsulullah! İki gənc qız oruc tutdu və yoruldular. Zat-i alinizə gəlməyə utanırlar.
Ardı →

Kimlər cənnətə daxil olmayacaq

Peyğəmbər (s.ə.s) buyurur:
«Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın».
«Ey ALLAH bəndələri! Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, bir-birinizlə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər ALLAH onlardan üz çevirər».


Ardı →

Molla Nəsrəddin

Molla arvadını dəyişir
Mollanın çox tənbəl, səliqəsiz bir arvadı var imiş. Ancaq qızı arvadın lap tərsi imiş: gözəl, səliqəli bir qız imiş. Odur ki, Mollanın çayını-çörəyini həmişə o hazırlayarmış.
Gün o gün olur ki, qonşu kəndlərin birindən Mollanın qızına elçi gəlir. Danışırlar, razılaşırlar, Molla qızını ərə verir.
Ardı →

As salam aleykum :)

Hz. Aişə ( r.a ) yoldaşı, Rəsuli Əkrəm ilə birlikdə oturmuşdu. Bir yəhudi adam içəri girdi. Girdiyi anda bilərəkdən — "..As Salam Aleykum.." ( Sizə Salam Olsun ) əvəzinə qəsdən "..As Səmu Aleykum.." ( Sizə ölüm olsun ) dedi. Uzun sürmədi, başqa biri daha gəldi. O da salam yerinə ölüm üzərinizə olsun dedi. Bunun təsadüf olmadığı məlum idi. ALLAH Rəsulunu (s.a.a) dillə incitmək üçün edilən bir plan idi.


Ardı →

Eşqin gözü kordur

Bir zamanlar bütün duyğular bir yerə yığılıb gizlənpaç oynayırlarmış. Düşüncəsizlik, Xoşbəxtlik,Kədər, Eşq-də burda imiş. Danışırlarki kim birinci axtaracaq? Düşüncəsizlik heç düşünmədən Deyir mən.Duşuncəsizlik saymağa başlayır. 98,99,100 açir. Hamı gizlənmişdi.Xoşbəxtlik suyun içinə girmişdi. Kədər ağaca çixmisdı, Eşq özünə yer tapa bilmirdi. Artıq gec olduğunu görüb özünu tikanliğa atir. Düşüncəsizlik gozunu acir, Xoşbəxtlik suyun icinden cixir tapilir, Kədər o qədər üzülür ki, ağacda dayana bilmir yerə yıxılır tapılır. Sıra gəlir Eşq-ə. Çox axtarırlar Eşq-i,
Ardı →

Rusiya mədəniyyət tarixi

Dünyanın ən qədim mədəniyyətlərindən biri olan rus mədəniyyətinin konkret olaraq hansı tarixdən və hansı sosial-ictimai proseslə əlaqədar təşəkkül tapdığı məlum deyil. Bir həqiqət inkaredilməzdir ki, rus mədəniyyətinin əsasında qədim slavyan mədəniyyəti durur. Bu gün ruslar və digər rus mənşəli xalqlar qədim slavyan mədəniyyəti ənənələrinə sadiq qalır, onun mütərəqqi keyfiyyətlərindən istifadə edirlər.
İbtidaidən aliyə doğru tədrici inkişaf keçmiş rus mədəniyyətinin ən qədim qalıqlarının əsasında şərq slavyanlarının bütpərəst mədəniyyəti durur. Bu xalqlar müxtəlif region və ərazilərdə yaşasalar da, müxtəlif həyat normalarına, məişət tərzinə malik olsalar da, hətta orjinal xüsusiyyətləri ilə fərqlənsələr də tarixi kökləri eynidir.
Davamı →

Filippin

Filippin Asiyanın cənub-şərqində 7100 adada yerləşir. Onlardan yalnız 860-da məskunlaşma vardır. Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dilidir. İspan və ingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları Luson, Mindoro, Samar, Panay, Palavan, Neqros, Sebu, Leyte və Mindanao. 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippin Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidi pesodur.


Ardı →