Zeytun yağı

Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4 — 6, nadirən 10 — 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Davamı →

Möcüzəli yuxular

Sinif müəllimi, uşaqların yuxuları üzərinə bir araşdırma edirdi. Yuxu görmənin insan ruhunu nə qədər rahatlaşdırdığını və onlar üçün nə qədər lazımlı olduğunu ifadə etdikdən sonra:
— Söyləyin baxaq! dedi. Bu gecə nə gördünüz?
Uşaqlar, tək-tək əl qaldıraraq yuxularını izah etməyə başladılar. O həftəki yuxuların bir çoxu, üç gün əvvəl meydana gələn bir təyyarə qəzası ilə əlaqədar idi.
Ardı →

8 mart azadlıqdırsa...

Əgər azadlıq budursa, "...buraxın zindanlara məhkum olum..."
İnsanlar tarixən çox günlər qeyd ediblər, bayramlar keçirdiblər, özünün olan-olmayan, istədiyi və ya istəmədiyi, məcburən və ya sevərək — bir sözlə, təqvimlərdə daha tünd rənglərlə öz əksini tapan günlər keçirdiblər.

Bu gün də həmin günlərdən biridir. Məhz bu gün Azərbaycan kişisi qadınına gül-çiçək bağışlayır, hədiyyə alır, bu gün Azərbaycan qadını ona hədiyyə verilmədikdə inciyir, önəmsənmədiyini sanır. Qıcıqlanır mənim ölkəmin qadını. Nədir bu «8 mart» və bu gün özündə bu istedadı və haqqı ehtiva edirmi ki, mənim ölkəmin kişisi bu gün öz anasını, qadını, bacısını təbrik etsin?!
Ardı →

Qoxuların oyunu

İsti bir yataqda yatdığımı hiss edirəm. Otaq çox dincdir, yatırammı yoxsa oyanığammı bilmirəm. Otağın içində xoş ətirli qızarmış çörək qoxusu; közlenmiş kartof və şabalıd qoxusu var, araya göbələk qoxusu qarışır. Yaxşı amma anam heç göbələk bişirməz ki! Haradan qarışdı bu qoxu bilmirəm. Sobanın otağa verdiyi gözəl istiliklə gərnəşirəm, palıd odununun çıtırtısını eşidirəm. Əslində kömür yandırar anam, demək ki soba sönür alovlandırmaq üçün odun
Ardı →

Süveyş kanalının tarixi

Süveyş kanalı (Suez Canal) Sinay yarımadasının qərbində, Misir ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır.Kanalın uzunluğu 163 km, ən dərin yeri 300 metrdir. Əsas limanları Port-Səid və Süveyş şəhərləridir.

Kanalın çəkilişi fransız diplomatı və mühəndisi Ferdinand de Lessepsin rəhbərliyi altında 25 aprel 1859-cu ildə başlanılmış, 16 noyabr 1869-cu ildə açılmışdır. Kanal ilk açıldığında 163 km uzunluğu və 8 metr dərinliyi olub. Hazırda isə, Süveyş kanalının uzunluğu 193 km, eni 205 metr, dərinliyi isə 24 metrdir. 
Süveyş kanalının İdarəetmə Mərkəzinin (Suez Canal Authority) məlumatına görə, 2003-cü ilin yekunlarına əsasən, kanaldan 17224 gəmi keçmişdir.
Ardı →

8 Mart

Kişilər üçün bu ağır gündə hamını xoş gördük!
Əvvəla nəzərinizə çatdırım ki, 50 AZN və Baku Language Business School-da endirim kuponunu reytinqi ən çox artmış adama həvəsləndirici mükafat veriləcəkdi. Bu bir ay ərzində çox maraqlı yazıları ilə hamını sevindirmiş MASON qalib olur və mükafatı qazanır.
Facebookda isə bu bir ay ərzində ən çox like olunan komment müəllifi olan isə www.facebook.com/arzu.velizade adlı xanım olur. Ən çox like olunmuş kommentlərin siyahısına burada baxa bilərsiniz.
Davamı →

Üç əlamət

İmam Sadiq (ə)  Loğman (ə) oğluna dedi: «Oğlum! Hər şeyin üç əlaməti vardır ki, onunla tanınar və sorular.
Dinin də üç əlaməti vardır: Elm, iman və ona (elminə) əməl etmək.
İmanın da üç əlaməti vardır: ALLAHA, Onun kitablarına və mələklərinə iman bəsləmək.
Alimin 3 əlaməti vardır: ALLAHI, Onun sevdiklərini və Onun bəyənmədiklərini tanıyar.
Möminin 3 əlaməti vardır: Namaz, Oruc, Zəkat.


Ardı →

100 nəfərin qatili

Bu hədisi dəfələrlə oxumuşam. Əminəm ki, çoxları oxumamış olmazlar. Amma yenə də icazənizlə hikmətlə dolu olan, uca Allahın nə qədər biz bəndələri sevdiyini, necə rəhman və rəhim olduğunu göstərən bu hədisi sizlərə təqdim edim.
Əbu Səid (r.a) rəvayət edir:
«Rəsulullah (s.a.s) buyurdular ki:
Sizdən əvvəl yaşayanlar arasında 99 adamı öldürən bir adam vardı. Bir ara yer üzünün ən məlumatlı adamını soruşdu. Ona bir rahib məsləhət edildi. Onu axtarıb tapıb, doxsan doqquz adam öldürdüyünü, özü üçün bir tövbə imkanının olub olmadığını soruşdu.


Ardı →

Bağlanmayan qapı

Hökmdarlıq edən birinin çox gözəl bir bağçası vardı. Rəngarəng çiçəklərlə təchiz edilmiş, tam bir zövq və səfa yeri idi. Bir gün hökmdar sarayın bağçasına gəldi. Hökmdar bağbanı bir bəhanə ilə bağçadan kənara göndərdi. Və bağbanın zövcəsinə dedi ki : 
— Bağçanın qapılarını bağla. Heç bir qapı açıq qalmasın
Qadın, ağıllı və namuslu idi. Hökmdarın pis niyyətini yerindəcə anladı.


Ardı →

Sən namaz qılmadın

Peyğəmbərimiz (s.a.v.), bir gün məsciddə səhabələriylə birlikdə oturarkən, adı Hallad olan, yeni öyrənmiş bir bədəvi şəxs içəri girdi. Rüku və səcdəsini tam etmədən bir namaz qıldı. 
Sonra Peyğəmbərin (s.a.v) hüzura gələrək salam verdi. Rəsulullah (s.a.v) salamını aldı və.
— Dön namazını təkrar et, buyurdu.
O şəxs dönərək, əvvəlki etdiyi kimi namazını təkrar etdi. RəsulALLAH (s.a.v.),
— Dön təkrar et; çünki  sən, namaz qılmadın!, buyurdu.
Bu hal üç dəfə təkrar edincə Hallad (r.a.) :
— Ya Rəsulullah! Səni haqq ilə göndərən ALLAHa and olsun ki, ancaq bu qədər bilirəm, doğrusunu mənə öyrədərsənmi? dedi. 
Peyğəmbərimiz  (s.a.v.):
— Namaz qılmaq istəyincə gözəlcə dəstəmaz al, qibləyə dön, iftitah təkbirini et,  bacara bildiyin qədər Quran (surələrdən) oxu, sonra rükuya gedib lazımı qədər dayan. Sonra başın tamamilə dik olana qədər ayaqda qal, sonra səcdəyə gedib lazımı qədər  səcdədə qal, başını qaldırıb hərəkətsiz qalana qədər otur. Bunları bütün namazlarda beləcə etsən namazın tam olar, bundan nəyi azaltsan namazı azaltmış olarsan, buyurdu."


Davamı →