Məmulatların konstruksiya edilməsi. Düzbucaqlı və müxtəlif formalı detalların çertyoju

Konstruksiyaetmə — məmulat hazırlanmasının ən vacib başlanğıc mərhələsidir (konstruksiya — latın dilindən tərcümədə «quruluş» deməkdir). Adətən, konstruksiyaetməni məmulatın xəyali təsəvvüründən başlayır, daha sonra onun eskizini, texniki rəsmini və çertyojunu işləyərək yaradıcı əmək sərf etməklə həmin xəyali təsəvvürləri gerçəkləşdirirlər.
Sonra lazımi materialları seçir və məmulatın təcrübi nümunəsini hazırlayırlar. Onun möhkəmliyini və ya işləmə qabiliyyətini yoxlayır, qüsurları aradan qaldırmaq şərtilə məmulatı mükəmməl nəticə alana qədər təkmilləşdirirlər.
Davamı →

Yeniyetməlikdə hər 5 oğlandan birində müşahidə olunan xəstəlik

Varikosel yeniyetməlik dövründə hər 5 oğlandan birində müşahidə oluna bilən xəstəlikdir. Yumurtalıqda şişlik və qasıqlarda ağrı ən çox şikayət olunan nüansdır.
Bunu uşaq urologiyası uzmanı, cərrah Pərviz Hacıyev bildirib.
Həkim qeyd edib ki, hər varikoselenin müalicəyə ehtiyacı olmur. Xayaya zərər vura biləcək və sonsuzluğa səbəb olma ehtimalı olan varikosele müalicə olunmalıdır.
Davamı →

Oduncağın tədarükü və mişar materiallarının istehsalı

Ağac emalı sənayesi mişar materiallarının, plitələrin, oduncaq məmulatlarının hazırlanması ilə məşğul olur. Ağac emalı sənayesində mişarçılar, çərçivəçilər, dəzgahçılar, xarratlar, dülgərlər və s. kimi peşə sahibləri işləyir.
Hər böyüyən ağac öz ətrafında bitki və heyvan aləminin qarşılıqlı əlaqədə inkişaf etdiyi mikroiqlim yaradır.
Ağaclar bizim nəfəs aldığımız oksigeni hasil edir və karbon qazını udur. Təbiətdə məhv olan ağacların sayı əkilənlərdən artıqdır. Saysız-hesabsız ağac kəsilir və meşə yanğınları zamanı məhv olur. Elə bu səbəbdən meşələrin bərpa edilməsi öhdəmizə düşən ən mühüm işlərdən biridir.
Davamı →

Meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası

Meyvə ağaclarının əkilməsini düzgün həyata keçirmək üçün müəyyən edilmiş qaydalara riayət etmək lazımdır.
Əkiləcək ağac növlərini müəyyənləşdirmək və onların inkişafına təsir edən şəraiti təyin etmək üçün belə bir fakt nəzərə alınmalıdır ki, ağacların bir çoxu bar gətirmir və buna görə də bəzi sahələrdə bir dəfəyə bir neçə ağac növü əkmək lazımdır.
Ağacların əkilməsini yaz və ya payız fəsillərində həyata keçirmək olar. Yaz fəslində bu müddət beş həftə müəyyən olunmuşdur (torpağın donu açılandan etibarən), payızda isə yarpaqların saralmağa başlamasından şaxtalar düşənə qədər olan (sərt şaxtaya təqribən 15-20 gün qalmış) üç ay müddətində ağac əkini ilə məşğul olmaq olar.

Davamı →

Sanitar-texniki avadanlıqların sadə təmiri

Hər mənzildə və məktəbdə su kranı və suötürücüdən ibarət olan sanitar-texniki avadanlıqları mövcuddur. Nasazlıqlar ən çox bu hissələrdə yaranır.
Su kranını və ya suötürücünü necə təmir etmək olar?
Su kranını və ya suötürücünü təmir etmək üçün onların quruluşunu bilmək və hissələrini bir-birindən fərqləndirməyi bacarmaq lazımdır. Şəkil 1-də sadə su kranının quruluşu göstərilmişdir. Kran başlığını saat əqrəbi istiqamətində fırlatdıqda, şpindel  burulub gövdənin  içinə daxil olur, ara qatı olan şayba ilə  deşik (yuva) bağlanır və krandan su gəlmir. Şpindellə gövdə arasında sıxlaşdıncı qay- ka  mövcuddur.

Davamı →

Qapı kilidlərinin quruluşu və quraşdırılması

Üstdən qoyulma kilidi quraşdırmaq üçün əvvəlcə qapının dirəyində (döşəmədən təxminən 1,2 m hündürlükdə) kilidin yerini müəyyənləşdirir və karandaşla bərkidici lövhə üçün novun yerini nişanlayırlar. Novu elə dərinlikdə kəsirlər ki, bərkidici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq deşik açırlar.

Davamı →

Darıdağ müalicəvi duzu

Kainat əczaxanası bütün xəstəliklərin müalicəsi üçün kifayət edir deyirlər. Elə bir xəstəlik yoxdur ki, dünyada onun sağalmasına, müalicəsinə kömək edəcək, təsir edəcək şey olmasın. Allah yaratdığı hər bir əşyanı, hər bir canlını böyük bir hikmətlə, qüdrətlə yaradıb. Biz insanlar isə öz qeyri-kafi biliklərimizlə hər şeyi dərk edə bilmirik. Amma elm inkişaf etdikcə, bilik artdıqca çarəsi olmadığını düşündüyümüz xəstəliklərin də çarəsi tapılır, o xəstəliklərdən əziyyət çəkən xəstələr şəfa tapırlar. Dağlardan gələn mineral sular da bu qəbildən olan, Allahın dünyada bizə bəxş etdiyi nemətlərdəndir.

Davamı →

Niyə dəri antioksidanlara ehtiyac duyur?

Oksigen Yerdəki demək olar ki, bütün canlı orqanizmlər üçün vacib elementdir. Buna görə molekulların hüceyrələrimiz üçün təhlükəli ola biləcəyini təsəvvür etmək çətindir. Lakin aktiv oksigen göründüyü kimi həqiqətən zərərsizdir.
Vücudumuza daxil olan oksigenin  təxminən 2% -i aktiv formaya çevrilib, azad radikallara çevrilir. Bunlar bir və ya daha çox elektrona malik olmayan «qüsurlu» molekullardır. Radikal bu itkin elektronları digər molekullardan alır və onlar artıq bədəndəki rolunu yerinə yetirə bilməzlər və öz növbəsində azad radikallar olurlar. Bir zəncir reaksiyası başlamış, daha çox molekulun içində olduğu yerdir.                
 

Davamı →

Keqel hərəkətləri nədir?

Doğuşdan sonra əmələ gələn dəyişikliklər və vajinada genişlənmə qadınlar üçün ciddi problemə çevrilə bilir. Xüsusilə də sidik tuta bilməmə kimi problemləri özü ilə gətirir. Bəs bu kimi problemləri necə azaltmaq olar? Bunun üçün keqel hərəkətləri edilməlidir.
Keqel hərəkətləri nədir? Faydaları nələrdir?

Davamı →