Südlü yeməklərin hazırlanma texnologiyası

Süd çox qiymətli qida məhsuludur. Onun tərkibində orqanizmin həzm prosesini qaydaya salan qidalı maddələr var. Südü müxtəlif yaş qruplarında olan insanlar qida rasionuna daxil etməlidirlər. Süd, xüsusən uşaqlar və yaşlılar üçün çox qiymətli qida məhsuludur. Təbii inək südünün tərkibinə zülal, A, B, B2, PP, C, D vitaminləri daxildir. Süd təkcə gözəl içki deyil, ondan həm də yağ, kəsmik, xama, qatıq, şirin kəsmik və s. qidalı ərzaqlar hazırlamaq olar.
İnsanlar təkcə inək südündən deyil, keçi, qoyun, camış, at, dəvə, maral kimi digər ev heyvanlarının südlərindən də istifadə edirlər.
Davamı →

İnsan həyatında qida məhsulları

Bütün həyatı boyu insan orqanizmində dayanmadan maddələr mübadiləsi gedir. Bunun üçün orqanizmə böyük miqdarda enerji lazımdır. İnsan orqanizminin həyat enerjisinin isə əsas mənbəyini qida təşkil edir.
Dərinin, saçların, dırnaqların sağlamlığı, insanın daxili orqanlarının normal fəaliyyəti düzgün və hərtərəfli qidalanmadan asılıdır. Normal qidalanmayan orqanizm ona lazım olan maddələri almır və getdikcə insanın immuniteti azalır, səhhəti pisləşməyə başlayır. Tez-tez soyuqdəymələr, qanazlığı, yaz yorğunluğu, dişlərdə kariyes halları müşahidə edilir.
Davamı →

Mexanikləşdirilmiş mətbəx avadanlığının quruluşu və iş prinsipi

Ən geniş yayılmış mətbəx avadanlıqlarına mexaniki və elektrik ətçəkən maşın, qəhvəüyüdən, mətbəx kombaynı, blender və s. aiddir.
Aşpazlıqda qiymə və ya çəkilmiş ətdən hazırlanmış yeməklər çoxdur və onlardan hər biri olduqca iştahaçan, dadlı və gözəl görünüşlüdür. Bu yeməklərin hazırlanması üçün ilk növbədə, çəkilmiş ət, yəni qiymə lazımdır. Qiyməni isə yalnız ətçəkən maşının köməyi ilə hazırlamaq olar.
Davamı →

Mexanikləşdirilmiş əl alətləri

Hər birimizin mənzilində qarşıya çıxan məişət nasazlıqlarını təmir edib aradan qaldırmaq üçün alətlər dəstinin olması vacibdir. Drel də belə alətlərdən biridir. Drel deşiklərin açılması üçün nəzərdə tutulmuş, mexanikləşdirilmiş əl və ya elektrik alətidir. Dreldən tikintidə, xarrat və çilingər işlərində istifadə edilir
Əl dreli insanın sərf etdiyi güc vasitəsilə istənilən sahədə burğulamaqla deşik açan əl alətidir. Müxtəlif materiallarda deşiklərin burğulanması üçün istifadə edilir.
Davamı →

Qalstuk niyə həmişə dəbdədir və onun taxılmasında hansı səhvlər buraxılır

Praktiki nöqteyi nəzərdən qalstuk mənasız bir aksessuardır. Lakin kişilər onu bütün rəsmi, formal və yarıformal məclislərə, ofisə taxırlar.
Buna 3 səbəb var.
1. Qalstuk pencək ilə köynəyə ciddiyət qatır. Qalstuklu kişi daha eleqant və daha ciddi görkəmdə olur. Ona dərhal inam artır. Belə aksessuar köynəyin yaxasını düzləşdirir və altındakı boşluğu doldurur.
2. İş görkəmini rəngləndirən bir variant kimi istifadə olunur. Kişi qarderobu çox da aksessuarla zəngin olmadığı üçün, qalstukdan imtina etmək asan deyil.

Davamı →

Yoqurt yemək üçün 5 səbəb

Ən böyük səbəb probiotiklərin olması, onların sizin orqanizminizi gücləndirməsidir.
Alimlər əmindirlər ki, yoqurtun tərkibindəki probiotiklər immunitetinizi möhkəmləndirir, bağırsaqlarınızı profilaktika edir. Səbəbi isə aşağıda.
1.Bifidobakteriyalar
Bu bakteriyalar soyuqdəymə ilə mübarizə aparırlar. Ekspertlər əmindirlər ki, ardıcıl 8 həftə yoqurtun yeyilməsi nəticəsində soyuqdəymə simptomları azalmış olur. Bifidobakteriyalar histamin maddəsinin çoxalmasının qarşısını alır, bu da allerjik effektlərin azalmasına səbəb olur.
Davamı →

Palma yağları insan orqanizmi üçün zərərlidirmi?

Dünya səhiyyəsinin inkişaf etdiyi bir dövrdə xəstəliklərin sayı durmadan artır. Lakin müasir elm bəzi xəstəliklərin qarşısında hələ də acizdir. İnsanlar bəzi xəstəliklərin yaranmasını ekologiyanın çirklənməsi və qida məhsullarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər. Gündəlik qida rasionumuzda önəmli yer tutan yağların mənşəyi hər zaman müzakirə edilib. Bir çox qida məhsullarında palma yağından istifadə edilir.
Bəs palma yağları insan orqanizmi üçün zərərlidirmi?

Davamı →

Suya düşən telefonu və noutbuku necə xilas etmək olar?

Telefonsuz nəinki bir günümüz, bir saatımız belə keçmədiyi üçün hər kəsin həyatında onu bir dəfə də olsa suya salma və ya islatma halı qaçılmazdır.
Bu məqalə ilə tanış olduqdan sonra telefonunuzu itirmək təhlükəsi sizdən yan keçə bilər.  Keçək mətləbə.     
Təsəvvür edək ki, telefonunuz əlinizdən çıxıb suya düşdü. Bu halda:
  1. Sakitləşin. Tez-tələsik təşvişə düşməyin. Telefonu xilas etmək şansınız hələ var.
  2. Telefonu dərhal sudan çıxarın. Suyun bütün detallara hopması üçün 20 saniyə kifayətdir. Nə qədər cəld hərəkət etsəniz, telefonu xilas etmək ehtimalınız bir o qədər çoxalar.

Davamı →

İdman zalında məşq edənlər bunları mütləq bilməlidir!

Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir.
Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.
Davamı →