Böcəkləri evdən necə qovmaq olar?

Evin küncündə, ya da dörd bir tərəfində qarışqalarla bacarmaqda çətinlik çəkirsinizsə, aşağıda yazılana əməl etməyiniz tövsiyyə olunur.
Böcəklərə qarşı apteklərdən ya da marketlərdən dərman almağa ehtiyac yoxdur. Öz qoxusuyla qarışqaları evdən uzaqlaşdıran məhlulu siz də asanca hazırlaya bilərsiniz.
Bunun üçün nə etməli?
Davamı →

Uşaqlarda dirsək çıxığı

Dirsək oynağının çıxığı 5 yaşadək uşaqlarda ən çox rast gələn hallardan biridir. Dirsək oynağının çıxığı mil sümüyünün oynaqdakı normal vəziyyətindən kənara çıxması nəticəsində baş verir.
Çıxıq uşağı əlindən sərt dartanda yaxud bir əlindən tutaraq yuxarı qaldıranda əmələ gəlir. Bu, həmçinin uşaq yıxıldığı zaman da baş verə bilər. Yerindən çıxmış sümüyü travmatoloq yerinə sala bilər. Əgər bu, vaxtında baş verərsə, gələcəkdə heç bir ağırlaşma baş verməyəcək.Bunu həkim-pediatr Həmid Hacıağayev açıqlayıb.
Davamı →

Əzələlərin inkişafı üçün hansı qidalar önəmlidir?

Əgər əzələlər çips, kola, dondurma, tort, kartof qızartması, şokolad və çaydan əmələ gəlsəydi, çoxumuz nəhəng, hər əzələsi gözlə görünən insanlar ola bilərdik. Ancaq “təəssüf ki” belə deyil və əzələ yaradan qidalar bu saydıqlarımdan tamamilə fərqlidir. Əzələ yaratmaq və ya mövcud əzələləri inkişaf etdirmək və yağ yandırmaq üçün bir çox fərqli protein qaynağına, tərəvəzə, meyvəyə, karbohidrata və sağlam yağlara ehtiyacımız var. Protein, əzələ əmələ gətirən qidalar arasında ilk sıradadır amma karbohidrat və yağların tamamilə gözardı edilməməsi və nizamlı bir şəkildə qəbul edilməsi gərəklidir. Məsələn, heç yağ ehtiva etməyən bir qidalanma proqramı tətbiq etsəniz, bədəniniz mövcud yağı saxlamağa çalışcaq. Bu da yağın daha uzun müddətdə bədəndən atılmasına səbəb ola bilər.
Davamı →

Kosmetik vasitələr təhlükəlidir?

«Günümüzdə həm qadınlar, həm də kişilər müxtəlif kosmetik vasitələrindən istifadə edirlər.  Kosmetikaların verdiyi təhlükənin zərərlərini biliəndən sonra sonra ən azından ya az istifadə etməli, ya da süni kosmetikaları daha faydalı olan vasitələrə dəyişə bilərsiniz. Elə bilməyin ki, bahalı kosmetik məhsullar faydalıdır. Reklama aldanıb nəinki dərinizi, bütün bədəninizi təhlükəyə atmayın».
Bunu həkim-fitoterapevt Fizuli Hüseynov açıqlayıb.
Həkim vurğulayıb ki, insanların müvəqqəti gözəl görünmələri üçün bu məhsullara o qədər kimyəvi qatqılar qarışdırılır ki, bunlar orqanizmə zərərsiz ötüşə bilməz:
Davamı →

Qəbizliyin təbii üsullarla müalicəsi

Qəbizlik xoşagəlməz bir vəziyyətdir ki, bu haqqda danışmaq utandırıcı hal kimi gəlir və bu problemin həllini özümüz tapmağa çalışırıq.
Bu gün dərman müalicəsindən başlayaraq, təbii üsulla müalicəsi ilə bitən ev şəraitində qəbizliyi aradan qaldırmağın bir çox yolları var.Bir insanın bağırsaqlarını boşaltmamasının səbəblərindən biri, kifayət qədər maye qəbul etməməsi ola bilər, bunun nəticəsində orqanizm bağırsaqdakı bu çatışmazlığı ödəyir. Nəcis kütlələri sərtləşir, bağırsaqdan keçməsi çətinləşir.
Davamı →

Blefaritin yaranma səbəbləri

Blefarit — göz qapaqlarının iltihablandığı və xarici kənarlarının təsirləndiyi xroniki bir xəstəlikdir. Blefarit ikitərəfli və göz bölgəsindəki ağrı ilə xarakterizə olunur. Hər yaş kateqoriyasındakı insanlara təsir göstərir. Blefarit müxtəlif amillərin təsirindən yarana bilər. İnfeksion blefaritlərə bakteriya (epidermal və qızılı stafilokokk), göbələk, gənələr; qeyri-infeksion formaya isə allergik agentlər, oftalmoloji xəstəliklər səbəb olur. İnfeksion blefaritlərin əsas törədicisi kirpiklərin tük kisəciklərini zədələyən stafilokokklardır.

Davamı →

Şəhidlik ölümə gülməkdir

Bəzi məfhumlar və dəyərlər vardır ki, insan oğlu onun həqiqətini dərk edə bilmir. Bəlkə bu dəyərlər barəsində əsər, hekayə, roman, şeir və qəzəllər yazıla bilər, ancaq mahiyyəti tam dərk edilə bilməz. Belə dəyərlərin başında “şəhidlik” məfhumu gəlir. Mahiyyəti etibarilə fərqli şəkildə təzahür etsə də, Allah dərgahındakı dəyərləri və mükafatları eynidir. Çünki İslam ədəbiyyatında bütün növ şəhidliklər eyni qəbul edilmişdir.
Sözün əsl mənasında həqiqi şəhidə “dünya və axirət şəhidi” də deyilir. Bu qrupa düşmən və ya quldurlarla döyüşdə, malını, namusunu, canını, vətənini müdafiə edərkən zülm və haqsızlıqla öldürülənlər aiddir. Savaşda yaralanan və bu səbəblə ölənlər də bu qrupa daxil edilmişdir. Hz. Peyğəmbər bir hədisində şəhidlərin beş cür olduğunu buyurur. Rəvayətdə bildirilir ki: “Vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar və Allah yolunda canından keçənlər” şəhid sayılır. (Buxari; Müslim)
Davamı →

Konveksiya

  • Fizika
Qızdırıcı cihaza yaxın durduqda ondan isti havanın yayıldığını, yəqin ki, hiss etmisiniz. Belə istilikvermə prosesini əlinizi yanan lampaya yaxınlaşdıranda da duyursunuz. Bütün bu hadisələrdə qızdırıcının, yaxud lampanın yaxınlığındakı havanın qızma prosesi baş verir.
Nəticədə qızmış hava genişlənir ve onun sıxlığı azalır. Soyuq hava kütləsi qızmış hava kütləsinə Arximed qüvvəsi ilə təsir edərək onu yuxarı itələyir. İsti hava kütləsinin yerinə isə soyuq hava axır — qaz axını baş verir. Beləliklə, qızdırıcının yaxınlığında yaranan hava seli araşdırma zamanı müşahidə etdiyiniz fırlanğıcı hərəkətə gətirir və s.
Davamı →