Kəskin xolesistit

Kəskin xolesistit nədir?
Xolesistit, yəni öd kisəsinin kəskin iltihabı ,öd daşı xəstəliyinin ən çox rast gəlinən fəsadlarındandır. Etiologiyasında öd daşlarının öd kisəsinin boynunda pərçim olunması mühim yer alır.
Kəskin xolesistitin simptomları:
Xəstədə ürək bulanması, sağ qabırğaaltı nahiyyədə ağrıların olması, bədən hərarətinin artması kimi simptomlar baş verir. Ağrılar xüsusən yağlı yeməkdən sonra baş verir. Xəstəliyə daha çox qadınlar meyllidirlər, xüsusən hamiləlikdən sonra, bədən çəkisi artığı olan insanlarda.
Kəskin xolesistitin diaqnostikası:
Diaqnostikasında laborator müayinələr, USM, sarılığı olarsa MRT xolangioqrafiya mühim yer alır.
Davamı →

Altsheymer xəstəliyi

Bu bölmədə geniş bir qrup xəstəliklər birləşir.Altsheymer xəstəliyi dedikdə 2 variant nəzərdə tutulur:
1-ci- altsheymer tipli qocalıq ağıl zəifliyi ;
2-ci: xüsusi altsheymer xəstəliyi.
Xəstəlik 1907-ci ildə Alois Altsheymer tərəfindən təsvir edilmişdir.
Altsheymer xəstəliyi səbəbləri:
Altsheymer xəstəliyi zamanı olan demensiya beyin maddəsinin qlobal atrofiyası nəticəsində baş verir. Qarşısıalınmaz proqressivləşən yaddaş, təfəkkür pozğunluqları, nitqin, yazının, avtomatik hərəkətlərin pozulması ilə müşahidə olunur.ABŞ Milli Qocalma institutunun məlumatlarına görə, altsheymer xəstəliyi bütün demensiyaların 62 faizini təşkil edir və ən geniş yayılmış hesab olunur.Bu xəstəlik qocalıq önü və qoca yaşlarında olan insanları zədələyir.
Davamı →

Din və mədəniyyət

Sizin əvvəlki siniflərdən dinlər və onların mədəniyyətlərdə öz əksini tapan mərasimləri barədə məlumatınız var. Bilirsiniz ki, dinlərin ortaq və oxşar cəhətləri vardır. Dini dəyərlər əxlaqımızda və mədəniyyətimizdə öz izini qoyur. Bütün dinlərin ortaq cəhəti insanları əxlaqlı və dürüst olmağa səsləməkdir. Bu cəhətlər mədəniyyətlərin formalaşmasında və mədəniyyətlərarası münasibətlərin yaranmasında mühüm rol oynamışdır.Din mədəniyyətlərə təsir edərək memarlıq üslubundan tutmuş, bədii ədəbi nümunələrədək hər bir sahədə özünü göstərir. Dünyanın bütün ölkələrində insanları əxlaqa dəvət edən kitablar, müxtəlif bədii incəsənət nümunələri, əsərlər, filmlər və s. dini dəyərlərə əsaslanır.
Davamı →

Dövlətçilik ənənələrimiz

Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biridir.
Azərbaycan ərazisində yaranmış ilk dövlət Mannadır. Üç yüz ilə yaxın bir müddət ərzində mövcud olmuş bu dövlət süqut etdikdən sonra Azərbaycan ərazisində yeni dövlətlər yarandı.
Strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən, zəngin təbii sərvətlərə malik olan Azərbaycan torpaqları daim yadelli işğalçıların basqınlarına məruz qalmışdır. Lakin bir-birini əvəz edən bu yürüşlər dövlətçilik ənənəmizə mane ola bilməmiş, torpaqlarımızda yaranmış dövlətlər iqtisadi, siyasi və mədəni yüksəlişə nail olmuşlar.
Davamı →

Tullantılar və onlardan istifadə

Mütəxəssislərin fikrincə, iri şəhərlərdə gün ərzində bir nəfər 1 kq məişət tullantısı atır. Bu tullantılar ətraf mühitin çirklənməsində əsas mənbə sayılsa da, onlar qiymətli xammal hesab olunur. Tullantılardan səmərəli istifadə sayəsində faydalı qazıntılara qənaət etmək mümkündür.
Tullantılar ətraf mühitin çirklənməsində ən mühüm problemlərdən biridir. Tullantılar 2 qrupa ayrılır.
1.Məişət tullantıları — gündəlik istifadə olunan kağız, selofan, plastik və şüşə qablar, qida tullantıları və s.-dir. Təmir zamanı atılan tullantılar da məişət tullantıları sayılır.
2.İstehsalat tullantıları — tibb ocaqlarında, sənaye və kənd təsərrüfatı müəssisələrində atılan, eləcə də radioaktiv maddələrdir.
Davamı →

Göbək yırtığı

Göbək yırtığı qarın əzələlərinin və birləşdirici toxumanın qüsurdur ki, bunlar ya anadan gəlmə göbək ətrafında düzgün şəkildə birləşmirlər yada sonradan siqaret çəkilməsi, öskürək, qəbizlik, mütamadi ağırlıq qaldırma, piylənmə, qarın boşluğunda çox miqdarda sərbəst maye olması( qaraciyər sirrozu xəstələrində), hamiləlik kimi səbəblərlə qarın boşluğu daxili təyziqin artması nəticəsində qazanılmış ola bilər.  Bu zaman göbək nahiyyəsində şişlik müşahidə edilir.
Davamı →

Demoqrafik keçid mərhələləri

Dünya əhalisi təbii artım hesabına çoxalır. Təbii artımın sürəti müxtəlif ölkələrdə fərqlidir. Doğulan və ölənlərin sayının az olması təbii artımın I tipi, doğulanların sayının çox, ölənlərin sayının az olması isə II tipi üçün səciyyəvidir.
BMT-nin hesablamalarına əsasən, XXI əsrin sonunda Yer kürəsində əhalinin sayı 11 mlrd, nəfərə çatacaq. Bir çox alimlərin fikrincə, əhali sayının bu həddi təbii ehtiyatların tükənməsinə, kənd təsərrüfatında yararlı torpaq sahələrinin deqradasiyaya uğramasına, dəniz və okeanlarda olan canlı aləmin kəskin azalmasına səbəb olacaqdır. Bunlar isə sosial, iqtisadi və ekoloji problemlərin yaranması və müxtəlif regionlarda insanların həyat səviyyələrinin aşağı düşməsi ilə nəticələnə bilər.
Davamı →