Çox tərləməyə çarələr

Çox tərləmənin müxtəlif səbəbləri vardır. Amma ən çox tərləmə qadınlarda, klimakterik dövr adlanan dövrdə baş verir və qadınlar bu aşırı tərləmədən həm əziyyət çəkir həm də bədəndəki mineralları itirirlər. Deməli əgər çox tərləmələr başlamışdırsa gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 çay qaşığı adaçayı bitkisini 1 stəkan suda dəmləyib için. Adaçayı sizin nəinki çox tərləməyinizin qarşısını alacaq həm də bu dövrün rahat keçməsinə vəsilə olacaqdır.

Davamı →

Çuğundur ilə balqabağı belə hazırlayın və faydalarını görün

1. Əvvəlcə çuğundur haqqında və hazırlanması haqqında.
Çuğundurun faydasını demək olar hamı bilir, tarixdən bizim insanlarımız qan azlığında, zəiflikdə, bədən soyuqluğunda, qəbizlikdə həmişə istifadə edib. Çuğunduru birazda dərindən araşdırsaq insan oğlu üçün başdan-başa şəfa mənbəyidir, çuğundur revmatizm və revmatoidli poliartrit xəstələri üçün olduqca faydalı qidadır, Çuğundur qanın tərkibində oksigenin miqdarını artırır, bununla da beyin qidalanmasını yaxşılaşdırır, yaddaşsızlığı aradan qaldırır, skleroz xəstələri üçün faydalı qidadır. Axşamlar çuğundur şirəsi içmək əsəbləri rahatlaşdırır, yuxunu dərinləşdirir, Ağciyər xəstəliklərində, yüksək təzyiqdə çuğundur çox faydalıdır.

Davamı →

Uşaqlarda boğazgəlmə zamanı çarə

Boğazın tez-tez gəlməsi və badamcıqların böyüməsi immunitet zəifliyi əlamətidir və boğazda infeksiya ocağı olmasını göstərir. Boğaz ətini kəsdirməyə tələsməkdənsə təklif olunan reseptə 15 gün əməl etmək lazımdır. Əksər hallarda 1 həftə sonra boğaz şişləri sağalır, lakin immuniteti yüksəltmək üçün müalicə davam etdirilməlidir.

Davamı →

Zoğalın müalicəvi xüsusiyyətləri

Azərbaycan milli mətbəxində zoğaldan daha çox mürəbbə və kompot hazırlanır.
Zoğal həm də insan sağlamlığının qorunmasında çox təsirli vasitədir.
Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, «Meyvələrlə müalicə (Pomoterapiya)» əsərinin müəllifi Zaur Həsənov müsahibəsində zoğal meyvəsinin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.
Davamı →

İtburnunun faydaları

Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər. elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üş tutmağa tələsirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır. Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var.
İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.

Davamı →

Metal pəstahların kəsilməsi

Sort prokatdan olan pəstahları çilingər bıçqısı ilə kəsirlər (1). Sökülməyən çərçivə (2), bıçqı lövhəsi (4) və dəstək (6) bıçqının əsas detallarıdır.
Bıçqı lövhəsi alət poladından hazırlanmış, uclarında iki deşiyi olan nazik zolaqdır. Lövhənin bir və ya iki kənarında bir tərəfə meyillənmiş dişlər kəsilmişdir. Bıçqı lövhəsi çərçivəyə ştiftlərlə (7) bərkidilir və dartıcı qulaqlı qayka (1) ilə dartılır. Bərkildilmə zamanı dişlər dəstəyə əks istiqamətdə yönəlməlidir. Bıçqı lövhəsinin gərilməsi nə çox, nə də az olmamalıdır, çünki əks halda bu onun sınmasına səbəb ola bilər.
Pəstahı məngənədə möhkəm sıxır və lövhənin sürüşməməsi üçün kəsmə nöqtəsində yeyə ilə xırda mişar yeri açırlar. Kəsmə yerini 10-15 mm məngənənin dodaqlarından kənarda yerləşdirirlər.
Davamı →

Oduncaq və metal məmulatların bəzədilməsi

Bəzəmə işləri məmulatların hazırlanmasında sonuncu əməliyyatdır.
Oduncaq məmulatlarını nəmdən, çatlamadan və çürümədən qorumaq və onlara gözəl xarici görünüş vermək üçün bəzəmədə rəngləmədən istifadə edirlər.
Hazır oduncaq məmulatları boya ilə rəngləmək olar. Bunun üçün rəngbərəng boyaq tozları (piqmentlər*) həlledicidə həll edilir və onlara aşqarlar** qatılır. Həlledicilər iki cür olur — təbii və süni. Təbii həlledicilər əlif, çətənə və kətan yağları, süni həlledicilər isə neft emalı məhsullarıdır. Yağlı boyaların təbii həlledicisi olan əlif, kətan və çətənə yağlarını 275°C temperatura qədər qızdırmaqla alırlar.

Davamı →

Əl alətləri ilə silindrik və konusşəkilli detalların hazırlanması

En kəsiyi dairə şəklində olan silindrik formalı detallar kvadrat kiçik tirlərdən hazırlanır. Kiçik tirləri, adətən, taxtadan hazırlayırlar (şəkil a).
Kiçik tirin qalınlığı və eni D emal payı nəzərə alınmaqla gələcək məmulatın diametrindən 1—2 mm böyük olmalıdır.
Kiçik tirdən dəyirmi detal hazırlamazdan əvvəl onun nişanlanmasını yerinə yetirirlər. Bunun üçün kiçik tirin başlıqlarında diaqonalların kəsişmə mərkəzini tapır və pərgarın köməyi ilə radiusu pəstahın diametrinin 0,5-nə bərabər olan çevrə çəkirlər (şəkil b)

Davamı →

Kiçik tirlərin birləşdirilməsi

Çərçivə, stend və s. bu kimi oduncaq məmulatların hazırlanmasında kiçik tirləri uclarına yaxın yerlərdə uzununa və düzbucaq altında, ortasında isə yalnız düzbucaq altında birləşdirirlər. Bu zaman kiçik tirlərin birləşdiriləcək hissələri onların qalınlığının yarısı qədər kəsilir. Belə birləşmələr kiçik tirin qalınlığının yansına qədər kəsilmiş pilləli taxma adlanır.
Davamı →