Dəniz suyunun müalicə etdiyi 8 xəstəlik

Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) oxşayır.

Dərinin məsamələrindən orqanizmə daxil olaraq dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium, yod, kükürd, brom və s.) zənginləşdirir. Dəniz suyu bir çox xəstəliklər zamanı faydalıdır.

— Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit). Dəniz suyu iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Davamı →

Müəllifin ölümü

  • Esse
Rolan BartBalzak «Sarrazin» novellasında qadın paltarı geyinmiş xədim kişi haqqında danışarkən belə bir cümlə işlədir: «O elə əsl qadın idi, qəfildən baş qaldıran qorxu hissi, anlaşılmaz şıltaqlıqları, instinktiv həyəcanları, səbəbsiz qabalığı, hərisliyi və bir də füsunkar, incə hissləri ilə birgə…» Bu sözləri deyən kimdi belə?

Bəlkə qadın libası altında xədimi sezməməyə çalışan novella qəhrəmanı? Ya bəlkə öz şəxsi təcrübəsindən qadın haqqında fikir yürüdən Balzak – fərd? Yaxud qadın naturası barədə hökm sürən ədəbi təsəvvürləri izləyən yazıçı Balzak? Bəlkə ümumbəşəri hikmətdi bu? Kim bilir?! Romantik psixoloji ovqatın təzahürüdürmü bu?

Nədirsə, biz onu heç vədə bilə bilməyəcəyik, belə bir səbəbdən ki, məhz adına yazı dediyimizdə səs, mənbə, məxəz barədə hər cür anlayış, sadəcə gömülür! Yazı – qeyri-müəyyənliyin, qeyri-yekcinsliyin, ikimənalılığın elə bir məkanıdır ki, burada bizim subyektivliyimizin izləri yox olur. Bu, elə bir ağ-qara labirintidir ki, hər cür özünəbənzərlik və ilk növbədə yazan adamın cismani nişanəsi itib gedir.
Davamı →

Sözlə əməl arasında

  • Esse
Nitşse deyir: “Xeyirxah kimdir? Xeyirxah hünərli olandır”. (Bu fikri yaddaşınızda əlçatan bir yerə qoyun, bir azdan mənə lazım olacaq).

Bəs hünərli olan kimdir, yəni bununçün konkret nə tələb olunur, bax məsələ budur, ən azından mənim sizə demək istədiyim məsələ. Keçən dəfəki yazıda hisslərin sözlə ifadəsindən danışmışdıq, bu gün daha sonrakı prosesə keçəcəyik, sözlərin əmələ çevrilməsinə.

Duyğular sözlə ifadə olunmaq istədiyi kimi, sözlərin də əməllə isbata ehtiyacı var və hətta bu ehtiyac birincidən daha çox və daha vacibdir, ruhun var olmaq üçün materiyaya ehtiyacı olduğu kimi... 
Davamı →

Başqa adam | Orxan Bahadırsoy

Yaddaşımda sancı verər əzgilər,
içimdə bir ruh ağlayar, üz gülər.
Daha mənə tanış gəlmir güzgülər,
— güzgülərdən baxan başqa adamdı.
 
Vəd edirəm öz-özümlə görüşə,
gözləyirəm üfüqlərdən gün düşə.
Eyni olmur nə o yorğan, nə döşək,
— döşək başqa, yorğan başqa adamdı.
Davamı →

İlahi | Orxan Bahadırsoy

Mən düşdüyüm bu çuxurdan
necə çıxım, İlahi?
Bəs səni görməkdən ötrü
hara baxım, İlahi?
 
Bir ömürdü sürüdüyüm,
daha bəsdi çürüdüyüm.
Bəxtimə vurduğun düyün
nədir axı, İlahi?
Davamı →

Ümid boşboğazlığı | Orxan Bahadırsoy

Özümlə danışıram, yastığım gülür mənə.
Baxıram güzgülərə, yazığım gəlir mənə.
Bu elə bir oddu ki, yanır min ildi, sönmür.
Alovu da görünmür, tüstüsü də görünmür.

Bu yanğı öldürmədi, yoxluğun öldürmədi,
məni öldürmək üçün əzrayıl nə karədi?
Bu ömrün ipi uzun… ucu kimin əlində?
Axsayan bir it oldu, o hakimin əlində!
Davamı →

Doğru, yalan və ədəbiyyat

  • Esse
Şekspirin «IV Henrix» tarixi pyesinin birinci hissəsində komik obraz olan Falstaf Şahzadə Xeldən "Əsəbləşdinmi? Hirsləndinmi?" — deyə soruşur. «Həqiqət, həqiqət deyilmi?». Gülməli olan bütün əsər boyu yalan söyləməsi və şəhzadənin onun yalançı olduğunu ortaya çıxarmasıdır.

Gündəlik həyatımız kimi həqiqətin hər yerdə təhlükə altında olduğu bir zamanda Falstafın şübhəli həqiqət anlayışının bir çox siyasi lider tərəfindən mənimsənildiyini görə bilərik. Həyatım boyu maraq göstərdiyim üç ölkədə də (Hindistan, İngiltərə, Amerika) etibarlı məlumatlar «süni xəbər» olaraq pislənərkən, mənafe üçün istifadə olunan yalanlar qalıcı həqiqət kimi təqdim olunur.
Davamı →

Tısbağa yumurtası

Tısbağa yumurtası nadir hallarda tapılan qidalardandır. Tısbağa yumurtasının qidalandırıcılıq xüsusiyyəti çox yüksəkdir. O ən xüsusi delikateslərdəndir. Tısbağa yumurtası dairəvi və yumşaq qabığa malik olur. Tısbağa yumurtasının çəkisi 30-35 qram olur. Onun qabığınılln rəngi ağ, solğun sarı, açıq sarı ola bilir. Bu yumurtanın rəngi və ölçüsü toyuq yumurtasına bənzəyir. Yumurtanın züllalı hissəsi rəngsiz və şəffaf olur.

Müxtəlif ölkələrdə istifadəsi
Bir çox ölkələrdə tısbağa yumurtasından delikates kimi istifadə edilir və o qida maddəsi kimi istifadə olunur. İstifadə edilməsi və satış məqsədilə tısbağa yumurtasını Atlantik və Sakit okean sahillərindən yığırlar. Yumurtalamaq mövsümündə tısbağalar 200-ə yaxın yumurta qoyurlar.
Davamı →