Рейтинг
+27.90

Dietologiya

34 üzv, 233 topik

Fransızsayağı arıqlama

Fransız qadınları çörək yeyir, şokoladı sevir, yaxşı nahardan sonra desert dadmağı xoşlayırlar. Bəs niyə kökəlmirlər?

O günü “Mado”da kofe içirdim. Yan stolda yaz quşları kimi mehribancasına civildəşən iki fransız qadını əyləşmişdi. Əlli-əlli beş yaşlarında olardılar. Amma fiquralarına görə tələbə qızlardan heç fərqlənmirdilər. Düşündüm ki, indi qulançar və mineral su sifariş edəcəklər. Heç də yox! İştaha ilə  qoyun pendiri, əzmə koklet aşırtdılar. Sonra hələ desert də gəldi, birinə-şokoladlı tort parçası, digərinə isə bir dolu nəlbəki karamel kremi. Bütün bunların üstündən qadınlar qırmızı şərab içdi. Həsrətlə düşündüm: genetika…

Amma Mirey Qalyonun “Fransız qadınları niyə kökəlmir?” adlı kitabını oxuduqdan sonra haqlı olmadığımı anladım.

Mirey gənc yaşlarında təcrübə keçmək üçün Amerikaya gedib. Çox az müddətdə o, kök xanıma çevrilir. Bir ildən sonra Havr limanında onu qarşılayan atası məyusluğunu gizlədə bilmirdi: “Sən artıq kartof torbasına oxşayırsan!”

Amerikanın qidalanma sistemi qarşısında həm genetika, həm də əsrlərlə davam edən fransız ənənələri aciz idi. Yalnız Mireyin “Doktor möcüzə” adlandırdığı ailə həkimi qıza əvvəlki bədən ölçülərini qaytarmaqda və onları ömrü boyu qoruyub saxlamaqda köməkçi oldu. İndi Mirey Qalyano ilin çox hissəsini ABŞ-da yaşayır, amma ona baxan kimi fransız qadını olduğuna şübhə etməyəcəksiniz.


Ardı →

Diqqətli ye, artıq çəkidən uzaq ol

diqqətlə yeyəkİnsanların fikri dağınıq olduqda və ya onlar yemək zamanı digər işlərlə məşğul olduqda daha çox yeyirlər. Amma əgər yemək kiçik tikələrlə yeyilsə artıq dərəcədə yeməyin qarşısını almaq olar.

Hollandiya tədqiqatçıları təcrübə keçiriblər: 19-35 yaş arası 53 sağlam insana cizgi filminə baxaraq şorba yemək tapşırılıb.

Təcrübədə iştirak edən şəxslərə əgər doyduqlarını hiss edərlərsə, dayanmaq tapşırılıb. Sonra həmin şəxslərə yalnız şorbanın dadına diqqət yetirərək yemək tapşırılıb. Qeyd edək ki, təcrübə bir neçə gün keçirilib və insanlar bir gün şorbanı böyük qaşıqla, başqa gün isə yalnız kiçik qaşıqla yeməli olublar.

Orta hesabla, insanlar filmə baxarkən daha çox yeyiblər. Lakin onlar kiçik qaşıqla yedikləri zaman fikirlərinin dağınıq olub olmamasından asılı olmayaraq, 30% daha az şorba yeyiblər.

İnsanlar yeməyi böyük qaşıqla və ya böyük tikələrlə yedikdə yeməyin qədərini ölçə bilmirlər. Lakin, əksinə, kiçik porsiyalarla yedikdə isə yeməyin qədərini dəyərləndirə bilirlər.

Əgər yemək həmişə kiçik tikələrlə yeyilərsə, həddindən çox yemənin qarşısını almaq olar və nəticədə artıq çəkidən azad olmaq olar. Çünki bu zaman insan daha tez doyur.


Davamı →

İştahla mübarizə

Vücudunuzu payıza hazır edin və kökəlməyə qoymayın. Türkiyənin məşhur dietoloqu Burcu Aydın iştah böhranı zamanı nə etməli olduğumuzu söyləyib. Vücud olduqca ağıllı mexanikadır. Bunun üçün təkcə dayanmadan düyünən ürəyi, yaralanandan bir neçə gün sonra tamamilə sağalan dərini nümünə göstərmək olar.

Bu möhtəşəm mexanizmanın davamlı və mütəmadi olaraq işləməsi üçün sağlam yanacaq ehtiyatlarına ehtiyacı var. Bu zaman ürəyiniz dondurma, hamburger, ya da şokolad yemək istədiyəndə beyniniz vücudunuza təxribat hazırlayırmı? Yoxsa bu ani iştah siqnalları sizin iradəsizliyinizdən doğur?
Ardı →

Arıqladan ədviyyatlar

ədviyyatlarƏdviyyatlar arıqlamağa kömək edir. Bəs necə? ABŞ-ın Pensilvaniya universitetinin alimləri iddia edirlər ki, ədviyyatlar yeməklərə dad verməklə yanaşı, həm də bədən formamızın qayğısına qalırlar. Məsələn, darçın və sarıkök yağlı yeməklərin orqnizmə təsirini neytrallaşdırır. Araşdırmanın müəllifi Şela Vestin sözlərinə görə, yağlı yeməkdən sonra qanda xolestren səviyyəsi artır. 

Həftə ərzində mütəmadi olaraq yağlı ət yeməkləri, kremli tortlar, şirniyyatlar nəinki kökəldir, həm də ürək damar sistemi xəstəliklərinə tutulmanız üçün zəmin hazırlayır. 
«Araşdırma zamanı müəyyən edilib ki, yeməklərə ədviyyat əlavə etmək xolestren riskini 30 faizə kimi azalda bilir», deyə mütəxəssis bildirib. 

Təcrübədə 30-65 yaş arası könüllülər iştirak ediblər. Onların artıq çəkiləri olsada sağlam olublar. Sınaq üçün alimlər onlar üçün bir ay xüsusi yeməklər hazırlayıblar. Test yeməyi isti xörək, ədvalı çörək və desertdən ibarət olub. İki qrupa bölünən könüllülərin bir hissəsinin payına bir qaşıq ədviyyat tökülüb. 
Ardı →

Megan Fox | Ulduz pəhrizi

Megan Fox
Megan Foxun çox gözəl bədən quruluşu var. Onun kimi grünməyi arzulayırsınızsa, bu pəhrizə mütləq əməl edin. Qeyd edim ki, kələm ulduzun sevdiyi qidalardan biridir. 


Kələm pəhrizi
Bu pəhriz vasitəsilə 10 gündə 7-10 kq arıqlamaq olar, bir şərtlə ki, pəhrizə ciddi riayət edəsiniz. Pəhrizin şərtləri çox sadədir:

Ardı →

Zəncəfil çayı

zəncəfil cayıOnun qidada istifadəsi yeməklərə unikal dad verir. Amma zəncəfil ancaq yeməklərdə istifadə olunmur, bu gün bir çox insanlar onu arıqlamaq və gözəllik üçün istifadə edirlər. Buna görə də, səhəri gözəl içki — zəncəfil ilə başlayan, uzun illər gənc qalacaq. 

Zəncəfil çayı qan dövranının sürətini artırır və mədənin işləməsini qaydaya salır. Mütəmadi olaraq belə çayın içilməsi dərini möhkəmlədir və bədənin görünü şünü yaxşılaşdırır. Və nəhayət, zəncəfil çayının köməyi ilə qısa bir zamanda hərkəs arıqlaya bilər.

Zəncəfil çayının arıqlama effekti

Artıq həkimlər tam razılığa gəliblər ki, zəncəfil tibbi vasitədir. Zəncəfilin tərkibində olan yağlar çəkinin itkisi üçün güclü təsir göstərir.
Ardı →

Necə qidalanırıq?

Yemək insanın təkcə orqanizminin tələbatını ödəmək vasitəsi deyil; o, həm də sözün əsl mənasında mədəniyyət məsələsidir. İndi dövran dəyişib, insanların əhvalı daha çox güzərançılıq üstə köklənib. Hər bir xalqın həyatında onun mətbəx mədəniyyəti xüsusi yer tutur. Bu, bir həqiqətdir ki, yemək dadlı olmalı, həm də mümkün qədər milli xüsusiyyətləri özündə ehtiva etməlidir. Amma, təəssüf ki, son vaxtlar Azərbaycan mətbəxindən uzaqlaşma hiss edilməkdədir. Hər halda, bu gün əksər azərbaycanlıların süfrəsi rəngarəng deyil; Əsas odur ki, soydaşlarımız zamanın həşirinə uymasınlar, nümayişkaranə şəkildə süfrənin zənginliyinin dalınca qaçmasınlar.
Ardı →

Pəhrizdən sonra formada qalmaq

Bəziləri arıqlamağı özü üçün əməlli-başlı dərd eləyir. Amma arıqlamaq problem deyil. Arıqlayıb, itirilmiş kiloları qaytarmamaq şərti ilə formada qalmaq isə bir az çətin məsələdir. Hər bir pəhriz orqanizm üçün stressdir. Pəhriz saxlayarkən ilk növbədə dietoloqlarla məsləhətləşin. O, sizə düzgün pəhriz rasionunu hazırlayacaq.

1. İlk dəfə pəhriz saxlayırsınız
Pəhrizdən öncə dieta stressindən qaçmaq üçün yeməyinizi səmərələşdirin. Məsələn: hər səhər yediyiniz qidaları daha yüngül məhsullarla əvəz edin. Qəfil səhər yeməyindən imtina etmək səhəttində problemlər yarada bilər. Pəhrizdən bir ay öncə idmana yazılmaq yerinə düşər.

2. Qidalanma
Bu pəhrizdə ən vacib nüansdır. Pəhriz günləri bitdi, bu ərəfədə imtina etdiyiniz məhsulları bərpa etmək üçün yenidən yolunuzu mağazalardan salmağı ağlınızdan belə keçirtməyin. Bilirdiniz ki, pəhrizdən sonra orqanizm ay yarım kilo atmağa daha çox meyilli olur?
Ardı →

Duz nəyə qadirdir?

Söhbət adi, hər gün mətbəxdə işlətdiyimiz duzdan gedir. Bu yaxınlarda ABŞ alimləri aşkar etmişlər ki, gündəlik işlətdiyimiz xörək duzu əksər insanlarda narkotik vasitələr kimi öyrəşmə yaradır. Doktor A. K. Conson adi xörək duzu və onun orqanizmə təsirini, daha doğrusu, xörək duzunun həddindən artıq istifadə olunmasının yalnız hipertoniya və böyrəklərə deyil, insanın əhval-ruhiyyəsinə, davranışa və beyin fəaliyyətinə göstərdiyi təsirini də öyrənir.
Alimlər siçanlar üzərində aparılan təcrübələrdən aşkar etmişlər ki, siçanları duzsuz pəhrizdə saxladıqda onlar şirin su istəmir. Sadəcə olaraq, siçanlarda həyata olan maraq itir və onlar dərin depressiyaya düşürlər.


Ardı →

Aralıq dənizi pəhrizi

Bu pəhriz həkim və dietoloqların tərəfindən ən çox bəyənilən pəhrizlərdən biridir. Sizə 5-günlük aralıq dənizi pəhrizinin bir variantını təqdim edirik.
Bu pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin ki, səhhətinizə zərər yetirilməsin.

1-ci gün

Səhər yeməyi
1 ədəd kivi və ½ banan 3 stol qaşığı yulaf yarması ilə qarışdırılır. Üzərinə 100 qr yağsız xama əlavə edilir və yenidən yaxşı qarışdırılır.

İkinci səhər yeməyi
½ banan əzilir və 100 qr yağsız yoqurt ilə qarışdırılır.

Nahar
50 qr kartof, 50 qr yunan qabağı, 50 qr badımcan, 50 qr qabığı soyulmuş pomidor, ½ xırda doğranılmış soğan buğda bişirilir. Üzərinə doğranılmış keşniş və 1/2 stol qaşığı zeytun yağı əlavə olunur.


Ardı →