Bloq haqda
qəşəng,eleqant,gözəl,yaraşıqlı,cazibədar görünmək istəyənlər üçün bloq
Necə gözəl görünməli?Necə hamının xoşuna gəlməli?
Gözəllik,gözəl görünmək üçün məsləhətlər,moda,dəb,yaraşıqlı stil, cəlbedici və qəşəng görünmək haqqında.
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (38)
2ral lesyA Leyla burla xatun Miri bloqçu Dior baba-yaqa Əliyev Ferro Silen_ce Bella bahar Bakinets Arzu Samir012 banuska XUSER luminat Zeyneb_EhmedovaВсе читатели блога
Ətirlər
Ardı
- ?
- 15 may 2012, 23:08
- burla xatun
- 1
Səhv makiyaj
Qadınların demək olar ki, hamısı ya da böyük bir əksəriyyəti mütləq makiyaj edir.
Bəs hansımız daha doğru makiyaj edirik?
Sizə yaraşan, üzünüzə uyğun və üzünüzün ən gözəl qisimlərini ortaya çıxaran bir makiyajla bütün günü özünüzdən əmin bir şəkildə keçirə bilərsiniz. Bu mövzuda sıx-sıx edilən makiyaj səhvlərini bilmək, bunlara mane olmaqda işinizə yaraya bilər.
Ardı
- ?
- 15 may 2012, 23:02
- burla xatun
- şərh əlavə et
Yay paltarları və rənglər
Mərcan rəngi. İlk baxışda bu rəngi aksesuarlara uyğunlaşdırmaq çətin görünə bilər. Lakin bu rəngin öz üstünlükləri var. Bu rəng gündə qaralan xanımlara daha çox yaraşır.
Yaşıl rəng. Bu rəng yeniyetməlik-gənclik rəmzidir. Cavan qızlarda bu rəng çox gözəl görsənir və həmən diqqəti cəlb edir.
Nanə rəngi. Bu rəng nisbətən yaşlı xanımların zövgünə aiddir. Bu rəng insanı həmişə eleqant və dəbli göstərir.
Tünd -qırmızı rəng. Bu rəng həm parlaq, həm də əsl xanım rəngidir. Bu rəngdə geyim seçəndə aksesuarlarınıza diqqət yetirin ki,onlarla uyuşsun. Çünki, belə rəngin özü elə geyimdə əsas rol oynayır.
Bənövşəyi rəng. Bu rəng al qırmızı rənglə bir növ yaxınlığı ilə seçilir. Amma onun öz yeri, öz gözəlliyi var.
Açıq mavi rəng. Bu romantik rəngdir. Xanımların yay geyimlərində xüsusi yer tutur.
Kül rəngi. İlk baxışda bu rəng sönük və darıxdırıcı görünə bilər. Amma onun bir əsas üstün cəhəti var. Bütün xanımlara dərisinin rəngindən asılı olmayaraq yaraşıq verir. Bu rəng bütün aksesuarlarla uyğun gəlir.
Boz rəng. Bu daha çox praktiki rəngdir. Gündəlik geyimdə istifadə olunur. Boz rəng neytral rəngdir. Bu rəng həm yay, həm də payız geyimlərinə uyğun gəlir.
Qəhvəyi rəng. Qəhvəyi qara rəng kimi həmişə dəbli görünür. Amma qara rəng kimi çox da bədbin deyil.
Tütün rəngi. Bu o qədər də populyar rəng deyil. Bu rəngli donları seçib-geyinmək o qədərdə asan deyil. Bəlkə elə buna görə dizaynerlər bu rəngi öz kolleksiyalarına yenidən daxil ediblər. Bu rəngin dəbdə öz yeri, öz ənənəvi xüsusiyyətləri var.
- ?
- 29 aprel 2012, 14:17
- burla xatun
- 1
Dərinin qocalma səbəbləri
Dərinin qocalması – təbii proses olub bütün orqanizmin qocalması ilə əlaqədardır. İnsan yaşa dolduqca dərialtı piy toxuması azalmağa başlayır, dəri hüceyrələri getdikcə oksigen və qidalandırıcı maddələri daha az miqdarda mənimsəməyə başlayır.Bundan savayı, dəridə daha az miqdarda kollagen və elastin lifləri istehsal olunur. Bütün bunların nəticəsində dəri öz möhkəmlik və gərginliyini itirərək sallanır və qırışmağa başlayır. Dəridə qırışların əmələ gəlməsi tədricən baş verir. Qırışlar əvvəlcə alında, daha sonra burundan çənəyə doğru istiqamətdə, gözlərin xarici kənarlarında, daha sonda isə boyunda, burunun üstündə, çənədə və üst dodaqda əmələ gəlir. Dəridə qırışların əmələ gəlməsi prosesi, adətən, 25 yaşından sonra — kimlərdəsə bir qədər tez, kimlərdəsə gec — başlayır. Bəs bu nə ilə əlaqədardır?
Ardı
- ?
- 19 aprel 2012, 12:24
- Zeyneb_Ehmedova
- 1
Saçlara qulluq
Əvvəlki vaxtlara nisbətən, hazırda normal saç tipinə daha az hallarda təsadüf edilir. Normal saçlar, adətən, sıx, elastik və sağlam olur, asanlıqla daranır və istənilən formada yığılırlar. Bu tip saçlara sahib olanlara başlarını tez-tez yumaq lazım gəlmir. Belə saçlar uzun müddət ərzində öz cazibədar görünüşünü saxlayırlar. Lakin digər saç tiplərinə olduğu kimi, normal saçlara da düzgün qulluq göstərilməsi tələb olunur, əks halda onlar bütün öz yaxşı xüsusiyyətlərini itirə bilərlər. Normal saçları həftədə bir dəfə olmaqla, yalnız bu tip saçlar üçün nəzərdə tutulan şampunlardan istifadə etməklə yumşaq su ilə yumaq olar. Yuyulduqdan sonra onları dərman otlarından hazırlanmış dəmləmələr ilə yaxalamaq məsləhət görülür.
Ardı
- ?
- 17 aprel 2012, 11:03
- Zeyneb_Ehmedova
- şərh əlavə et
Təbii kosmetika
Təzə biyan yarpağının təpitməsi qoltuq iyini aparmaq üçün münasibdir. Tərxun, reyhan, nanə və yarpızın qoxuaparma xassəsi vardır.
Mumun tüstüsü havadakı üfunəti dəf edir. Topalaq ağzı xoş iyləndirir. Böyürtkən yarpağını çeynəmək və ya yetişmiş meyvəsini yemək ağız iyini aparır.
Ardı
- ?
- 12 aprel 2012, 17:02
- YingYang
- şərh əlavə et
Gözəl ayaqlar üçün 5 addım
Birinci addım
Əgər oturaq işiniz varsa, 2-3 saatdan bir ayağa qalxıb gəzin. Daim eyni formada oturmayın. Həftədə ən azı 3 gün idmana vaxt ayırıb. Üzün, velosiped sürün və sairə ayaqları hərəkət etdirən idman növləri ilə məşğul olun. İdman qan dövranını gücləndirir.
Ardı
- ?
- 11 aprel 2012, 18:17
- Bakinets
- şərh əlavə et
Dəri üçün gün rejimi
Dəriyə öz sağlamlığını, təravətli görünüşünü qaytarmaq üçün onun sutkalıq cədvəlini öyrənin. Bununla da siz, dərinizə düzgün qulluq etməyin nə demək olduğunu öyrənəcəksiniz.
Kosmetoloqlar hər dəfə dəridən söz açarkən qeyd edirlər ki, krem seçərkən mütləq dərinin hansı tipə aid olduğunu nəzərə almaq lazımdır. Lakin sən demə, bu da kifayət deyil. İnsan dərisi özünəməxsus xüsusiyyətlərə malikdir və krem seçərkən bunlara fikir vermək mütləqdir.
Məsələn, tutaq ki, biz sutkanın 8 saatını yatırıq, gəlin günün qalan saatlarını sağlamlıq zonalarına bölək. Məhz bu zaman hansı kremin dərinizə düşməsi aydın olur.
Ardı
- ?
- 30 mart 2012, 17:26
- nilufer
- şərh əlavə et
Zinət əşyaları
Zərgərlik sənəti incəsənətin ən yaşlı növlərindən biridir və onun tarixi çox qədimlərdən başlayır. Tədqiqatlarda bu sənətin yaşı barəsində yekdil fikirlər yoxdur. Zərgərlik əsasən qiymətli metal və daşlardan incə bəzək əşyalarının hazırlanması sənətidir. İndiyədək bu sənətlə bağlı müxtəlif araşdırmalar aparılsa da, hələ onun aşkar olunmayan sirləri çoxdur.
Zərgərliyin tarixi
Qeyd etdiymiz kimi, zərgərliyin tarixi çox qədim dövrlərə-müasir eramızdan əvvəl insan şüurunun formalaşdığı zamana gedib çıxır. Tədqiqatlar göstərir ki, qiymətli metal və daşlardan hazırlanan zərgərlik məmulatları qədim insanlar üçüq müasir dövrdəki əhəmiyyəti kəsb etməyib, yəni onlardan sadəcə, bəzək əşyası kimi istifadə olnumayıb.
Ardı
- ?
- 28 mart 2012, 23:11
- Ali_Aliyev
- 5
Keçəlləşmə problemi
Araşdırmalar göstərir ki, Avropada (avropoid irqinə mənsub insanlarda) keçəlliyə daha çox rast gəlinir. Neqroid və monqoloid irqinə mənsub insanlarda isə keçəlləşmək nadir hallarda baş verir. Ümumilikdə isə saç tökülməsi dünyada çox geniş yayılmış problemə çevirilib. Həyatın hansısa çağında baş verən keçəlləşmə bəzən xəstəlik kimi də dəyərləndirirlər. İllər ötdükcə əzələlərimiz, sümüklərimiz, dərimiz kimi saçlarımız da qocalmağa başlayır: ağarır və seyrəlir. Saçın ağarması təbii proses olsa da, bu, ən azı seyrəlmə kimi böyük problem yaratdığına görə narahatlıq doğurur. Saç tökülmələri 18 yaşından başlayaraq davam edir.
Ardı
- ?
- 22 mart 2012, 15:47
- Ali_Aliyev
- 1
