Рейтинг
+30.93

Ekonomiks

31 üzv, 157 topik

9. Ticarət siyasətini formalaşdırmaq üzrə təkliflər

Beləliklə, Izolandiya iqtisadçılarının bir qrupu ölkə prezidentinə aşağıdakı məzmunda hesabat məruzəsi (təhriri mərüzə) göndərirlər:
«Cənab Prezident! Siz ticarət sərhədlərinin açılması haqqında bizə 3 sual vermişdiniz.
Sual: Əgər hökümət Izolandayilılara polad ixracına və idxalına icazə verərsə, bu, metalın daxili bazarda qiymətinə və həcminə necə təsir edəcəkdir?
Cavab: Ticarətə icazə verilən kimi poladın qiyməti dunya qiymətləri ilə bərabərləşəcəkdir. Metalın dünya qiyməti daxili qiymətlərdən yüksək olarsa, axırıncılar yüksələcəkdir.


Ardı →

9. Xarici kvotanın təsiri

THE EFFECTS OF A TARIFF
Daha sonra Izolandiya iqtisadçıları xarici kvotanın nəticələrini (ölkəyə hər hansı bir məhsulun idxalının kəmiyyətcə məhdudlaşdırılmasını) nəzərdən keçirməyə başlayırlar. Belə ki, fərz edin ki, hökumət idxal lisenziyalarının məhdud kəmiyyətinin bölüşdürülməsi haqqında qərar qəbul edir. Hər bir lisenziya onun sahibinə Izolandiyaya xaricdən bir ton metal idxal etmək hüququ verir.


Ardı →

9. idxalçı ölkənin qazancları və itkiləri

Fərz edək ki, beynəlxalq ticarətin olmadığı zaman məhsulun daxili qiymətləri dünya qiymətlərindən yüksəkdir. Sərhədlərin ticarət üçün açılması qiymətlərin dünya səviyyəsinə qədər azalmasına gətirib çıxarır. Şəkil 9.4-də göstərildiyi kimi, daxili təklifin həcmi daxili tələbin həcmindən çoxdur. Onlar arasındakı fərq digər ölkələrdən məhsulun gətirilməsi hesabına ödənilir və Izolandiya polad idxal edən ölkəyə çevrilir.


Ardı →

9. Məhsul ixrac edən ölkənin üstünlükləri və itkiləri

Məhsul ixrac edən ölkənin üstünlükləri və itkiləri  THE GAINS AND LOSSES OF AN EXPORTING COUNTRY
Şəkil 9.2-də Izolandiyanın polad bazarında xarici ticarətin möv­cud­luğundan əvvəl daxili bazarın qiymətinin dünya qiymətlərindən aşağı olması halı əks olunmuşdur. Hökumət ticarətə icazə verən kimi daxili qiymətlər dünya qiymətləri səviyyəsinədək yüksəlir. Heç bir satıcı qiymətin dünya bazarındakı səviyyəsindən aşağı səviyyəsinə razı olmaz, eləcə də heç bir istehlakçı malını dünya bazarındakı qiymətdən aşağı qiymətə satmaz.


Ardı →

9. Ticarətin olmadığı şəraitdə tarazlıq məsələsi

Ticarətin olmadığı şəraitdə tarazlıq məsələsi THE EQUILIBRIUM WITHOUT TRADE
Izolandiya bazarı digər ölkələrlə əlaqələrə (kontakta) malik deyildir. Hökumətin qərarına müvafiq olaraq, heç kəs polad idxal və ya ixrac etmək hüququna malik deyildir. Bu qaydanın pozulmasına görə cərimə həddi o qədər yüksəkdir ki, heç kəs bu qadağanı pozmağa cəhd göstərmir.


Ardı →

Fəsil 9

Beynəlxalq ticarət


Siz əyninizə geydiyiniz paltarın etiketinə baxmısınızmı? Yəqin ki, o, ən müxtəlif ölkələrdə istehsal edilmişdir. Yüz il bundan əvvəl tekstil və toxuculuq sənayesi əksər ölkələrin milli iqtisadiyyatının mühüm hissəsini təşkil edirdi, indi isə belə deyildir. Keyfiyyətli məhsulları daha az istehsal xərcləri ilə istehsal edən xarici rəqiblərlə toqquşaraq, inkişaf etmiş ölkələrin bir çox şirkətləri aşkar etdilər ki, tekstil və paltarı mənfəətlə istehsal etmək və satmaq imkanına malik deyillər. Işçilər işdən azad edildilər, fabriklərin çox hissəsi isə bağlandı. Nəticədə, amerikalılar və Qərbi Avropa əhalisi tərəfindən istehlak edilən tekstilin və paltarın əhəmiyyətli bir hissəsi xaricdən ixrac edilməyə başladı.


Ardı →

8. Geri qayıtmayan itkilər və vergilərin dəyişməsi zamanı vergi daxilolmaları

DEADWEIGHT LOSS AND TAX REVENUE AS TAXES VARY
Vergitutmanın səviyyəsi tez-tez dəyişir. Siyasətçilər yerli, federal və ya ştat səviyyəsində daim hər hansı bir verginin artırılması və ya digər vergi dərə­cə­sinin azaldılması imkanlarını nəzərdən keçirirlər. Biz vergilərin dəyiş­məsi zama­nı geri qayıtmayan itkilər və vergi daxilolmaları ilə əlaqədar nə baş ver­diyini nəzərdən keçirək. Şəkil 8.6-da çox da böyük olmayan, orta və iri həcmli vergilərin geri qayıtmayan itkilərin səviyyəsinə təsiri əks olunmuşdur. (burada tələb və təklif əyriləri dəyişməz götürülmüşdür). Geri qayıtmayan itki­lərin həcmi — bazarın həcmini onun optimal səviyyəsindən də aşağıya salan vergi­lərin təsiri nəticəsində satıcıların və alıcıların ümumi qazanclarının azalma­sı tələb və təklif əyriləri arasında yerləşən üçbücağın sahəsinə bərabərdir.
Çox da yüksək olmayan vergilər üçün qrafikdə (a) geri qayıtmayan itkiləri əks etdirən üçbucağın sahəsi nisbətən kiçikdir. Lakin vergi çoxaldıqca ((b) və (v) qrafikləri) geri qayıtmayan itkilər də çoxalır.


Ardı →

8. Case-Study: Geri qayıtmayan itkilər haqqında diskussiya

Təklif, tələb, elastiklik, geri qayıtmayan itkilər – bütün bu iqtisadi anlayışlar insanın başında xeyli qarışıqlıq yarada bilər. Lakin bütün bunlar bir mühüm siyasi suala cavab vermək üçün vacibdir: dövlətin fəaliyyəti nə dərəcədə əhatəli olmalıdır? Bu mühüm konsepsiyaları əhatə edən müba­hisələrin mahiyyəti ondadır ki, vergi nəticəsində geri qayıtmayan itkilər nə qədər çox olarsa, hər bir dövlət proqramı ilə bağlı məsrəflər də bir qədər yüksək olar. Əgər vergilərin tutulması xeyli geri qayıtmayan itkilərə səbəb olursa, onların həcmi az funksiya yerinə yetirən və az vergi toplayan «zəif» dövlət haqqında ideyaya üstünlük verilməsi üçün güclü dəlildir. Əksinə, əgər vergilər çox az həcmdə geri qayıtmayan itkilərlə nəticələnirsə, bu halda dövlət proqramları daha az məsrəfli olurlar.


Ardı →

8. Geri qayıtmaz itkilər və ticarətin yaratdığı rifah

Nəyə görə vergilər geriqayıtmaz itkilərə səbəb olur? Misal göstərək. Fərz edək ki, Co hər həftə Ceynin evini təmizləməyə görə 100 dollar alır. Conun alternativ xərcləri 80 dollar, təmiz evin D.Ceyn üçün faydası isə 120 dollar təşkil edir. Beləliklə, sövdələşmə Co və Ceynə 20% mənfəət gətirir. 40 dollar həcmində ümumi qazanc tərəflərin sövdələşmə nəticəsində əldə etdikləri faydanı müəyyən edir. Fərz edək ki, yeni qəbul edilmiş qanuna görə evlərdə təmizlik işləri görmək üçün insanlar 50 dollar həcmində vergi ödəməlidirlər. Deməli, Ceyn sövdələşmə nəticəsində Coya hər iki tərəfin fayda əldə edə biləcəyinə imkan verən məbləği ödəmək imkanını itirəcəkdir. Ceynin ödəyə biləcəyi ən yüksək məbləğ 120 dollar təşkil edir, lakin bu halda vergiləri ödədikdən sonra 70 dollar qalacaqdır ki, bu da onun qazancından (80 dollar) azdır. Əksinə,


Ardı →

8. Vergiqoyma xərcləri

Çox vaxt məhz vergilər qızğın siyasi mübahisələrin mərkəzində dayanır. 1776-cı ildə Britaniya hökuməti tərəfindən müəyyənləşdirilmiş vergilərdən narazı qalan Amerika koloniyaları Amerika inqilabını həyata keçirdilər. Bill Klinton 1992-ci il seçkilərində əsasən ona görə qalib gəldi ki, amerikalılar onun sələfi olan ata Corc Buşa 1988-ci ildə «Eşidin, heç bir yeni vergi olmayacaq»- deyərək sonradan ona əməl etməməsini bağış­la­madılar.
Ardı →