Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Orta stoa

Orta stoaçılar bir çox hallarda qədim stoaçıların ənənələrindən aralanırdılar. Bunun səbəbi birinci növbədə onların ünvanına söylənilən tənqidlər olmuşdur. Digər bir səbəb isə stoa məktəbinin ənənələrinin Romanın gerçəkliklərinə uyğunlaşması idi. Beləliklə, orta dövrün stoaçıları öz təlimlərini nəzəri müstəvidən həyatın problemlərinə yönəltmiş, nəzəri fəlsəfəni tətbiqi fəlsəfə ilə əvəz etmişdirlər. Orta stoaçılığın ən görkəmli nümayəndələri Panetius və Posidonius olmuşdurlar.

Davamı →

Qədim stoa

Məktəbin yaranması Zenonun adı ilə bağlıdır. O, Kipr adasının Kitiya şəhərindən idi. 315-ci ildə ticarət məqsədi ilə Afinaya gəlmiş, orada məskunlaşmışdır. Afinada Zenon fəlsəfəyə böyük maraq göstərmiş və bir müddət kinik məktəbin nümayəndəsi olan Kratesin, daha sonra akademik məktəbin təmsilçiləri olan Stilpon və Ksenokratesin öyrəncisi olmuşdur. Zenon Afinada “Stoa Poykile” adlı portikusda 74 öyrəncilər üçün dərslər keçmişdir. Buna görə də məktəbin ardıcıllarını stoaçılar adlandırmışdırlar.

Davamı →

Peripatetizm

Qeyd edildiyi kimi Aristotel Afinada Likeion  adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeosun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz öyrəncilərini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” adlandırılmışdır.

Davamı →

Epikürçülük

Epikürçülük ellinizm və Roma dövrlərində ən yayılmış fəlsəfi cərəyanlardan biri olmuşdur. Onun yaranması Epikürün adı ilə bağlıdır. O, Samos adasında anadan olmuş və daha sonra Afinaya gedərək orada “Bağ” (yun. Kynoç) adlanan öz fəlsəfi məktəbini yaratmışdır. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır.

Davamı →

Ellinizm və Roma dövrünün ümumi səciyyəsi

Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur.

Davamı →

Skeptisizm

Skeptisizm (yun. OKEnTiKÖç — araşdıran) ya da şübhəçilik Ellinizm və Roma dövrünün ən çox yayılmış fəlsəfi məktəblərindən biri idi. Onun ardıcılları obyektiv həqiqətin dərk olunmasının mümkünlüyünü şübhə altına alırdılar (7). Skeptiklər hesab edirdilər ki, iki iddia yetərincə dəlillərlə əsaslandırılırsa, onda onlardan hansısa birinə üstünlük verərək onu qəbul etmək olmaz. Bu fikir də onların təliminin əsasını təşkil edirdi. Aşırı şübhəçilik aqnostisizmə və nihilizmə69yaxınlaşır, hətta onu onların bir növü kimi dəyərləndirmək də mümkündür.

Davamı →

Sokratçı məktəblər

Qeyd olunduğu kimi Sokratın irsini davam etdirən çoxlu öyrənciləri olmuşdur. Onun ölümündən sonra onlar müxtəlif fəlsəfi məktəblər yaratmışdırlar. Bu məktəblərə “sokratçı” məktəblər deyilir. Ümumiyyətlə, bir çox araş-dırmaçılar qədim yunan fəlsəfəsini iki mərhələyə bölürlər: sokratöncəsi və sokratsonrası. Bu da onu göstərir ki, Sokratın irsi qədim yunan fəlsəfə tarixinin mərkəzində durur.

Davamı →

Klassik yunan fəlsəfəsi

Sokrat, Platon və Aristotelin fəlsəfəsi qədim yunan düşüncəsi və elminin ən yüksək zirvəsi sayılmaqdadır. Bu filosoflar keçmiş irsi mənimsəmiş, onu sistemləşdirərək elm halına gətirmiş və bütün bunlara öz fikirlərini əlavə etmişdirlər. Yunan fəlsəfəsinin klassik dönəmindən öncə elm və fəlsəfə fraqmentlər və pərakəndə biliklər halında olmuşdur. Həmin dönəmdən başlayaraq bu biliklər sistemləşdirilmiş və elmi kateqoriyalara salınmışdır. Bu prinsip də sonrakı dövrlərdə bütün dünya elmində tətbiq olunmuş və insanlığı tərəqqiyə doğru aparmışdır.

Davamı →

Sofistlər

M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə birləşdirmişdilər. Onlara “Sofistlər” deyirdilər. Sofistlər bəlağət, natiqlik, məntiq, polemika kimi fəlsəfi istiqamətləri inkişaf etdirmişdilər. Onların hansısa bir ortaq təlimləri olmamışdır, dünyagörüşləri müxtəlif təlimlərin qarışığından ibarət idi. Sofistlərin bir çoxu öyrəncilərə ödənişlə müdriklik və mübahisədə qalib gəlmək dərslərini keçmişdilər.

Davamı →

Qədim yunan atomçuları

Qeyd edildiyi kimi, qədim filosoflar daha çox dünyanın nədən yaranması, varlığın mahiyyətinin nədən ibarət olması kimi suallara cavablar axtarırdılar. Atom-çuluğun əsasını Leukippus qoymuşdur. O hesab edirdi ki, dünyada hər şey sadə, bölünməz kiçicik hissəciklər olan atomlardan (yun. aTopoç) ibarətdir. Eləcə də Parmenidesdən fərqli olaraq o, boşluqların var olduğunu iddia edirdi. Bu da atomları bir birindən ayıran məkanlardır. Atomlar onların arasında hər zaman hərəkət edir. Dünyada bütün şeylər və olaylar atomların burulğanından yaranır.

Davamı →