Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Roma məktəbi

Roma məktəbinin və ümumiyyətlə, yeni-platonçuluğun ilk filosofu Ammonius Sakkas hesab edilir. O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur.
Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar.

Davamı →

Yeni-platonçuluq

Yeni Akademiya təxminən m. 200 — 529-cu illər arasında fəaliyyət göstərmişdir. Bu da “yeni-platonçuluq” (neoplatonizm) adlanan platonizmin sonuncu, beşinci tarixi mərhələsi hesab olunur. Onu səciyyələndirən xüsusiyyətlərdən biri neoplatonizmin dinə və mistikaya yaxınlaşması olmuşdur.

Davamı →

Mitraizm

Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran məşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər.

Davamı →

Qnostisizm

Qnostisizm antik dövrün sonlarında (I — V yüzilliklərdə) yaranmış dualistik dini təlimdir. Bu təlimdə Xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyaları qarışmış, sinkretik hala gətirilmişdir. Qnostisizm ezoterik bir təlim idi, onun ardıcılları iddia edirdilər ki, Tanrı onlara dünyanın sonu haqqında biliklər vermişdir.

Davamı →

Yeni pifaqorçuluq

Yeni pifaqorçuluq m. ö. I yüzillikdə İskəndəriyyədə yaranmış mistik dini-fəlsəfi təlimdir. M. ö. IV yüzillikdən sonra qədim pifaqorçuların fəaliyyətinə son qoyulmuşdur. Roma imperiyası dövründə isə bu təlim yenidən dirçəlsə də, onun qədim məktəbinin təlimi ilə çox az bağlılığı olmuşdur. Sadəcə bu məktəbin filosofları hansısa tanınmış ənənəyə bağlı olmasını sərgiləmək üçün öz təlimlərini qədim pifaqorçuluqla bağlayırdılar. Bu səbəbdən də, o zaman pifaqorçuluğa aid edilən çoxlu sayda saxta ədəbiyyat yazılmışdır.

Davamı →

Hermetizm

Hermetizm ellinizm dövründə yaranmış dini-fəlsəfi cərəyan olmuşdur. Neoplatonizmin cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya, cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı.

Davamı →

Ellinizm və Roma dövrlərində dini-fəlsəfi təlimlər

Qədim romalıların dünyagörüşünün əsasını politeizm (çoxtanrılıq) təşkil edirdi. Onlar inanırdılar ki hər bir şeyin, eləcə də təbiət hadisələrinin tanrıları və ruhları vardır. Bundan başqa, qədim Romada ölmüş əcdadların ruhlarına pərəstiş kultu və magiya da yayılmışdı. Romalılar ovsun, sehr və cadulara öyrəncəli idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi və başqa adətləri kahinlər icra edirdilər.
Davamı →

Orta platonçuluq

Qeyd edildiyi kimi akademiklər Arkesilausdan sonra Platon təlimindən tədricən ayrılmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya məktəbi tənəzzül dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Orta Akademiya dövrü (m. ö. 80 — m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.

Davamı →

Qədim platonçuluq

Platondan sonra qədim Akademiyanın başçısı (skolarxı) Speusippus olmuşdur. O, müxtəlif sahələr üzrə çoxlu əsərlərin müəllifi kimi tanınırdı. Ancaq, həmin əsərlər bizim zamanımıza çatmamışdır.
Speusippus Platonun ontoloji təlimində də əsaslı dəyişikliklər etmiş, onun ideyalarını rəqəmlərdə təsəvvür etmişdir. Bununla da o, ideyaları inkar edirdi. Aristotel yazırdı ki, Platondan fərqli olaraq Speusippus şeylərin gözəlliyini onların başlanğıclarında görmürdü, çünki bu gözəlliklər onların özlərində müşahidə olunur .
Bütün rəqəmlərin başlanğıcı hər şeydən üstün olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də ərdəm kimi başa düşülürdü. Ancaq, Speusippusda o tam mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə əlaqələndirilən rəqəmlər başlayır. Tanrını isə Speusippus Platonun Demuirqosunda görürdü, onu Əqllə eyniləşdirirdi.

Davamı →

Roma stoaçılığı

Yeni stoanın tarixi Roma imperiyası dövrü ilə bağlı olmuşdur. Bu məktəbinin ən görkəmli nümayəndələri Seneka, Epiktetus, Markus Aurelius və Sisero olmuşdurlar.
Lusius Anneus Seneka Roma stoaçılarının ən görkəmli nümayəndələrindən biri, həm də tanınmış dövlət xadimi idi. İspaniyanın Kordova şəhərində anadan olmuş, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoa məktəbinin filosoflarından dərs almış, Posidoniusun ardıcıllarından biri olmuşdur.

Davamı →