Рейтинг
+5.76

islam tarixi

20 üzv, 71 topik

II Bəyazidin Dövründəki Hadisələr

II Bəyazid 1484-cü ildə Boğdan hücum edərək Kili və Akkirman qalalarını ələ keçirdi. Bununla da Krım xanlığı ilə qurudan əlaqə qurulmuş oldu.
Osmanlılar və Məmlüklər xeyli müddət rahat yaşadılar. Ancaq bu illərdə özlərinə pənah gətirən Karamanoğlu və Cemə yaxşı rəftar etdilər. Bunun nəticəsində iki dövlət 1484-1490-cı illərdə 6 il davam edəcək mübarizəyə başladılar. Ancaq iki tərəfə də heç bir faydası olmayan bu mübarizə sərhədlərin əvvəlki kimi qalmasını bildirən müqavilənin imzalanması ilə nəticələndi. Məmlükilər o dövrdə Osmanlılardan sonra ən böyük dövlət idi.

Davamı →

Fateh Sultan Məhmədin Hakimiyyəti (1451-1481)

Fateh olaraq adlandırılan və türklərin tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən böyüyü olan II Sultan Məhməd, 19-20 yaşlarında ikən üçüncü dəfə 1451-ci ildə Osmanlı taxtına keçdi. Vəzir Çandaralı Xəlil paşanı vəzifəsində olduğu kimi saxladı. Karamanoğlunun II Muradın vəfatından sonra Osmanlı ərazilərinə hücumu nəticəsində ilk səfərini onlara qarşı etdi. Onları məğlub edərək bəzi ərazilərini ələ keçirdi və müqavilə imzaladı. Macarlarla da 3 illik bir müqavilə imzaladı. Bu əsnada dövlətlərlə heç bir münaqişənin çıxmamasına çalışdı.

Davamı →

İstanbulun mühasirəsi və Kiçik Mustafa Çələbinin üsyanı

Bizans imperatoru Mustafa Çələbini dəstəkləmiş, Sultan Muradın təklif etdiyi sülh müqaviləsini isə qəbul etməmişdi. Sultan qələbədən sonra təbrik və müqavilə üçün gələn Bizans elçilərini bir müddət həbs etdirdikdən sonra sərbəst buraxmış və onlara “gedin imperatora Konstantinopola hücum edəcəyimi söyləyin” demişdi.
Sultan II Murad Konstantinopolu mühasirəyə alsa da, Bizans bundan da qorunmağın yolunu tapdı.

Davamı →

Şeyx Bədrəddin Üsyanı

Şeyx Bədrəddinin üsyanı Osmanlı dövlətinin fətrət dövründəki çəkişmələrdən, xalqın səfalətindən istifadə edərək şeyxlikdən şahlığa çıxarılmaq üçün edilən bir üsyandır.
Bədrəddinin babası olan Əbdüləziz, Rumeli fəthləri zamanı Dimeto-ka müharibəsində şəhid olmuşdur. Əbdüləzizin İsrail adlı oğlu, Dimetoka Rum bəyinin qızı ilə evlənmiş və bu evlilikdən də Şeyx Bədrəddin dünyaya gəlmişdi. Təhsilini Bursa, Konya, Suriya və Misirdə tamamlamışdı. Qəzvinə gedərək batini əqidə ilə geri qayıtmışdı. Misirdən Anadoluya gələrək fikirlərini yaymağa çalışmış, hər millət və dindən tərəfdar toplamağa başlamışdı. Musa Çələbi Rumeli hökmdarı olduğu zaman da onu qazi-əsgər seçmişdir ki, bu da onun şöhrətinin artmasına səbəb olmuşdu.

Davamı →

Fətrət Dövrü (1402-1413)

Ankara savaşında Osmanlıların məğlub olması, Teymurun Anadolunu yağmalamasına və xəzinələri ələ keçirməsinə səbəb olmuşdur. Beləliklə Teymur Osmanlı dövlətini zəiflətdiyi kimi, ərazilərim də oğulları arasında bölüşdürərək daha da zəiflətməyi düşündü. Bəyazidin oğulları arasında hakimiyyət uğrunda dava gedən vaxtda belə, balkanlar heç vaxt üsyan etmədilər. Balkanlar bu dövrdə üsyan etməməklə Osmanlı idarəsinin buradakı nüfuzunu və onlardan razı qaldıqlarını nümayiş etdirdilər.

Davamı →

Osmanlı-Karamanoğlu Münasibətləri

Osmanlılardan əvvəl qurulan Karamanoğlu dövləti ilə, Osmanlılar arasındakı rəqabət davam edirdi. Osmanlıların Rumeli ilə məşğul olmasından istifadə edən Karamanoğlu Bəyşəhəri 1386-cı ildə işğal etdi. Sultan Murad bir ordu hazırlayaraq Konya üzərmə hərəkət etdi. Əlaəddin bəy qonşu bəyliklərdən də kömək toplamışdı. Konya yaxınlığında edilən döyüşdə Karamanoğullan məğlub oldu. 1387-ci ildə Əlaəddin bəylə sülh müqaviləsi imzalandı. Anadolu bəyliklərinin ən güclüsü olan Karaman-oğullannm məğlub edilməsi Osmanlıların şöhrətini artırdı.

Davamı →

Osmanlı dövlətinin qurulması

Anadolu Səlcuqlu dövləti tarix səhnəsindən silinərkən, Anadolunun qərbində yeni bir türk dövləti yavaş-yavaş qurulmağa başlamışdı. Tarix boyu dövlətsiz qalmayan türk milləti, 3 qitədə hakim olacaq və 600 il yaşayacaq bir dövləti qururdu. Bu dövlət, qurucusunun adı ilə Osmanlı dövləti adlandırılmışdır.
Qaynaqların verdiyi məlumatlara görə Osmanlılar oğuzların sağ qolu olan Günhan qolunun Qayı boyuna mənsubdurlar.
Davamı →

Azərbaycan Uğrunda İran-Osmanlı Mübarizəsi

Azərbaycan ərazisinin böyük hissəsinin Rusiya və Osmanlı tərəfindən işğalı İran dövlətinin varlığım böyük təhlükə altına almışdı. Bu İran feodallarını birləşməyə, ümumi qüvvə ilə yaranmış vəziyyətdən çıxmağa məcbur etdi. İşğalçılara qarşı mübarizəyə İranda geniş şöhrət tapmış və İran şahı Təhmasibin şərəfinə özünü Təhmasib Quluxan adlandırmış, İran qoşunları komandanı təyin edilmiş əfşarlar qəbiləsindən olan böyük feodal Nadir başçılıq edirdi. Nadir tezliklə əfqanları ölkədən qova bildi. Əfqanları ölkədən qovandan sonra o, Azərbaycan torpaqlarını ələ keçirməyə və bu yerlərdən türk qoşunlarını qovmağa başladı. O, tezliklə Azərbaycanın cənub torpaqlarının böyük hissəsini tutdu.

Davamı →

I Şah Abbasın Hakimiyyəti (1587-1629)

Abbas Mirzə I Şah Abbas adı ilə taxta çıxandan sonra Təbrizə gəlib ona tabe olduqlarını bildirmək istəyən bir çox qızılbaş əmirlərini anasının və qardaşının qətlində günahlandıraraq öldürtdürmüşdü. Bu işdə ona İran feodalları və xüsusən vəzir kömək etmişdi. Şah Abbas hər cəhdlə qızılbaş əmirlərini hakimiyyətdən uzaqlaşdırmağa çalışır, onlarla düşmənçilik edirdi. O vaxt İranda olmuş xarici səfirlərdən biri yazırdı ki, “Şah Abbasın qızılbaş soylarını görəsi gözü yoxdu, o bu soyların qüdrətini sarsıtmağa çalışır. Şah indi tatlardan ibarət dəstələrə, qulamlara arxalanır və onları yüksək dövlət vəzifələrinə təyin edir. Şah Abbas qızılbaşları hərbi işlərdən uzaqlaşdırmaq üçün hərbi islahat keçirdi, qızılbaşların inhisar hüquqları ləğv edildi, iranlılar da orduda vəzifə tutmaq hüququnu aldılar”.

Davamı →

Mütəvəkkil Dövründə Abbasilərin Vəziyyəti

Mütəvəkkilin dövründə Abbasilər zəifləməyə başladı. Ölkədə xalqın xilafət məqamındakılann davranışları, Rəsulullahın nəslinə qarşı etdikləri hörmətsizliklər səbəbilə Abbasilərə qarşı düşmənçiliyi artmışdı.
Abbasilərin daxili məsələlərə başınm qarışmasından istifadə edən Bizans İslam torpaqlarına hücumlar etməyə başlamışdı.

Davamı →