Рейтинг
+5.76

islam tarixi

20 üzv, 71 topik

Eminin qardaşı Məmunu Vəliəhdlikdən uzaqlaşdırması

Emin zövq və əyləncədən xilas ola bilmirdi. Onun bu vəziyyətindən istifadə edən Bizans hücuma keçdi. Bizans ordusu İslam torpaqlarına daxil oldu. Lakin bu belə Emini qəflət yuxusundan oyandırmadı. O, Abbasi taxtına övladlarını varis təyin etmək üçün öz qardaşının haqqma təcavüz etdi. Məmunu vəliəhdlikdən kənarlaşdıraraq balaca oğlu Musanı 810-cu ildə vəliəhd elan etdi. Məmun atası tərəfindən də sevilən və etibarlı bir şəxs idi. Hətta Harun, şərq üsyanını yatırmaq üçün də onu göndərmişdi. Atasının vəfatından sonra da Xorasan əmiri olan Məmun, İran əsilli Fəzl b. Səhli özünə vəzir təyin etmişdi. Fəzlin məsləhəti ilə Məmun ədalətə böyük əhəmiyyət verirdi. Bu baxımdan xalq tərəfindən sevilirdi.

Davamı →

Bizansla Aparılan Mübarizələr

Harun ər-Rəşid Bizansa səfərlər təşkil etdi. Ordan gələcək təhlükəni önləmək üçün, əvvəlki xəlifələrin başladığı Əvasim müstəhkam xəttini gücləndirdi. Bu məqsədlə müsəlman türkləri bura yerləşdirməyə başladı. Beləliklə Bizans axınlarım nəzarət altına almış oldu.
Bizans Xəzər türklərini üsyana təşviq etdi. Şimalda yaşayan xəzərlərin Şərqi Anadoluya etdikləri hücumlar Harunu əsəbləşdirdi. İslam ordusu 799-cu ildə xəzərləri məğlub etdi. Bundan sonra İsalam ordusu Bizans üzərinə hücuma keçdi. Oğlu VI Konstantinin yerinə taxta çıxan İrənə, yenə müsəlmanlara vergi vermək surətilə müqavilə bağladı.

Davamı →

Bağdad Şəhərinin Qurulması

Əbu Cəfərin admı əbədiləşdirən hərəkətlərindən biri də onun Bağdad şəhərini tikdirməsidir. Hz. Əli Mədinəni nəzarətdə saxlaya bilmək üçün Kufəni hökumətin mərkəzi etdi. Müaviyə də Ümeyyəoğullanmn güclü olduqlan Şamdan aynlmayaraq Şamı mərkəz halına çevirdi.

Davamı →

Abbasi xilafətinin qurulması

Əbul-Abbas Abdullahın Xəlifəliyi (750-754)
750-ci ildə Kufədə Əbu Müslim və tərəfdarları tərəfində xəlifə elan edilən Əbul-Abbas Abdullah II Mərvanın öldürülməsindən sonra bütün xalq tərəfindən xəlifə olaraq tanınmışdır. Bununla da İslam tarixində Abbasilərin hakimiyyəti başlamış oldu.
Əbul-Abbas istər Əbu Müslim, istərsə də əmisi Abdullah b. Əlinin orduları tərəfindən xəlifə elan olunduğu üçün bunlara qarşı gələn olmamışdır.

Davamı →

Türküstan Fəthləri

Əbdülməlikin dövründə Türküstana təşkil olunan fəth hərəkatları I Vəlidin dövründə də davam etdirildi. İraq valisi Həccac b. Yusif, Mavə-raunnəhri demək olar ki, tamamilə ələ keçirmişdi. Həccacla bərabər Xorasan valisi Muhalləb b. Yezid də Mavəraunnəhrə hücumlar edirdi.
Muhalləbin ölümündən sonra Həccac, Xorasanın valiliyini onun oğlu Yezidə verdi. Sonra da Yezidə Xarəzmi ələ keçirməsini əmr etdi. Buram ələ keçirməyin çətin olduğunu çox yaxşı bilən Yezid b. Muhalləb səfəri gecikdirirdi. Ona görə: “Bu səfərin əziyyəti çox, faydası az idi”. Buna baxmayaq o, Həccacın əmri ilə səfərə çıxmaq məcburiyyətində qaldı. Bəzi yerlərdə qələbələr qazanaraq, çoxlu qənimət ələ keçirməsinə baxmayaraq böyük itkilər verdi. Onun diqqətsizliyi nəticəsində ərəblər arasındakı qəbilə mübarizələrinin qızışacağını anlayan Həccac, Yezid b. Muhalləbin yerinə öz komandiri Quteybə b. Müslimi təyin etdi.

Davamı →

Mədinə Faciəsi

Kərbəla hadisəsi İslam dünyasının kədərlənməsinə səbəb oldu. Məkkədə olan Abdullah b. Zübeyr etdiyi bir çıxışda Kufə xalqı ilə, Hz. Hüseyn və uşaqlarını şəhid edənləri lənətlədi. Yəmamədə də Nəcdət b. Amr Əməvilərə qarşı üsyan edərək idarəni ələ keçirdi.
Hicrətin ilk ilində və yəhudilərin: “biz müsəlmanlara sehr etdik. Onların artıq uşaqları olmayacaq” dedikləri əsnada, Mədinədə ilk olaraq doğulan, Rəsulullahın və bütün müsəlmanların sevincinə səbəb olmuş məşhur səhabə Abdullah b. Zübeyr, özünə edilən xəlifəlik təkliflərini qəbul etmədi. Onun bu qərarının doğru olduğu tezliklə ortaya çıxdı. Çünki Yezid çox çəkindiyi Abdullah b. Zübeyri həbsə atdırmaq üçün bir bəhanə axtarırdı. Lakin Abdullah b. Zübeyr ehtiyatlı davranaraq tutulmasına səbəb olası hərəkətlərdən çəkmirdi.

Davamı →

I Yezidin Hakimiyyəti (680-683)

Atasının ölümündən sonra Yezid hakimiyyətə gəldi. Bu əsnada Vəlid b. Utbə Mədinədə, Amr b. Sad Məkkədə, Übeydullah b. Ziyad Bəsrədə və Bəşir b. Numan da Kufədə vali idilər.
Öz dövründə nəzərəçarpacaq bir dəyişiklik etməyən Yezid, Hz. Hüseyn, Abdullah b. Ömər və Abdullah b. Zübeyri beyət etdirmək üçün hərəkətə keçdi. Mədinə valisi Vəlid b. Utbəyə məktub yazaraq adı çəkilən şəxslərin beyət etdirilməsini istədi. Vəlid b. Utbə isə, məsləhətləşmək üçün, sabiq Mədinə valisi, Hz. Osmanın katibi olmuş Mərvan b. Hakəmi çağırdı. Mərvan isə:

Davamı →

Müaviyə b. Əbu Süfyanın Hakimiyyəti (661-680)

Hz. Həsənin xilafətdən çəkilməsilə İslam dünyası Müaviyənin xəlifəliyini qəbul etdi. Bununla da İslam tarixində məliklik dövrü başlamış oldu. Rəsulullah bir gün Müaviyə b. Əbu Süfyan ilə qarşılaşdıqda: “Məlik olduğun təqdirdə xalqa mülayim davran” buyurmuşdur. Sad b. Əbi Vakkas da bu hədisi-şərifə istinad edərək Müaviyəyə beyət etməyə gəldikdə ona məlik deyə xitab etmişdir.
Müaviyə b. Əbu Süfyan təşkilatçılığı və siyasəti yaxşı bilirdi. İnsanların qəlblərini qazanmağı bacarırdı. Tezlikə ölkədəki nizam-intizam bərpa etmişdir.

Davamı →

İslam Anlayışı

Müsəlmanların inancına görə İslam, insanlara göndərilən son ilahi dindir. Quranın mənbəyi Allah, obyekti isə imandır. İslam ümumbəşəridir. Din, dil, cins, irq fərqi qoymadan, bütün insanlığa xitab edir. Bu nöqteyi-nəzərdən İslam, dünya tarixində göndərilən ilahi dinlərin ən kamili və ən sonuncusudur. Bütün bəşəriyətin dinidir. Bütün insanlığın, dünyada və axirətdə xoşbəxt olmasını qarşısına məqsəd qoymuşdur.

Davamı →