Рейтинг
+5.76

islam tarixi

20 üzv, 71 topik

HUDEYBİYƏ MÜQAVİLƏSİ

“(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatmın başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!.”

Davamı →

Rəsulullahın (s.ə.s) Duası və Mühasirənin Sona Çatması

Rəsulullah (s.ə.s) o çətin gün:
-Allahım! Ey Quranı endirən və hesabı tez edən Rəbbim; Bu ərəb qəbilələrini dağıt, birliklərini poz, iradələrini sarsıt 265 deyə dua etdi. Duası bitincə, Rəsulullahın (s.ə.s) üzündə sevinc izləri görüldü. Rəbbimin kömək vədini sizə müjdələyirəm, buyurdu. Elə o axşam, ayeyi-cəlilə və hədisi-şərifdə bildirilən «səba küləyi” əsməyə başladı.266 Fırtına və qasırğa çadırları söküb uçurdu, yemək qazanları aşdı, ocaqlar söndü, dəvələr və atlar bir-birinə qarışdı. Müşriklərin ağızları, burunları, gözləri toz-torpaqla doldu. Qərargahları alt-üst oldu. Ortalığı dəhşət bürüdü. Nəyə məruz qaldıqlarını anlamaya bilmədilər.

Davamı →

Raci Hadisəsi

Uhud döyüşündən sonra müşriklərin cəsarətləri artdığı üçün, Mədinədə müsəlmanların təhlükəsizliyi xeyli sarsıldı. Rəsulullah (s.ə.s) bir tərəfdən müdafiə etmə tədbirləri görür, bir tərəfdən də islamı yaymaq üçün hər fürsətdən faydalanmağa çalışırdı. İslamı qəbul edib, dinin hökmlərini və Qurani-Kərimi öyrənmək istəyən qəbilələrə mürşidlər (müəllim) göndərirdi.

Davamı →

UHUD DÖYÜŞÜ

“(Uhud müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz! ”

Bədir döyüşündə Məkkə müşriklərindən 70 nəfər öldürülmüşdü. Bunlar arasında Əbu Cəhil, Ukbə, Utbə, Şeybə, Ümeyyə, As b. Hişam kimi Qüreyşin rəhbərləri var idi. Buna görə Məkkəlilər Bədir məğlubiyyətini unuda bilmir və intiqam atəşiylə yanırdılar.
Bədirdə, atalarını, qardaşlarını, oğullarım və digər yaxınlarım itirənlər, Məkkə rəisi Əbu Süfyana müraciət etdilər. Darun-Nədvədə toplanaraq, Şam karvanının qazancı ilə bir ordu yığıb Mədinəyə hücum edib və müsəlmanlardan qisas almağa qərar verdilər.

Davamı →

Abdullah b. Caxş Səriyyəsi və Bətni-Nəhlə Hadisəsi

Mədinəyə basqm hazırlığı görən Qüreyşin hərəkətindən xəbər almaq üçün Peyğəmbər əfəndimiz, Rəcəb ayınm son günlərində, Məkkə tərəfinə bibisinin oğlu Abdullah b. Caxş əmrində, 8 nəfərlik bir səriyyə göndərdi. Sadəcə iki gün sonra açmaq üçün Abdullaha bir məktub vermişdi. Məktubda, Məkkə ilə Taif arasındakı Nəhlə vadisinə qədər gedilməsi, Qüreyşin fəaliyyətləri haqqında məlumat toplanılması istənilirdi.

Davamı →

Mutə döyüşü

Döyüşün Səbəbi
Mutə döyüşü, müsəlmanlarla xristianlar (ramlar və xristian ərəblər) arasında edilən ilk döyüşdür. Səbəbi Rəsulullahın (s.ə.s) elçisinin öldürülməsidir.
Rəsulullah (s.ə.s) islama dəvət üçün hökmdarlara elçilərlə məktublar göndərdiyi əsnada, Suriyada Busra (indiki Sinaqoqun) əmiri Şürahbilə də, Haris b. Umeyr ilə bir məktub göndərmişdi. Qassani ərəblərindən Şürahbil, xristian idi. Bizansın himayəsində olurdu.

Davamı →

Hudeybiyə müqaviləsi

Müsəlmanların Kəbəni Ziyarət Etmək Arzusu
Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s) Mədinəyə hicrət etdiyi 6 il olmuşdu. Bu müddət içində Məkkə müşrikləriylə, Mədinədə olan müsəlmanlar arasında, sırasıyla Bədir, Uhud və Xəndək döyüşləri oldu. Məkkə müşrikləri Mədinəyə hücum edərək, Hz. Peyğəmbəri (s.ə.s) öldürmək, islamı yox etmək üçün hər yola baş vurdular. Bütün imkan və güclərini ortaya qoydular. Lakin, məqsədlərinə çata bilmədilər. Müsəlmanların gündən-günə güclənmələrinə, saylanmn artmasına mane ola bilmədilər.

Davamı →

HƏZRƏTİ MƏHƏMMƏDİN PEYĞƏMBƏRLİYİ. MƏDİNƏ DÖVRÜ

“İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) — məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!”

Davamı →