Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Pizza haqqında maraqlı faktlar

Pizza italyan mətbəxinin ən məşhur yeməyidir, eləcə də dünyada milyonlarla insan tərəfindən sevilir. Aparılan sorğu nəticəsində 78 % sorğu iştirakçısı ən sevimli yeməkləri kimi pizzanı göstərmişdilər.

Pizzanın çeşidləri müxtəlifdir və bununla belə hər kəs ağız dadına uyğun pizza seçə bilər. Dünyada sutkaya 500 milyon pizza yeyilir. Sizə pizza haqqında maraqlı faktları təqdim edək :

— 1738-ci ildə, italyan Neapolunda dünyada ilk dəfə pizza mərkəzi açıldı. Adı Antika idi.


Ardı →

Ətli səbzi qovurma

Ərzaqlar:

500 qr. suda bişmiş xırda doğranmış qoyun əti (ya da mal əti)

3 ədəd baş soğan

4-5 dəstə göyərti (kəvər, keşniş, şüyüd, cəfəri, nanə, ispanaq)

4-5 ədəd alça turşusu

2 x. əridilmiş kərə yağı

Duz

Limon duzu

İstiot


Ardı →

Zoğal kompotu

Ərzaqlar:
Zoğal
Şəkər tozu
Su
Bankaların ağzına bağlamaq üçün yapışdırıcı

Hazırlanması:
Zoğalı təmizləyib yuyuruq.
Bankaya dörd barmaq hündürlüyündə meyvə tökürük.

Hər bankaya 1 stəkandan bir barmaq aşağı şəkər tozu tökürük.(Şəkər tozunu zövqə görə azaltmaq da olar. Çox şirin istəməyənlər 1 armudu stəkan tökə bilərlər)

Su qaynadırıq.Qaynar suyu bankaya əlavə edirik. Qapaqları qaynar suya qoyuruq. Bankanın ağzını qapaqla örtüb yapışqanla bağlayırıq. Sonra bankaları çalxalayırıq içindəki şəkər tozu əriyir.
Ardı →

Limon şərbəti

Qonaq çağırıldığımız hər bir evdə süfrələrimizi kola, limonat, qazlı içkilərlə bəzəyirlər. Lakin bir qədər keçmişə nəzər salsaq Azərbaycan süfrəsi müxtəlif meyvələrdən hazırlanan şərbətlərlə zəngin olub.

Bu gün sizlərə limon şərbətinin reseptini təqdim edirik. Əminəm ki, ev şəraitində hazırlanmış şərbət, insanların kökəlməsinə səbəb olan digər içkilərdən daha çox sizin tərəfinizdən bəyəniləcək.

Limon şərbəti üçün ərzaqlar:
4 limon
25 parça qənd
1litr su
1 damcı gül yağı, ya da 1 çay qaşığı gül şirəsi
0,1 q zəfəran

Hazırlanması:
Ətirli su və qənddən şirə bişirilir, limon qabığı (portağal qabığı da ola bilər) tökülüb qarışdırılır. 10 dəqiqədən sonra ya qızılgül şirəsi, ya da qızılgül yağı, daha sonra isə limon şirəsi tökülüb qarışdırılr, zəfəran suyu əlavə edilib soyuq yere qoyulur.
Davamı →

Qozlu kiftə

Tərkibi:
— 3 stəkan əzilmiş qoz
— 2 stəkan bulqur
— 2 ədəd quru soğan
— 3 diş sarımsaq
— 1 dəstə cəfəri
— 1 xörək qaşığı pul bibər
— İstiot
— Duz
— Cirə
— Nanə
— Kahı
— 1 qaşıq tamat
— Yağsız qiymə (ət maşınından iki dəfə keçirilməlidir)

Hazırlanması:
— Bulqurları 2 stəkan isti suda isladın.
Ardı →

Günəbaxan halvası


Çox güman ki, bu halva növü ən məşhurlardan biridir. Günəbaxan halvasının hazırlanma prosesi:
Tumları qızardırıq.
Ayrıca unu qızardırıq.
Tumları 3 dəfə ətçəkən maşınından keçiririk.
Alınmış kütləyə unu əlavə edib təkrar əzirik.
Ardı →

Mürəbbə: bişirilməsi qaydası və faydaları

Ev şəraitində hamı mürəbbə bişirir, lakin bu işin incəliyini hamı bilmir. Əvvəla mürəbbə emallı ləyəndə, az miqdarda, 2-3 kq. bişirilməlidir. Əgər alüminium ləyəndə bişirilsə, mürəbbə bişdikdən sonra başqa qaba boşaldılmalıdır. Mürəbbə bişirilən qab yastı və enli olmalıdır ki, bişirilmə və mətə qoyma zamanı artıq su tez buxarlansın. Bişib və soyudulmuş halda şüşə, saxsı küplərə töküb sərin yerdə saxlanmalıdır.

Mürəbbə bişirmək üçün tam yetişmiş,

bərk olmayan, eyni ölçülü meyvələr götürülməlidir. Kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. Vaxtı ötmüş meyvədən isə mürəbbə əzilmiş formada olur. Yaxşı olar ki, orta irilikdə olan meyvədən mürəbbə hazırlansın. İri olan meyvəni məsələn alma, heyva doğranıb bişirilsin. Doğranılıb bişirilən zaman, meyvə qaralmasın deyə onları 0,5 -1 %li limonlu suda saxlamaq yaxşıdır. Alça, göyəm, gavalı mütləq bir-iki yerdən deşilməlidir ki, şərbət meyvəyə keçsin. Yumşaq meyvələr əhəng məhlulunda saxlanmalıdır ki, bişmə zamanı əzilməsin. Mürəbbələr müxtəlif cür hazırlanır. Birbaşa və bir neçə dəfə bişirilmə üsulu ilə hazırlanır. Meyvələr əzilməsin deyə bir neçə dəfəyə bişirilir.


Ardı →

Meyvə pizzası

Tərkibi:
— Şəkərli peçenye xəmiri
— 250 qram mikserlə çalınmış yağsız pendir
— Stəkanın üçdə biri qədər şəkər pudrası
— 1 çay qaşığı vanil
— 1 xörək qaşığı su
— Seçimə görə dilimlənmiş meyvələr

Hazırlanması:
Peçenye xəmirini pizza xəmiri kimi incə şəkildə açın. 12 dəqiqə 190 dərəcədə sobada bişirin və bişdikdən sonra kənarda soyumağa qoyun. Pendir, şəkər pudrası və vanili qarışdırın. Soyuyan xəmirin üzərinə incə təbəqə şəkilində yaxın.

Meyvə dilimlərini xəmirin üzərinə yerləşdirin. Suyu qaynama nöqtəsinə gələnə qədər qarışdıraraq isidin. Fırçayla meyvələrin üzərinə sürtün. Bunun sayəsində meyvələrin rəngi qorunmuş olacaq. Süfrəyə təqdim etmədən əvvəl soyuducuda saxlayın.

Nuş olsun!
Davamı →

Gilas kompotu

Ərzaqlar:
Gilas
Şəkər tozu
Su
Bankaların ağzına bağlamaq üçün yapışdırıcı

Hazırlanması:
Gilasın saplağını təmizləyib yuyuruq. Bankaya 6 sm hündürlüyündə gilası tökürük.

Hər bankaya 1 stəkandan bir barmaq aşağı şəkər tozu əlavə edirik. (Şəkər tozunu zövqə görə azaltmaq da olar. Çox şirin istəməyənlər 1 armudu stəkan tökə bilərlər)

Su qaynadırıq. Qaynar suyu bankaya əlavə edirik. Bankanın ağzını qapaqla örtüb yapışdırıcı ilə yapışdırırq. Sonra şəkər tozunun əriməsi üçün bankaları çalxalayırıq.

Bankaları ədyalın arasına qoyub bükürük.
Soyuyandan sonra bankaları çalxalayıb götürürük.
Nuş olsun!
Davamı →

Cupcake

Tərkibi:
3 yumurta
2 su stəkan şəkər
1 su stəkan maye yağ
1 su stəkan süd
3 su stəkan un
1 vanil
1 qabartma tozu
1 paket kakaolu pudinq
Tort bəzəmə şəkəri
10 dənə altı düz dondurma papağı

Hazırlanması:
Keks xəmirini mikserlə çırparaq hazırlayırıq.
Papaqları 2 barmaq boşluq qalacaq şəkildə doldururuq. ( Kəkələ qabaracağı üçün bir az boşluq qalmalı)
Cupcake nimçəsinə və ya düz bir nimçəyə yerləşdirib bişiririk.
Kakaolu pudinqi hazırlayırıq. İstəsəniz krem şanti və ya tort kremi, əridilmiş şokolad və ya nutella da sure bilərsiniz.
Tort bəzəmə şəkərini səpirsiniz.
Davamı →