Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Pomidor boğçaları

Ərzaqlar:
3 yemək qaşığı qatıq (varsa süzmə)
3 ədəd kartof
1 ədəd yerkökü
2 ədəd xiyar
3 yemək qaşığı mayonez
4 diş sarımsaq
duz
15-20 pomidor

Hazırlanması:
1. Süzülmüş qatığınız yoxsa, bir gecə öncədən içərisinə kağız dəsmal sərilən bir süzgəcə 3 yemək qaşığı qatıq tökün. Süzgəci boş bir qatıq qabına və ya kasaya qoyun və bu vəziyyətdə soyuducuda saxlayın.
Ardı →

Sobada beşamel souslu badımcan

                           

Fransız mətbəxi müxtəlif souslar ilə zəngindir. Bunlardan ən məşhuru isə beşamel sousudur. Bəzən bu sousa «ağ sous» da deyirlər. Əsrlər boyu bu sous kulinariyanın favoriti hesab olunur, ancaq hələ də bu sousun hansı ölkənin mətbəxinə aid olduğu barədə mübahisələr davam edir. Bəzən beşamel sousunun İtalyan mətbəxinə də aid olduğu bildirilir.  Süd, yağ və undan hazırlanan bu sousa müxtəlif ədviyyatlar qatılaraq fərqli dadlar əldə etmək olar. Beşamel sousu ət, toyuq, balıq və tərəvəz yeməkləri ilə əla uyğunlaşır. Bu sousu necə hazırlamağı isə bu reseptdən öyrənə bilərsiz. Ət və tərəvəzlər ilə birlikdə çox ləzzətli bir yemək alınır.


Ardı →

Sərinləşdirici içki

Tərkibi:
1 litr qaynadılmış ilıq su
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
Yarım qaşıq limon suyu
300 qram şəkər tozu

Hazırlanma qaydası:
İlk olaraq bir litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə edib qaynadın.

Qaynadıqdan 2-3 dəqiqə sonra onu sobadan götürüb soyumağa qoyun. Bu vaxt ayrı qabda 2 ədəd xiyarın içini çıxarıb qabıq tərəfini xırda xırda doğrayın.

Qaba tökünb üzərinə limon suyu əlavə edin.
Qaynadılmış suyun üzərinə bu qarışığı əlavə edin. Onu şüşə yaxud plastik bir qaba tökərək soyuducuya qoyun.

2-3 saat soyuducada saxlayın və budur bol vitaminli yay içkiniz hazırdır.
Davamı →

Korn Doq

İnqrediyentlər:
Un – 100 qr.
Qarğıdalı unu – 100 qr.
Şəkər – 3 x.q.
Qırmızı istiot – 1 x.q.
Soda – 1,5 ç.q.
Qabartma tozu- 1 ç.q.
Duz – 0,5 ç.l.
Yumurta – 1 ədəd.
Süd – 2 x.q.
Sosiska – 6 ədəd.
qızartmağ üçün yağ – 300 ml.

Hazırlanma qaydası:
Əvvəl quru inqrediyentləri qarışdırmaq lazımdır. Qarğıdalı unu mütləq olmalıdır.
Ardı →

Dünyanın ən məşhur sousun icadı

Ketçup- ən məhşur souslardan biridir. Ondan daha cox fri kartofu və kotetleri yeyərkən istifadə olunur, salatlara əlavə edilir və hətta onunla baqlı da pörtlədilir. Ketçupun tətbiqinin milyonlarla varinatı var. Bu tomat delikatesi duz və ya çörək kimi yeməyin əsas atributuna çevrilib. Mağazaların piştaxtalarında hər bir zövqə və yeməyə uyğun bir çox ketçup növü təqdim edilir. Lakin bu həmişə belə olmayıb.

Avropanı ketçupla ilk öncə 1700 –cü ildə dənizçilər tanış ediblər. Onlar Malayziyadan duzlu balıq və ədviyyatlardan hazırlanmış ketsiap sousunu gətirdilər ki, bu sous çox populyarlıq qazandı. Lakin 1972-ci ildə inglis aşpazı Riçar Briqqin balığı pomidorlara əvəz etməsi əsl dönüş oldu. Bu vaxt pomidor doğurdan da mistik məhsul sayılır. O vaxtdan ketçup məşhurlaşmağa başladı.

İllər boyu ketçupun resepti daim dəyişməkdə davam edir. Onun tərkibinə sarımsaq, kərəviz, sirkə, duz, qarğıdalı nişastası, tomat pastası, acı istiot və. s. kimi inqrediyentlər əlavə olunur.


Ardı →

Qarpız mürəbbəsi

Ərzaqlar:
1 kilo təmizlənmiş və doğranmış qarpız qabığı (hazırlanması reseptdə)
3 xörək qaşığı soda
1 kilo yarım şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mxək

Hazırlanma Qaydası:
Qarpızın qabığının qırmızı və yaşıl hissəsindən təmizləyin. Ağ qabığı ziqzaqvari bıçaqla təxminən 2 santimetr yarım ölçüsündə doğrayın.

Qabığı ləyənə qoyub, üstünü örtəcək qədər su doldurun. Sodanı buraya əlavə edin. Ləyəni 2 saatlığa kənara qoyun (soda qabığı bərkidəcək, bişdiyində qabıq dağılmayacaq). Qabığı süzüb, suyun altında yaxşıca yuyub yenidən süzün.

Ləyənə qabığı ördəcək qədər su tökün. Qaynadın. 2 dəqiqə qaynatdıqdan sonra, qabığı aşsüzənə boşaldın. Bu addımı bir dəfə də təkrarlayın.

Süzülmüş qabığa şəkər və 15 stəkan suyu əlavə edin. Arada qarışdıraraq orta odda qaynadın. 2 saat 45 dəqiqə qaynatdıqdan sonra, ətirşah və ya istifadə edəcəyiniz ədvanı əlavə edib, mürəbbəni 15 dəqiqə də bişirin. Hazır qarpız mürəbbəsi şəffaf və açıq sarı rəngdə olmalıdır. Əgər ləyənin kənarları şəkərlənməyə başlayırsa, deməli mürəbbə çox bişib. Bir az su əlavə edib qaynadın. Ləyəni kənara çəkin. Yarpaq və ədvanı çıxardın.

Mürəbbəni ləyəndə soyudun. Sonra isə təmiz, sterilizə edilmiş bankaya yığıb sərin yerdə saxlayın.

P.S: 3 litrəlik banka üçün
Mürəbbəyə xoşməzə tam vermək üçün, hərdən ona ətirşah yarpağı, və ya darçın çubuğu, və ya mixək qatılıb, arıxda çıxardılır.

azcookbook.com
Davamı →

Paytaxt keksi

Tərkibi:
200 q kişmiş. (və ya quru meyvələr)
200 q kərə yağı.
2 yumurta.
200 q şəkər.
0,5 ç.q. soda.
1 ç.q. limon şirəsi.
200 q un.
Bir çimdik duz.
10 damcı meyvə esensiyası və ya vanil.
Ardı →