Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Klassik süngər biskviti

Qənnadçılar biskvit bişirəndə xüsusi metodla hazırlanan biskvit unundan istifadə edirlər. Mən sizə onun evdə hazırlanma qaydasını reseptdə izah edəcəyəm. Bu un biskviti yumuşaq və yüngül edir. Stəkan bir çay fincanı (servis çaşka kimi) qədər tutur.

1 stəkan biskvit unu (resepti aşağıda verilir)
5 ədəd iri yumurta – ağı sarısından ayırılmış – mütlər otaq temperatunda olmalıdırlar!
1 stəkan şəkər tozu
yarım çay qaşığı vanil ekstraktı (duru vanil) 

Əvvəlcə  biskvit ununu hazırlayın. Bunun üçün sizə adi əla növ buğda unu və qarğıdalı nişastası lazım olacaq (basqa nişastalar olmaz). Bir stəkan unu ölçün, sonra isə üstündən 2 xörək qaşığı un götürüb un qabınıza geri qoyun. Bu 2 xörək qaşığı un sizə lazım olmayacaq. Qalan una 2 xörək qaşığı qarğıdalı nişastası əlavə edin. Sonra un və nişasta qarışığını ən az 5 dəfə ələyin. Nə qədər çox ələsəniz, biskvit ununuz o qədər yüngül olacaq və nəticədə biskvitiniz də elə olacaq. Beləliklə 1 stəkan biskvit ununuz hazırdır. Kənara qoyun.

Sobanı 180C-dək qızdırın. Biskvit mütləq qızdırılmış sobada bişməlidir!


Ardı →

“Moruq sıçrayışı” şokoladlı kokteyl

4 porsiya kokteyl üçün sizə lazım olacaq:
yarım kilo dondurulmuş moruq;
1 stəkan mərcanı və ya moruq şirəsi;
1 stəkan şokoladlı süd;
1 kq şokoladlı dondurma;
bəzək üçün bir neçə təzə moruq giləmeyvəsi.

Hazırlanması:
Dondurulmuş giləmeyvələri, şokoladlı südü və giləmeyvə şirəsini blenderdə birləşdirin.

Alınmış qarışığı 30 saniyə ərzində çalın, sonra blenderə dondurma əlavə edib təkrar 30 saniyə çalın.

Alınmış qatı kokteyli hazır formalara yerləşdirin və təzə moruqla bəzəyin.
Davamı →

Tez hazırlanan salat

Ərzaqlar:
Bir ədəd xiyar;
Bir ədəd pomidor;
Bir dəstə kahı;
Bir ədəd kök;
İki ədəd Çuğundur;
Yarım gül kələmi;
İki-üç budaq şüyüd;
İki-üç budaq cəfəri;
Üç qaşıq zeytunyağı;
Bir qaşıq sirkə;
Zövqə görə duz.

Hazırlanması:
Bütün bu ərzaqları ətrafımıza topladıqan sonra artıq salatı hazırlamağa başlaya bilərik.
Ardı →

Piti

Bizim ailələrdə və yeməkxanalarda çox iştahla yeyilən əziz xörəkdir. Mümkün qədər qoyunun çox yağlı döş-maçasından, peysər, sərdəs ətindən bişirilir. Pitiyə ətlə bərabər quyruq da salınsa daha ləzzətli olar. Piti sümüklü ətdən də bişirilir. Saxsı külpələrdə bişirilən piti xüsusilə ləzzətli olur.

Hazırlanma qaydası:
qabaqcadan isladılmış noxud küpədəki suyun içinə tökülərək bişirilir.
30-40 qrama yaxın doğranmış sümülü və sümüksüz ət noxud qaynayan qaba atılır, içinə duz, soğan salınır. Kəfi alınır.

Ümumiyyətlə xörəklər, xüsusən piti, nə qədər dəmlə bişərsə, bir o qədər dadlı olar. Bişənə yaxın içinə ədviyyat (sarıkök, istiot), olsa albuxara, olmasa təzə və yaxud qurudulmuş alça salınır.

Bundan sonra soyulub yuyulmuş kartof, əgər iridirsə iki bölünərək bişən ətin içinə atılır. Piti süfrəsində mütləq soğan olmalıdır.

Bəzi ailələr pitinin suyuna çörək doğrayıb ayrıca yeyirlər, sonra isə həmin qabda ətini əzib yeyirlər. Bəziləri isə ətlə suyunu biryerdə qarışıq yeyirlər. Zövqə görə bunların hər ikisi ləzzətlidir.
Davamı →

Şokolad kokteyli

Şokolad kokteyli – nəfis şirniyyat və əla çərəzdir ki, onun köməyi ilə siz asanlıqla öz yaxınlarlarınızı sevindirə biləcəksiniz. Onun hazırlığı üçün lazımlı inqrediyentləri istənilən supermarketdən almaq olar. Bu kokteyl bir neçə dəqiqə ərzində hazırlanır.

Ev şəraitində şokolad kokteylinin hazırlanması üçün ən vacib – əlinizin altında yaxşı blenderin olmasıdır ki, o həm dondurulmuş meyvələri, həm də ki buzu xırdalaya bilsin. Belə cihazın köməyi ilə kokteyllər çox asan və tez hazırlanır.
Sadə şokolad kokteylinin resepti

4 porsiya kokteyl üçün sizə lazım olacaq:
½ litr yağlı süd;
2 ədəd dondurulmuş banan;
500 qram şokoladlı dondurma;
bəzək üçün şokolad çipsləri.

Hazırlanması:
Südü və təmizlənmiş bananları blenderə yerləşdirin və həmcins kütlə alınana qədər blenderdə qarışdırın. Sonra qarışığın üzərinə şokoladlı dondurma əlavə edib yenidən çalın. Şokolad kokteyli hazırdır. Onu sadəcə hazır formalara yerləşdirin və şokolad çipsləri ilə bəzəyin.
Davamı →

Qarpızlı toyuq salatı

İnqrediyentlər:
Toyuq filesi – 100 q.
Qarpız – 50 q.
Pendir – 20 q.
Fındıq – bir ovuc
Salat yarpaqları
Ətirli sirkə
Zeytun yağı
Cəfəri

Hazırlanması:
Fileni qaynadıb kublara bölün. Qarpızı da həmçinin təmizləyib kublara bölün. Pendiri xırdalayın. Cəfərini yuyub yarpaqlarını qopardın. Hazır inqrediyentləri birləşdirib qarışdırın. Sirkəni yağ ilə qarışdırıb salatın üzərinə əlavə edin. Hazır salatın üzərinə cəfəri və fındıq səpin.
Davamı →

Acı leço

Tərkibi:
Bolqar bibəri – 1,5 kq,
Çili istiotu – 3 ədəd,
Yetişmiş pomidor – 2 kq,
Qara istiot dəni – 20 ədəd,
Soğan – 2 ədəd,
Şəkər – 1/2 stəkan,
Duz – 1 x.q.,
Sirkə (9%) – 50 ml,
Qurudulmuş keşniş – 4 ç.q.

Hazırlıq prosesi:
Pomidorları soğanla birlikdə ətçəkən maşından keçirin. Bolqar və çili bibərini toxumlardan təmizləyin və incə zolaqlara doğrayın. Bütün məhsulları minalanmış qazana töküb bişməyə qoyun. Daim qarışdıraraq leçonu qaynadın. Üzərinə şəkər, duz, sirkə, qara üyüdülmüş istiot və qurudulmuş keşniş əlavə edib yenə qarışdırın. Odu minimuma qədər azaldın və daim qarışdıraraq 20 dəqiqə ərzində bişirin.

Leçonu dərhal da verə bilərsiniz və ya sterilizə edilmiş bankalara yığıb qış üçün tədarük edə bilərsiniz.
Ardı →

Yemiş şorbası

İnqrediyentlər:
Yemiş – 1 ədəd
Şəkərsiz yoğurt – 5 x.q.
Təzə limon şirəsi – 3 x.q.
Ətirli sirkə – 1 x.q.
Bal – 25 ml.
Təzə rozmarin – 1 ç.q.
Darçın – 1/3 ç.q.
Qara istiot – 1/3 ç.q.
Dəniz duzu – bir çimdik

Hazırlanması:
Yemişin meyvə ətini blenderdə əzin və üzərinə yağsız yunan yoğurtu, limon şirəsi, sirkə, xırdalanmış rozmarin, darçın, istiot və duz əlavə edin.

Bütün inqrediyentləri təkrar blenderdə qarışdırın. Süfrəyə verməzdən əvvəl desert şorbanı soyuducuda soyudun.
Davamı →

Leço

Dadlı leço hazırlamaq üçün 5 sirr
  1. Leçonun hazırlanması üçün yalnız yetişmiş və keyfiyyətli pomidorları götürün.
  2. Leçonu çox uzun müddət bişirmək lazım deyil. Onun tərkibindəki bibər bir az sərt qalmalıdır.
  3. Leço hazırlayarkən unutmayın ki, pomidorlar və bolqar bibəri ilə cəfəri, reyhan və kəklikotu uyğun gəlir. Həm də hamısından yaxşı qurudulmuş göyərtilərdən istifadə etməkdir.
  4. Pomidorlar nə qədər ətli olarsa, leço o qədər daha dadlı alınacaq.
  5. Orijinal macar leçosunun tərkibinə 3 məhsul – pomidor, bolqar bibəri və soğan daxildir.

Davamı →