Bağışla

Mus: Məmmədbağır Bağırzadə, söz: Zivər Ağayeva

Yenə hansı sözümdən
Küsmüsən, incimisən.
Aparmısan qəlbimdən
Arzumu, sevincimi sən.

Nəq.:

Bağışla, bağışla,
Sən məni gəl, bağışla,
Küsmüsən, ay gülüm
Sən məni gəl, bağışla.

Baxışla-baxışla,
Baxma soyuq baxışla,
Ay gülüm, sevindir,
Qəlbimi bir baxışla.

Gəl, ey gülüm, banşaq,
Deyək, gülək, danışaq,
Bir od olub alışaq,
Sən məni gəl, bağışla.

Nə demişəm bilmirəm,
Üzünə qəm dolubdu,
Qönçələnib dodağın,
Təbəssümün donubdu.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh