Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Göbək rəqsi

Sovet İttifaqının dağılması ilə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr bərpa olundu. Yəqin ki, bugünkü mədəniyyətimizin formalaşmasında Türkiyənin müstəsna xidməti olub yazsam, kimsə buna irad tutmaz. 

Müstəqilliyin ilk illərində Türkiyə kanalları və onların gətirdiyi yeniliklər bəzən bizləri ciddi şəkildə təəccübləndirirdi. Hətta həmin illərdə Türkiyə kanallarına baxmağı qadağan edən ataların sayı da az deyildi. Müxtəsər, “dansöz” olaraq ifadə etdiyimiz, göbəkatanlar da həmin vaxtlarda Azərbaycan seyrçisini “təəccübləndirənlər” və qadağan olunanlar arasında idi. 

Açığı, hələ də Azərbaycanda bu “dansöz”lərə ailə ilə birlikdə tamaşa edənlərin sayı çox azdır. Yəni uzun müddət İslam aləmində və qardaş Türkiyədə yaşamasına baxmayaraq, sovet əxlaqının formalaşdırdığı mühafizəkar mədəniyyətimizə doğmalaşa bilmədi. Amma fakt budur ki, bü gün Tükiyədə və İslam dünyasında “dansöz” var. Gəlin birlikdə onların kimlər olduğunu və hardan gəlib hara getdiklərini öyrənək. Amma əvvəlcə onu qeyd edək ki, göbək rəqsinin ifaçılarına “rəqqasə” və ya “rəqqas” yazsaq, bu milli rəqslərimizin ifaçılarına hörmətsizlik ola bilər. Ona görə də “dansöz” sözünü orijinalda olduğu kimi saxlamağa qərar verdik.

“Dansöz” (fransız dilində “danseuse” – “rəqqasə”) türkcədə oriyental rəqs (göbək rəqsi) edən qadınlar üçün istifadə edilən addır. Osmanlıda onlara “çengi” deyilirdi, amma bu söz artıq istifadə edilmir.

Oriyental rəqsin vətəni Yaxın Şərqdir. Bu rəqsə ərəbcə «rəqs Şərqi» (“Şərqin rəqsi”) və ya «rəqs baladi» (“xalq rəqsi”) deyirlər. Oriyental rəqqasələr İslam cəmiyyətlərinin namus anlayışına, geyim və ənənəvi rəqslərindən kəskin şəkildə fərqləndiyi üçün onlar erotik səhnələr nümayiş etdirən striptiz rəqsçlər kimi qəbul olunurdular. Elə buna görə də İslam əxlaqının formalaşmasından sonra bu işi professional səviyyədə həyata keçirmək istəyənlərin sayı müsəlman ölkələrdə azaldı, əvəzində Avropa ölkələrində bu say getdikcə artmağa başladı. 
Ardı →

Ən çox görülən 13 yuxu

Gecə yuxu görmədiyini sanan insanlar çox böyük səhv edirlər. Əslində, hamı yuxu görür, amma çoxumuz unuduruq. Yadda saxlayanlar isə gələcək üçün balaca bir ipucu yaxalamış olurlar. Beləliklə, ən çox görülən 13 yuxu:

1.Qovalanmaqyuxu
Bəzən yuxularda arxamızca kiminsə qaçdığını görürük. Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir. 

2.Çılpaq qalmaq
Yuxuda çılpaq qalmaq, müdafiəsizliyi ifadə edir. İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür. 

3.Gizli bir yer kəşf etmək
Gizli bir şey tapmaq, bir yer kəşf etmək gözlənilməyən hadisələr, sürprizlərlə qarşılacağınıza işarədir. 

4.Maşının idarəetməsini itirmək
Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır.

5.Yüksəklikdən düşmək
Özünü idarəetməyə aludə olan insanların daha çox gördüyü yuxudur. Hadisələri öz axışına buraxsalar, daha bu yuxuları görməyəcəklər. 

Ardı →

Verter Effekti

Verter Effekti və ya Verter Sindromu — televiziya və ya digər KİV-də geniş şəkildə işıqlandırılmış intiharı yamsılayan kütləvi intiharlar dalğasıdır. 1974-1975-ci illərdə San-Dieqodakı Kaliforniya universitetində çalışan amerikan sosioloqu Devid Filipps tərəfindən aşkar edilmişdir. Devid XVIII əsrin sonlarında Avropada Hötenin «Gənc Verterin İztirabları» romanının yayılması ilə baş qaldırmış və romanın qəhrəmanı Verterin intiharını yamsılayan intiharlar dalğasını araşdırmışdır.
Həmçinin, Filipps digər həmkarı Karstensenlə birgə 7 il müddətində (1973-1979) intihar hadisələri arasındakı bu cür qarşılıqlı əlaqəni araşdırmışdır. Onlar yeniyetmələr arasındakı 12 585 intihar hadisəsinə dair məlumatlar toplamış və həmin intiharlarla telereportajlarda və  qəzetlərin üz səhifələrindəki intihar xəbərləri arasındakı əlaqəni araşdırmışlar.
Davamı →

Apollon möcüzəsi

Sovet İttifaqının 60-cı illərdə kosmos uğrunda yarışda ABŞ-ı geri qoyması amerikalıların hisslərinə toxunmuşdu. Ola bilsin ki, Aya insan çıxarmağı məqsəd qoyan Apollon layihəsi elə bu hissi aradan qaldırmaq üçün nəzərdə tutulurdu. Lakin alimlər üçün bu sadəcə elmi məramdan başqa heç nə deyildi.

1969-cu il iyulun 20-də ABŞ-ın kosmik porqramının əldə etdiyi nailiyyət, sözsüz ki, Sovetlərin etdiklərini kölgədə qoydu. Amerikalılar Nil Armstronq və Baz Aldrin Aya qədəm qoyan ilk insanlar oldular. Armstronqun ayağını Aya basan anda «insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayış» ifadəsi dillər əzbərinə çevrildi. Amma ola bilər ki, siz həmin məqam barədə aşağıda sadalanan faktlardan xəbərsizsiniz:
Ardı →

Rokfeller necə yaxşılaşdı?

Con Davison Rokfeller 43 yaşında ikən dünyanın ən böyük inhisarını — " Standart Oyl Kompani" -ni yaratdı.Lakin 53 yaşında ikən əsəb gərginliyi keçirib zəiflədi və mədə xəstəliyinə tutularaq, saçları vıə kirpikləri töküldü. Başı saçsız və qorxulu görünüşdə olduğu üçün parik taxmaq məcburiyyətində qalmışdı. Dünyada ən varlı insan olmasına baxmayaraq, hətta dilənçinin də imtina edəcəyi pəhriz yeməkləri ilə yaşayırdı.
Rokfelleri bu vəziyyətə salan nə idi? Pula elə bağlanmışdı ki, ticarətdə gəlir etdiyi zaman rəqs edir, şapkasını yerə atıb, ətrafında hərəkət edirdi. Lakin pul itirdiyi zaman xəstələnirdi. Bir dəfə Qreyt Leksin üzərindən 40 min dollar dəyərində buğda aparmışdı. Çox bahalı hesab etdiyinə görə 150 dollarlıq sığortanı qəbul etməmişdi.Həmin gecə Eria gölü üzərində müdhiş fırtına qopdu. Rokfeller, yüklədiyi ərzağı itirməkdən o qədər qorxurdu ki, o biri gün səhər şəriki Corc Qardner otağa gəldiyi zaman, onu otağında o başa, bu başa gəzdiyini gördü.
Ardı →

Kino tarixindən 30 maraqlı fakt

· Brus Li o qədər sürətli idi ki, onun hərəkətlərini dəqiq görə bilmək üçün kadrları asta sürətlə verməli olurdular.
· Amerikalı aktyor, üçqat Oskar mükafatçısı Cek Nikolson uşaqlıqdan nənəsinin anası, anasının böyük bacısı olduğuna inanaraq böyümüşdü.
· Bir dəfə Çarli Çaplin "Çaplinin oxşarları" müsabiqəsində üçüncü olmuşdu.
Ardı →

Dünya ölkələri haqqında maraqlı faktlar


1. Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.

2. Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.…

3. Yolları mərcan liflərindən olan dünyada yeganə ölkə Quamdır. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı mərcan liflərindən və neftdən istifadə etməklə hazırlayırlar.

4. Göllərinin sayı ən çox olan ölkə Kanadadır. Dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.

5. Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır. Burada dünyada istehsal olunan opiumin 95%-i istehsal olunur. 

Ardı →

Tornvud qəsri

Tornvud qəsriTornvud qəsri 16-cı əsrdə tikilmiş ingilis qəsridir. O Vaşinqtonda, Takoma şəhərində Amerikan çayının kənarında yerləşir. 

Əvvəlcə Robinzonlar ailəsi iddia edir ki, qəsrin pəncəsərində qadın görüblər. Sonradan binanın yaxınlığından keçən çoxları həmin qadını gördüyünü deyir. 

2001-ci ildə ailə Vaşinqton dövlət komissiyası təşkil edir ki, evdəki ruhları müəyənləşdirsinlər. Qrupda araşdırmaçılar, psixi cəhətdən hissiyyatlı insanlar və maraqlananlar toplaşırlar. Qrupun yaradıcısı isə Henri Bayley olur. 

Henri deyir ki, binanın ətrafında heç vaxt hiss etmədiyi auranı hiss edir. Bina ona olduqca canlı görünüb. 

Lakin Bayleyin qrupu heç bir ruh görə bilmirlər. Bayley qəsrə dörd dəfə gedir. Dördüncü dəfə  çoxdan gözlənilən hadisə baş verir. 

Bayley mətbəxdə oturaraq maqnitafona elektron səs dalğalarını yazmağa çalışır. Bu vaxt maqnitafondan eşidilir ki, bir kişi səsi mətbəxdə mahnı oxuyur. Lakin həmin vaxt Bayleydən başqa heç kim mətbəxdə yox idi. Henri ümumiyyətlə heç nə eşitmir. Yalnız evə qayıdıb, yazdığı səsi dinləyəndə açıq-aydın kişi səsini eşidir. 
Ardı →

Lunatizm irsidir

lunatikABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.

Lunatizm və ya somnambulizm ilə xəstə olan insan yuxuda olduqda müxtəlif hərəkətlər edir – gəzir, paltar geyinir, hətta maşın sürürlər. Yuxudan ayıldıqda bu insanlar yuxuda etdiyi hərəkətləri xatırlaya bilmirlər.

Alimlər lunatizmdən əziyyət çəkən bir ailənin 4 nəslin nümayəndələrinin qanının xromosom analizini etdkdən sonra, onların 20-ci xromosomlarında bir hissə aşkar etdilər ki, məhz bu hissə lunatizmin əmələ gəlməsində “məsuliyyət” daşıyır. Bu hissədə 28 gen olduğu üçün bu xəstəliyin əmələ gəlməsinə cavabdeh olan konkret bir gen hələ ki müəyyən edilməyib.


Davamı →