Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Seçmə misralar

boş zərfin içində
bir az təsəlli 
             (Rasim Qaraca) 

...bilsək dünyaya gəlməzdik
analar aldatdı bizi 
                     (Ramiz Rövşən) 

Söyləsəm təsiri yox, sussam könül razı deyil 
                                                      (Füzuli) 

Yağış meydan sulayır, çöl soyuq
Otaq isti...
bəsdi...
dəlilik etmə...
Getmə... 
        (Elxan Zal) 

...sən bu dünyaya nə verə bilərsən ki
uzağı bir oğlan
bir qız uşağı 
          (Zamin Hacı) 
Ardı →

Bu ağac | Ramiz Rövşən

Bu ağac öləcək,Ramiz Rovşən
Üzündən gözündən tökülür ölüm.
Bu ağac öləcək, bu gün ya sabah.                         

Bu ağaca qonan o quş öləcək,
Üzündən gözündən tökülür ölüm.
O quş da öləcək, bu gün ya sabah.

O quşa dən səpən o qız öləcək,
Üzündən gözündən tökülür ölüm.
O qız da öləcək, bu gün ya sabah.


Ardı →

Analar aldatdı bizi | Ramiz Rövşən

Şirin-şirin yuxudaydıq, Rsmiz Rovşən
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.

Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi…
Davamı →

Bu güzgüyə bir vaxt qoşa baxardıq | Ramiz Rövşən

Bu güzgüyə bir vaxt qoşa baxardıq,-
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Göz yaşların canındadı, bəlkə də
damla-damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü. 

Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində.

Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.


Ardı →

Başımda o qaradərili qızın sevdası | Salam Sarvan

Alo!
Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə,
öz şəhərimizdə gördüyümüz qızları sevdik.
Bəlkə də mənim əsl sevgim
Məsələn, uzaq Afrikadakı qaradərili qız idi. 

Mən o qızı düşündükcə indi ahıl yaşımda,
utanıram evimdə öz həyat yoldaşımdan. 

Bəlkə o qaradərili qız da ovucunu yağışlara,
üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:
“İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –
nədən uzaq saldın iki sevgilini?” 


Ardı →

Ayriliq

Deyəsən yolumuz ayrıldi bizim,
Ürək o əvvəlki həvəsdə dəyil.
Ayrılıq oxuyur indi hər sözün,
Dinlə son sözü də mən özüm deyim.

Yorğun yolçulara bənzədim, nə qəm,
Yollar ayağımdan tutub sürünür,
Mənzilim uzaqdır, asta gedirəm,
Səninsə mənzilin daha görünür...


Ardı →

Yoxdusa

Göz yaşını axıtmağa dəyərmi?
Sonunda bir güləcəyi yoxdusa.
Hər görüşə sevgi demə, əzizim,
Əgər onun gələcəyi yoxdusa...


Hər gül altda gizlənənə köz demə,
Hər xatirə qırığına iz demə.
Hər ürəkdən kövrək nəğmə gözləmə,
Sarı simdə dinəcəyi yoxdusa...

Ardı →

Sənsizlikdə...

Özün xəyallarımda  

Rəsmin gözlərimin önündə,

dodaqlarımın arasında

Səsin çox sevdiyim mahnı kimi

qulaqlarımda

Hər gün dinləyirəm musiqini,                                                        

xoş səsini

Gözlərimdən uzaqlarda.


Ardı →

Darıxmışam

Bir zamanlar                                 

Özüm kimi bir dağ idim

Öz mədənim vardı mənim

Öz çiçəyim,öz çəmənim vardı mənim

Şəlaləydim öz yatağım-

Əl-qoluma dardı mənim

Ulduz idim

Öz işığım vardı mənim

Tək özümə bənzəyirdim


Ardı →