Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Men nece yaşayım

Sən məni təkliyin aldın əlindən,
Təzədən təkliyə düçar eylədin.
Özün kövrəkliyin... alıb əlindən,
Özün kövrəkliyə düçar eylədin...

Ömrümün, günümün bu qürub çağı,
Ruhumda baharı göyərdə bildin.
Könlümdə qaralan odu, ocağı,
Təzədən yandırıb közərdə bildin.

Ardı →

Bir gün

Bir gün qonaq oldum qoca dünyaya göz açdım ,
Bir gün çıraq oldum evə öz nurumu saçdım ,
Bir gün uşaq oldum ora qaçdım bura qaçdım ,
Hər gün ayaq açdıqca süründüm bu həyatdır .

Bir gün yalan oldum düzə etməklə yamanlıq ,
Bir gün piyan oldum məni azdırdı qaranlıq ,
Bir gün cavan oldum o cavanlıq nə cavanlıq ,
Hər gün yeyib içdim və öyündüm bu həyatdır .

Ardı →

Allahsız Dünya

Bir zaman Allaha inam varıymış,

Onda bütün canlı bəxtiyarıymış.

Elə ki, inamı itirib bəşər,

Ayaq açıb fitnə, tüğyan edir şər.

İnsanlar allahlıq edəndən bəri,

Fəlakət gözləyir bütün bəşəri.

 


Ardı →

Mən səni xatırlayanda

Mən səni xatırlayanda qatarlar düşür relsdən,

Maşınların siqnalları xarab olur,

Şlaqbaumlar enir,yollar bağlanır.

Mən səni xatırlayanda təyyarələr qaçırılır,

Metroların qapıları açılmır,

Telefonuma zəng çatmır.


Ardı →

dibçəkgülü

...
adamın yaşadığı
ilk   planet
ana bətni olur

bu  qaranlıq dünyanı
ana ürəyi
işıqlandırır

ürəyi
gözləri
əlləri
ayaqları...

cücərə-cücərə
böyüyür adam
dibçəkgülü şəklində

az sonra
anası onu
arzu güllərinin
açması üçün
gen dünyaya göndərir
və adam
yeriyən dibçəyə dönür…
Davamı →

Salam Sarvanın şeirləri

MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.


Ardı →

“A” böyük “a” balaca silsiləsindən | Salam Sarvan

A

Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..

hansı daha çox faşistdi, qardaş-
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?

Bu boyda da ölkə olar?!-
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.


Ardı →

Bayatılar

El yatıb, gecə yarı,
gözlərəm gecə yarı.
Yar yarından kam alar
görüşsə gecəyarı.

Məst olandan səsindən,
uçuram həvəsimdən.
Kaş bir yol qızınaydım
yarın gül nəfəsindən.
Ardı →