Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Allahım....

Hər zaman, hər insan möhtacdır Sənə,
Dünyanı yaradan, quran da Sənsən.
Günahkar hər zaman səhv etsə,yenə
Tövbəsin eşidib, duyan da Sənsən.

Elə rəhimlisən, Rəhmansan Tanrım,
Tərifə inan ki, sözlər də çatmaz.
Sən elə varlıqsan, nursan Allahım,
O nura sığınan zülmətdə qalmaz
Ardı →

Bizim adamdır | Baba Pünhan

Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,
Yediyi tamam haramdır, bu adam bizim adamdır.

Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,
Yalayım doyum məqamdır, bu adam bizim adamdır.
Ardı →

Dünya...

`Ağılla yaşayıb, ömür sürənçün
Təpədən dırnağa cənnətdi dünya.
Mənasız ömr edib, vaxtsız ölənçün
Bir zillətdi dünya, zülmətdi dünya.

Gəl yaşa həyatı firəvan hər an,
Qəlbində məhəbbət olsun hər zaman.
Demə ki, çətindir, zülmdü, inan
Xoşbəxt yaşamaqçun fürsətdi dünya.

Müəllif: Ramiz Yusupov
Davamı →

Adım Həvva | Sevinc Pərvanə

doğuş vaxtına yaxın
bir ağrı uydururlar özlərindən
hamilə qadınlar…
azad olmağa tələsdiklərindən
sevgini də elə beləcə uydurarlar
itirmək qorxusundan doğan ağrıya dönər
sevgi qadınlar üçün…
əri ölən dullar bu qorxudan azad olub
o qədər rahat yaşarlar ki…
ölənədək,
və həm də sevərək
Ardı →

Murad Köhnəqala

Küçə

Ağzında zibil küçə
ağzının sözünü bilməyən küçə
qalstuklu kişilər küçə
kirli pişiklər küçə
bağırsağında dilənçilər küçə
bığlı küçə
fırtığlı küçə
göbəyi açıq küçə
bir şüşə arax küçə
Şuşa yox küçə
Vətən küçəsi
küçə Bakısı
şair küçəsi
küçə şairi…


Ardı →

Köməyim ol!

Elə bir dərdim var kimsə bilməyir,
Tək sənsən xəbərdar ötüb-keçəndən.
Üzüm gülür, ürəyim sevinməyir,
Düşündüyüm zaman olub-bitəndən.
Bunu unutmağa sən səbəbim ol,
Allah mənim köməyim ol!
Köməyim ol!
Ardı →

Sevgili canan | Nizami Gəncəvi

Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki, «könül hardadır» aldım bu cavabı.
«Heç sorma, tapılmaz onu axtarsa da insan».
Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
Ardı →