Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Gözlə məni | Konstantin Simonov

Gözlə məni, mən dönəcəm.gozlə məni...
Ancaq… çox gözlə,
Gözlə, kədər ələyəndə 
Sarı yağışlar,
Gözlə, qar sovrulanda,
Gün yandıranda, 
Gözlə, dünəndən unudanda
başqasını gözləyənlər.
Gözlə, məktub gəlməyəndə,
uzaq ellərdən,
Gözlə bezib usansa da, 
Birlikdə gözləyənlər.

Gözlə məni, mən dönəcəm,
Xoş söz demə
Unutmağın vaxtı olduğunu
Əzbər bilənlərə.
Ardı →

Adəmdən Akif Səmədə

A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

Müəllif: Akif Səməd
Davamı →

" Müəllim " deməyin... !

Yaman ucuzlaşıb axır zamanlar
Müəllim kəlməsi qiymətdən düşüb
“Müəllim” çağırır niyə nadanlar?!
Yoxsa ki,müəllimlər hörmətdən düşüb?

Özündən razıdır bax ədasına
Hər addım başında “buyur” deyən var
“Müəllim” adlanır pul bahasına
Saray tikdirənlər,dükan açanlar.

Polisə polis de, nazirə nazir
Belə olmalıdır düzünə qalsa
Müəllim olmayıb hazıra nazir
Öz adı bəsidir, özünə qalsa.
Ardı →

Bu ağac | Ramiz Rövşən

Bu ağac öləcək,Ramiz Rovşən
Üzündən gözündən tökülür ölüm.
Bu ağac öləcək, bu gün ya sabah.                         

Bu ağaca qonan o quş öləcək,
Üzündən gözündən tökülür ölüm.
O quş da öləcək, bu gün ya sabah.

O quşa dən səpən o qız öləcək,
Üzündən gözündən tökülür ölüm.
O qız da öləcək, bu gün ya sabah.


Ardı →

Bahar | Səməd Vurğun

Bahar, istəklimsən başdan-binadan,Səməd Vurğun
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin.

Mənim də şair tək qanım qaynardır,
Yerdə arzularım gül açır rəng-rəng.
Başımda daima fikirlər vardır,
Daima döyünür sinəmdə ürək,
Yerdə arzularım gül açır rəng-rəng. 

Sükuta düşmənsən əzəldən sən də,
Nə yatır, nə də bir sakit olursan.
Çöllərə min yaşıl xalı sərsən də,
Çarpışıb yağışla, boranla, qarla,
Qışın son nəfəsi qasırğalarla
Sən də döyüşlərdə yaşa dolursan,
Nə yatır, nə də bir sakit olursan. 


Ardı →

Məmməd Araz - Göydən dörd alma düşdü

GÖYDƏN DÖRD ALMA DÜŞDÜ

Nağıl istəyirəm, şirin bir nağıl,               
Nağıl istəyirəm, təzə bir nağıl.
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin.
Üç alma düşmədi nağıldan sonra,
Heç alma düşmədi nağıldan sonra.
Xəlbirlə su dartan divlər — görmədik;
Fillər məğlub oldu qarışqalara,
Şirlər təslim oldu qarışqalara,
Dovşan tələsinə canavar düşdü!
İnsan cələsinə sərçə — görmədik;
Üç alma düşmədi göydən — görmədik;
Heç alma düşmədi göydən — görmədik.
Bu il nağılçılar göylə danışıb:
Dörd alma düşəcək nağıldan sonra.
Tələsin, tələsin nağılçı dostlar;
Nağıl dinləyənlər siz də tələsin,
Göyün də vədinə inanmaq olmaz:
Nağıl qurtarmamış düşsə almalar...
Onda nağılçıya kim inanacaq!
Heç alma düşmədi göydən bəlkə də...
Bir şirin nağıl da bitəcək belə.
Üç alma düşəcək, üç alma göydən;
Dörd alma düşərsə, biri bizimdi...
Davamı →

İradəsizlik

İRADƏSİZLİK

Zəng etməyəcəm sənə,
Əvvəl telefon nömrəsini
                 unudacağam,
Sonra səni.
Barmaqlarımın yaddaşından
siləcəyəm saçlarının yumşağlığını.

Gəlməyəcəm sizə tərəf
Bəhanə edəcəyəm yolların uzaqlığını...
Qovacağam yaddaşımdan
               xırmandan sərçə qovan kimi
               sarıdimdik xatirələrini.
Qərəzli arzulartək
ürəyimdə boş qoyacağam yerini.

Zəng etməyəcəm sənə
Əli qoynunda qalacaq
              lal telefonun.
Şüşə gözlərdən
              kədərli rəqəmlər boylanacaq sənə.
Kədərlə baxacaqsan
              sükutun hədəsinə.
Hər gecə yuxulu gözlərində
              bir günlük ümid öləcək;
Yuxuna qorxulu
              şübhələr töküləcək,
Balıncın yarısı üşüyəcək....
Zəng etməyəcəm sənə,
Boşaldı cibimin iki qəpiklik yükü,
Avtomat telefonların
             azalacaq bir sakini.
İki yeri boş qalacaq arxa sırasında kinoteatrların,

Adını tapmayacaqsan arasında yeni yazdığım sətirlərin.

...Bu günün də
             sənsiz axşamı gəldi,
Evdəsənmi,görəsən
Telefonun yanındamı dayanmısan yenə sən?

Səsin isidərmi otağınızı
Məndən yenə qeybətlər
             edibmi qonşu qızı?!
Boylanırsanmı yenə
             mənim gəldiyim yola?...
Yordu «bəlkə»lər məni,
-Xaloğlu,
bəlkə,2 qəpiyin ola?...

                                        N.Kəsəmənli


Davamı →

"Səhv düşəndə yerimiz" şeiri necə yazıldı?

şair QabilSənətkarın və onun əsərlərinin taleyi qəribədir.  Bəzən iki, bəzən dörd misra, bəzən bir şeiriylə yadda qalanlar olur, bəziləri isə bütün külliyyatı ilə  tarixə düşürlər. Elələri də var ki, heç ümumiyyətlə yaddaşa yazılmırlar. Məsələn, İmadəddin Nəsiminin qardaşı Şahi Xəndan dövrünün böyük şairi olub. Amma ondan bir misra da dövrümüzə qədər də gəlib çıxmayıb. Amma, çox qəribə də olsa Şamaxının mərkəzindəki və Seyid Əzim Şirvaninin basdırıldığı Şah Xəndan qəbiristanlığının adında qalıb adı. Atam “Nəsimi” dastanıyla fəxr edirdi. On ilə yazmışdı onu. İlk şöhrətini, fəxri adını da onda qazanmışdı. Deyirdi ki, mən tarixdə qalsam, bəlkə bu əsərimlə qaldım. Mən isə dilimi dinc qoymayaraq, “Yox. Sənin yaradıcılıq taleyin “Səhv düşəndə yerimiz” şeridir” deyirdim.

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.


Ardı →

Yalan çeyniyə- çeyniyə

Yalan sözü at ağzına, dolan çeyniyə- çeyniyə,

Tüpür acı həqiqətə, yalan çeyniyə- çeyniyə,

 

Tutub zəif damarımı, alıbdır ixtiyarımı,

Qoyub gözəl diyarımı, talan çeyniyə- çeyniyə,

 

Silib- süpürdü düzləri, yeyib qutardı bizləri,

O yan çeyniyə- çeyniyə, bu yan çeyniyə- çeyniyə,


Ardı →