Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Qədim Rusun mədəniyyəti

Xalqın mədəniyyəti onun tarixinin bir hissəsidir. Onun yaranması ölkənin təsərrüfatının, cəmiyyətin siyasi və mənəvi həyatının, idarəçiliyin formalaşmasına təsir edən faktorlarla birbaşa bağlıdır. Xalqın əqli, istedadı, əl qabiliyyəti ilə əlaqədar olan, onun mənəvi aləmini, münasibətlərə baxışını əks etdirən amillər mədəniyyət anlayışına daxildir.

Davamı →

I Pyotrun dövrü

1689-cu ildə hakimiyyətə sahib olması ilə Sofiya-Qolitsın islahatlarına son qoyan yeni çar I Pyotr əvvəlki kimi hərbi işlərlə daha çox vaxt keçirirdi. Dənizçiliyə, dəniz gəmilərinə maraq onun fəaliyyətində ayrıca yer tutmağa başladı. Gənc çarın maraq dairəsinə daxil olan növbəti bir məsələ fiziki əməyə, sənətə olan həvəsi olmuşdur. Gənc yaşlarından dülgər, dəmirçi, rəngsaz və b. peşələrə sahib olmaq istəyi onu bütün həyatı boyu müşayiət etmişdir.


Davamı →

Rusiya XVII əsrin II yarısında

1645-ci il iyulun 13-də Mixail Fyodoroviçin ölümündən sonra onun 16 yaşlı oğlu Aleksey Mixayloviç yeni çar oldu. Rusiya tarixində «ən sakit» ləqəbi alan yeni çar Aleksey Mixayloviç hakimiyyətinin birinci illərində dövlətin bütün işlərini onun tərbiyəçisi boyar Morozov aparırdı. Ölkədə hakimiyyətdə sui-istifadə halları, rüşvətxorluq, məhkəmə süründürməçiliyi, məmurların özbaşınalığı geniş yayılmışdı. Yeni çar sadə adamların müraciətinə məhəl qoymur, qara camaatın məsələlərinə baxmırdı. Əhalinin narazılığı durmadan artırdı.


Davamı →

Monqol-tatar yürüşləri

XII əsrdə monqol tayfaları müasir Monqolustan və Buryatiyanın ərazisində, başqa sözlə Mərkəzi Asiyanın Orxon, Kerulen, Tolı, Selenq, Onqin, Onon çayları hövzələrində, qərbdə Xubsuqul, şərqdə Buir-Nur və Kulun-Nur göllərinin sahillərində məskunlaşmışdır. Monqol tayfaları monqol, merkit, kereit, oyrat, nayman, tatar kimi müxtəlif adlar daşıyırdı. Çoxsaylı tatarlar Buir-Nur gölü sahilində yaşayırdılar ki, sonradan monqolların birliyi altında birləşdilər. Xarici aləmdə, xüsusi ilə Rusda məhz «tatarlar» adı yeni dövlətin təmsil etdiyi xalqların adı kimi təsbit edilmişdir.

Davamı →

Xalq üsyanları

1701-ci ildə ordu ilə birlikdə Litvada olan I Pyotr Volqaboyunun aşağı hissəsi Həştərxanda aşağı şəhər əhalisi arasında güclü üsyana dair xəbər aldı. Şəhəri strelets və yoxsul şəhərlilər ələ keçirərək voyevodanı öldürüb ölkənin hər yerinə kömək olmaq məqsədilə qramotalar göndərirdilər. Çar özünün ən yaxşı feldmarşalı olan B.P.Şeremetevi süvarı və piyada polklarla Volqaya göndərdi.

Davamı →

Rus mədəniyyəti XIII-XV əsrlərdə

Monqol-tatar işğalı Rusiya mədəniyyətinə ağır zərbə vurmağına baxmayaraq, tədricən Rus və onun mədəniyyəti dağıntının xarabalıqları içərisindən qalxaraq yüksəlməyə başladı. XIII-XV əsrlərin mədəniyyətində iki mərhələ diqqəti cəlb edir. XIII-XV əsrlərdə mədəniyyətin inkişafının daxili hüdudunu 1380-ci ildə Kulikovo döyüşündə rusların monqol-tatarlar üzərindəki qələbəsi müəyyən edir. Artıq bu zaman demək olar ki, ölkənin iqtisadiyyatı bərpa edilmişdir ki, bu da ümumi miqyasda mədəniyyətin XIV əsrin sonları-XV əsrdə inkişafını müəyyən etmişdir.

Davamı →

Şərq slavyanları qədim zamanlarda


Ümumilikdə, slavyanların mənşəyi və yayılması problemi bu gün də müzakirə olunmaqdadır. Kiyev-Peçersk məbədinin keşişi Nestorun qələmə aldığı qədim rus yazılı abidəsi olan «Ötən illərin dastanı» salnaməsində müəllif slavyanların yuxarı Dunay və Drava çayları arasındakı ərazidə yerləşdirmişdir. Buradan romalılar tərəfindən sıxışdırılan slavyanlar yeni Visla və Dnepr çayları ərazisində məskunlaşmışdır. Qədim Roma tarixçisi Tatsitə əsaslanan rus tarixçisi S.M.Solovyov slavyanların ana yurdunun «Dunay» variantını müdafiə etmişdir. S.M.Solovyovun şagirdi tarixçi V.O.Klyuçevski də «Dunay» variantını qəbul etməklə bərabər qeyd etmişdir ki, şərq slavyanları Dunaydan Dneprə yayılmadan təqribən 500 il Karpat dağlarının ətəklərində olmuşlar. Klyuçevskiyə görə, yalnız VII əsrdən başlayaraq şərq slavyanları tədricən müasir Rusiya düzənliyində məskunlaşmışdır.


Davamı →

Moskva çarlığının yaranması. İvan Qroznı

III İvan hakimiyyəti vəsiyyəti əsasında oğlu III Vasiliyə (1505-1533) verdikdə Rusun idarəçiliyində 66 böyük şəhər mövcud olmuşdur. III Vasili dövləti möhkəmlətmək məqsədi ilə Udel knyazları olan qardaşlarının hüquqlarını məhdudlaşdıraraq, hətta varisləri olmaması üçün onların evlənməsinə belə mane olmuşdur. Yalnız kiçik qardaşı, Starits Udel şəhərinin knyazı Andrey evlənərək oğul-uşaq sahibi olmuşdur ki, buna görə də varisləri olan Sta-rits knyazlığı XVI əsrdə III Vasili və onun oğlu IV İvan Qroznının (15331584) vahid dövlət hakimiyyətinə mane olmuşdur.


Davamı →

1660-1670-ci illərdəki xalq həyəcanları

XVII əsrin 60-cı illərinin əvvəllərində Aleksey Mixailoviçin hökuməti pul islahatı keçirərək əvvəlki gümüş pulların nominal dəyərində mis sikkələr buraxdı. Dövriyyədə mis və gümüş rubllar meydana çıxdı. Misin gümüşdən ucuz olması səbəbilə hökumət vergi və gömrük rüsumunu gümüş sikkələrlə tələb etməyə başladı. Mis pullar sürətlə dəyərdən düşdü. 1662-ci il iyulun 25-də Moskvada «mis qiyamı» başladı. Minlərlə moskvalı, o cümlədən posad adamı, kiçik ticarətçilər, streletslər, muzdlu işçilər, əsasən yoxsullar meydana toplaşaraq çarın qayınatası İ.D.Miloslavski, varlı tacir V.Şorin və başqa boyarların mis pulların buraxılmasının əsas günahkarları olduğunu qeyd etdilər. Böyük bir qrup çarın yay iqamətgahı olan Kolomensk kəndinə gedərək hökmdara narazılıqlarını dilə gətirdilər. Şəhərdə əzəmətli xalq üsyanı başladı. Xalq varlı tacirlərin evlərini dağıtdı, onların bir çoxu şəhərdən qaçdı.


Davamı →

Rusiya XVII əsrin I yarısında

Yeni çar Mixail Romanov gənc və təcrübəsiz idi. Lakin boyarların çarı idarə edə biləcəkləri niyyəti baş tutmadı. Yeni çarın ətrafında tez bir zamanda nüfuzlu boyar, knyaz, zadəgan, dyaklardan ibarət tərəfdarları qrupu yarandı. Bir az sonra çarın atası patriarx Filaret əsirlikdən qayıtdı və faktiki olaraq oğlunun hakimiyyət şəriki oldu. Təcrübəli, ağıllı, möhkəm xarakterli 64 yaşlı patriarx dini və dünyəvi hakimiyyəti öz əlində birləşdirdi. Yeni prikazlar yaranır, köhnələr isə yenidən bərpa olunurdu. Onların başına sağ qalmış boyar və dyaklar təyin olunurdu. Yeni dövlət sistemində Minin və Pojarski də təmsil olundu. Minin Duma zadəganı oldu. Voyevoda boyar rütbəsi alaraq hökumət və orduda mühüm yer tutdu. İlk gündən birinci Romanovlar monarxiyası özlərindən əvvəl XVI əsrdə olduğu kimi mütləq hakimiyyət formasında meydana gəlmişdir. Yeni çar Kostromadan Moskvaya hərəkət edərkən boyarlar çara müraciətlərində özlərini onun «xolopları» adlandırırdılar, gənc çar isə onlardan sözsüz tabeçilik tələb edirdi. Bununla yanaşı, çar hər yerdə özünü bütün xalqın, o cümlədən «Qarışıqlıq dövründə» incidilən və təhqir edilənlərin müdafiəçisi, ədalət və qayda-qanunun təminatçısı kimi təqdim edirdi. Xalqla yeni hakimiyyətin bir tam kimi birliyi belə yarandı.


Davamı →