Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

SSRİ Atatürkün evini niyə bombalamaq istəyirmiş?

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 1969-cu ildə Atatürkün doğulduğu evi bombalayaraq türk-yunan müharibəsini başlatmaq planı hazırlayıb.
Yunanıstanda polkovniklər xuntasının hakimiyyəti ələ keçirməsindən sonra Türkiyə ilə Yunanıstanın arasını pozaraq NATO-nun şərq qanadını zəiflətməyi düşünən SSRİ-nin “Операция яйцо” (Yumurta əməliyyatı) adlandırdığı plana əsasən, guya Türkiyənin Yunanıstana qarşı mövqeyi ucbatından Afinaya köçmək məcburiyyətində qalan bir yunan (“КГБ” agenti), Afinadan Salonikiyə keçib Atatürkün yunan polisi tərəfindən qorunan evinin qarşısına kiçik çaplı bir bomba yerləşdirəcəkdi. Partlayışın baş verəcəyi ərazinin yanındakı zibil qutusuna da Türkiyədə fəaliyyət göstərən bir rum qəzetinin parçaları qoyulacaqdı.

Davamı →

Rus torpaqlarının birləşdirilməyə başlanması. Moskvanın yüksəlişi

Aleksandr Yaroslaviç Nevskinin ölümü Vladimir böyük knyaz taxtı uğrunda daxili mübarizəni növbəti dəfə qızışdırdı. Əvvəlcə onun oğlanları Dmitri və Andrey Alkesandroviçlər doğma əmiləri YaroslavYaroslaviç Tverski və Vasili Yaroslaviçlə döyüşdü. Sonra Dmitri və Andrey bir-biriləri ilə vuruşdu. Hər dəfə knyazlar kömək üçün Orduya müraciət edirdi ki, onlar da növbəti dəfə torpaqları talan edirdilər.

Davamı →

Rusiya XVII əsrdə. Qarışıqlıq dövrü

Çar Fyodorun ölümü, daxili düşmənçilik, sosial münaqişə, xarici müdaxilə mürəkkəbləşən uzun sülalə böhranına səbəb oldu. Düz 15 il rus adamları «Monamaxın şapkası»nı bu və ya başqa namizədin başına qoysa da, taxta əyləşən heç bir hökmdar onlara görə Böyük Rusiya dövlətinə layiq deyildi. Məsələ ondan ibarətdir ki, Rusiyanın çoxəsrlik tarixində padşahın seçilməsi heç bir zaman gündəlikdə olmamışdır. Kiyev Rusundan başlayaraq ölkəni yalnız Ryurikoviçlər sülaləsi idarə etmişdir ki, hökmdar taxtı uğrunda mübarizə də yalnız onlar arasında olmuşdur. Moskva knyazları bütün torpaqları öz ətrafında birləşdirərək «Bütün Rusun» hökmdarı olmuşdur. Nəticədə Rus dövləti xalqların könüllü birliyi kimi deyil, Moskva knyazlarının udelləri ətrafına birləşdirməsi hesabına yaranmışdır. Böyük knyaz, sonra çar birləşmənin başlanmasının təməli olmuşdur. Onun itirilməsi ilə tam dağılaraq parçalara bölünmüşdür. Məhz əsasən bu səbəbdən Rusiyada «Qarışıqlıq dövrü» baş vermişdir.


Davamı →

Livoniya müharibəsi

IV İvan Qroznının xarici siyasətinin əsas istiqamətlərindən biri məhsuldar torpaqları olan, şərqdə yerləşən Kazan və Həştərxana sahib olmaq idi. Bir tərəfdən zadəganlarına torpaq payı ayırmaq zərurəti, başqa bir tərəfdən şərq ölkələri ilə Moskva çarlığının əlaqələrinə əhəmiyyərli yol açan Volqa ticarət yolunun əl keçirilməsi marağı məsələnin qısa bir vaxtda həll olunmasını tələb edirdi. Başqa bir tərəfdən, Rus dövlətilə Kazan xanlığı arasındakı qanlı toqquşmalar zaman-zaman davam etmişdir ki, İvan Qroznı buna son qoymaq istəyirdi. 1552-ci il iyunun 1-də 150 minlik rus ordusu başda çar olmaqla Kazana doğru hərəkət etdi. Avqustun 23-də şəhərə yaxınlaşan son ordu bir neçə dəfə cəhd etsə də, möhkəm müdafiəsi olan şəhəri ala bilmədi. Belə olduqda sentyabrın 30-da əsas şəhər darvazalarının altında lağım atılaraq partladıldı. Qanlı döyüşdən sonra oktyabrın 2-də şəhər alındı və Kazan xanlığı süqut etdi. Volqada yaşayan əhali Rus dövlətinin tərkibinə daxil oldu. Bəziləri rus çarının hakimiyyətini könüllü olaraq qəbul etdi. Başqırdlar dəqiq müəyyən edilən bəxşiş müqabilində IV İvandan öz mülklərinin sahibi olmaq hüququ almışdı. Kazanın süqutuna kimi çuvaşlar «padşaha qulluq etmək» arzusunda olduqlarını bildirərək Moskva qoşunu tərəfdə Kazan xanlığına qarşı döyüşdə iştirak etdilər. Mari və udmurtlarla rus dövlətinin münasibətləri bir xeyli mürəkkəb olaraq qalmışdı.


Davamı →

Xristianlığın qəbul edilməsi

Vladimir Syatoslaviçin hakimiyyəti Rusda xristianlığın qəbul edilməsi tarixi hadisəsi ilə əlaqədardır. İqorun dövründə Kiyevdə xeyli xristian var idi və onların Svyatoye İlyi kilsəsi ucalırdı. Olqanın xaç suyunasalma mərasimindən sonra xristianlaşma daha sürətlə yayılmağa başlamışdır. Kiyev sarayının Qərb slavyanları ilə əlaqəsi sübut edir ki, ilk vaxtlar Rus həm Bizansla, həm də Roma kilsəsi ilə xoş münasibətlər yaradaraq tərəflərdən hər hansı birinə meyil etmirdi. Əhalsinin böyük əksəriyyətinin bütpərəst olmasına baxmayaraq, Rus böyük din azadlığı ilə seçilirdi. Burada müsəlman və yəhudilər, Bizansdan olan xristianlar, alman, polyak, çex torpaqlarından olan dindarlar dini ayinləri azad şəkildə yerinə yetirirdilər.

Davamı →

Vladimir-Suzdal knyazlığı

Rusun şimal-şərqi uzun müddət şərqi slavyan topraqlarının ən ucqar əyalətlərindən olmuşdur. XI-XII əsrlərdə Orta Dnepr boyundakı Kiyev, Novqorod, Çerniqov və digər şəhərlər özlərinin əlverişli coğrafi mövqeyinə, təsərrüfat və siyasi inkişafına görə şərqi slavyan əhalisinin əsas hissəsini öz ətrafında cəmləşdirərək inkişaf etmiş, iqtisadi, siyasi, dini və mədəni mərkəzlərə çevrilərək vahid dövlətin meydana gəlməsinin əsasını təşkil etdikləri bir zamanda Vladimir-Suzdal knyazlığının yarandığı Oka, Volqa, Klyazma çayları arasındakı ərazilərdə ibtidai əxlaq hakim olmuşdur.

Davamı →

Rus torpaqları Qızıl Ordunun hakimiyyəti altında

Qızıl Ordu dövlətinin yaranması ilə rus torpaqları onun hakimiyyəti altına düşdü. Rusun iki yüz qırx il davam edən əzabverici ordu əsarəti (monqol-tatar əsarəti, «ordu əsiri») dövrü başladı. Rus knyazlıqları siyasi müstəqilliklərini itirdi. Artıq ordu xanı ali hökmdar hesab olunurdu ki, onlar da XV əsrin sonuna kimi Rusda çar adlanırdı. Yalnız xanın qərarı ilə rus knyazları öz taxtına sahib ola bilərdi. Rusun ordudan vassal asılılığı şərti böyük Vladimirin və kiçik udel knyazlarının xandan yarlık (tatar-monqol xanlarının fərmanı) almaları idi. «Çar xəracı» adı altında ildə hər bir nəfərdən yarımrubldan iki rubla qədər bac alınırdı ki, bu da o deməkdir ki, əhali bir il ərzində qazandığını verməyə məcbur idi. Əlavə olaraq, xalq ordu qarşısında 13 növ biyar (mükəlləfiyyət) yerinə yetirməyə borclu idi. Yalnız kilsə xərac verməkdən azad edilmişdir. Bacı toplamaq üçün rus şəhərlərində xanın baskakı (canişin) yerləşirdi.

Davamı →

Qaliç-Volın knyazlığı

Keçmiş Vladimir-Volın torpaqları əsasında təşəkkül tapmış Qaliç-Volın knyazlığı Rusun qərb və cənub-qərb sərhədlərində yerləşmişdir. XI-XII əsrlərdə Vladimir-Volını böyük Kiyev knyazının göndərdiyi ikinci dərəcəli knyazlar idarə edirdi. Burada böyük knyaz Svyatoslav Yaroslaviçin canişini kimi gənc Vladimir Monomax hakimiyyətdə olmuşdur.

Davamı →

Böyük Novqorod

Müasirlərinin adlandırdığı «Ağa Böyük Novqorod» («Господин Великий Новгород») rus knyazlıqları arasında xüsusi yer tutmuşdur. Novqorod torpaqları Baltikdən Ural dağlarına qədər, Ağ dənizdən və Şimal Buzlu okeanından Volqa və Oka çayları arasındakı böyük məsafələrə kimi nəhəng əraziləri əhatə etmişdir.

Davamı →

Dövlət hakimiyyəti. Erkən feodal münasibətlərinin əmələ gəlməsi. Şəhərlər, ticarət və ordu

IX əsrdə Rusun başında əvvəllər olduğu kimi böyük Kiyev knyazı dururdu ki, onlar da artıq digər knyazların arasında birinci olmayıb ölkənin tamhüquqlu hökmdarı idi. Knyazın tayfasının əvvəlki kişilərini boyarlar adlandırırdılar. Onlar drujina təbəqəsinin üst qatını — qocaman drujinanı təşkil edirdilər. Az tanınmış və nisbətən cavanlar aşağı təbəqə olan kiçik drujinanı təşkil edirdi. Hər ikisi böyük knyazın xidmətçisi sayılırdı. Onlar knyazın hərbi işə, ölkənin idarəetməsinə, məhkəmə, vergi toplanmasına, başqa dövlətlərlə diplomatik münasibətlərə dair müxtəlif tapşırıqlarını yerinə yetirirdilər.
Davamı →