Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Norman nəzəriyyəsi

IX-XII əsrlərdə Qərbi Avropanın böyük çay hövzələrinin sahilləri vikinqlər tərəfindən dağıdıcı hücumlara uğramışdır. Avropa mədəniyyəti dairəsinə daxil olan vikinqlər 911-ci ildə Şimali Fransada, 1030-cu ildə Cənubi İtaliyada ilk Norman dövlətlərini qurdu. Əsas məşğuliyyətləri ticarət və qənimət əldə etmək üçün soyğunçuluq olan norman tayfaları Şərqi Avropaya, əsas ticarət yolları olan Volqa və Dneprə üz tutdular ki, burada da onlar şərqi slavyanlarla qarşılaşdı.

Davamı →

Müstəqil rus knyazlıqlarının yaranması. Kiyev knyazlığı

Salnamənin təsdiq etdiyi kimi, 1132-ci ildə I Böyük Mstislavın ölümündən sonra Rusun parçalanması artıq fakt idi. Bu Moskva böyük knyazı III İvanın Oka və Volqa çayları arasındakı şimal-şərqi Rus və Novqorodu əhatə edən şimal-qərbi Rus torpaqlarını Moskva dövlətinə birləşdirdiyi XV əsrin sonlarına kimi davam etmişdir. Məhz XII əsrin əvvəllərindən XV əsrin sonlarına kimi davam edən bu dövrü udel (knyaz və feodalların idarə etdiyi yerlər) dövrü kimi səciyyələndirmişlər. Həqiqətən XII əsrin ortalarına doğru Kiyev Rusundan təqribən 15, XIII əsrin əvvəllərində 50, XIV əsrdə 250 knyazlıq və torpaq əmələ gəlmişdir.

Davamı →

Çerniqov və Şimal knyazlığı

Çerniqov Yaroslav Mudrının qardaşı Mstislavın ona qalib gələrək Çerni-qovdan Tumtarakana kimi torpaqların hökmdarı olduqdan sonra ayrılmağa cəhd etmişdir. Onun ölümündən sonra Rus yenidən bərpa olunmuş, Çerniqov və Svyatoslav Yaroslaviçin və onun oğlu Oleqin dövründə növbəti dəfə ayrılmağa cəhd etmişdir. Lakin bu zamanlar Kiyev idarəçiliyi hakimiyyətini güclü əli ilə saxlamışdı. Burada Vladimir Monomax və onun oğlu Mstislav knyazlıq etdiyi zamanlar Çerniqov itaətlə ümumrus siyasətinə tabe olmuşdur. Lakin buna baxmayaraq ildən-ilə Çerniqov knyazlığı daha çox fərqlənirdi. Bu hər şeydən əvvəl knyaz Oleq Svyatoslaviç və onun qoçaq oğlanlarının şəxsi keyfiyyətilə deyil, diyarın iqtisadi və siyasi xüsusiyyətilə bağlıdır.
Davamı →

Nuru Paşanın Cəfər Cabbarlıya hədiyyəsi

İyirmi doqquz yaşlı general Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də Bakını qaniçən daşnaklardan azad etdi.
Noyabrın 10-da həmin münasibətlə bugünkü Filarmoniyada (o vaxtı «İctimaiyyət məclsi», «Cəmiyyət evi», «Cəmiyyət məclisi», həm də Obşestvennoe sobiraniye» adlanırdı) böyük bayram təntənəsi keçirildi. Binanın fasadı Azərbaycan və Türk bayraqları ilə bəzədilmişdi. Məmurlardan, mədəniyyət xadimlərindən, ziyalılardan ibarət 400 nəfərədək adamın iştirak etdiyi ziyafət orkestrin müşayiəti ilə Nuru Paşanın gəlişini ayaq üstü alqışladı.

Davamı →

Qədim slavyanların sələfləri

Slavyanların ulu əcdadları Asiyanın dərinliklərindən hərəkət edən güclü Hind-Avropa köçəri tayfaları olan kimmerlərlə qarşı-qarşıya gəlmişdir. Şimali Qara dəniz sahilləri çöllərinə sahib olan kimmerlər slavyanların ulu əcdadlarını Şimal meşələrinə çəkilməyə məcbur etmişdir. Zaman-zaman Asiyanın dərinliklərindən cənubi Ural dağları və Xəzər dənizi keçidi ilə Şərqi Avropaya hücum edən köçəri tayfalar yerli əhalini soyub-talamaqla bərabər onları Şimala doğru qaçmağa sövq etmişdir.

Davamı →

Hind-avropalıların tərkibində slavyanların yeri

Bizim eradan əvvəl III-II minilliklərin kəsişməsində Visla və Dnepr çayları arasındakı ərazilərdə Avropa xalqlarının qədim əcdadları olan tayfalar məskunlaşmışdır. Avropa və Asiyanın ucsuz-bucaqsız ərazilərində daim hərəkət edən qədim hind-avropalılar artıq bizim eradan əvvəl II minillikdən başlayaraq alman, balt və slavyan birlikləri şəklində Mərkəzi və Şərqi Avropada yerləşmişdir. Bir zamanlar hind-avropalılara mənsub olan insanlar eyni dildə danışırdılar.

Davamı →

Tarixdən necə dərs çıxaraq?

Dünya fəlsəfi düşüncəsinə böyük təsir göstərmiş, dialektik məntiqiylə tarixin rəsmini çəkmiş məşhur alman filosofu Georq Vilhelm Fridrix Hegelin məşhur bir sitatı var: «Tarixdən çıxardığımız yeganə dərs tarixdən dərs çıxarmadığımızdır».
Bu sitat üzərində düşünəndə, istər-istəməz, beynin dolanbaclı labirintlərində, qaranlıq, dərin meşəliklərində müəyyən suallar var-gəl etməyə, həyəcanla, çaşqınlıqla ətrafına göz gəzdirib çıxış yolu axtarmağa başlayır: tarixdən dərs çıxara bilməməyimizin səbəbi nədir?


Davamı →

Xalq düşməni adı ilə güllələnən alim | Ruhulla Axundov

Ruhulla Axundov 13 yanvar 1897-ci ildə Şüvəlanda anadan olub.
Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi olub. (1925-1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb, latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.

Davamı →

Etnoqrafiya elminin əsas anlayışları; etnoqrafik terminlər

Etnoqrafiya elminə aid jurnal və digər nəşri orqanlarda, habelə etnorafik monoqrafiya, dərslik və dərs vəsaitlərində külli miqdarda ixtisas terminlərinə rast gəlinir ki, bunlar çox vaxt geniş oxucu kütləsinə aydın olmur. Elmlərin diferensiasiyası və inteqrasiyası baş verdiyi bir əsrdə terminalogiya problemi çox ciddi əhəmiyyət kəsb edir. Beləki, başqa bir elm sahəsində istifadə olunan eyni bir termin orada əvvəlkindən fərqli məna kəsb edə bilir.
Etnoqrafik terminlər bəşər cəmiyyətinin həyatının bütün sahələrini əhatə edir. Həmin terminlər başlıca olaraq ictimai quruluşu, ailə-nigah münasibətlərini, maddi və mənəvi mədəniyyəti hərtərəfli əhatə edir. Bəzi terminlər ümumi elmi əhəmiyyət kəsb edir ki, bunları ayrıca və hamıdan əvvəl şərh etmək lazım gəlir.

Davamı →

Etnoqrafiya elminin predmeti və vəzifələri

Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən tarix elmidir. O, yunan sözü olan «etnos» və «qrafo» sözlərindən əmələ gəlməklə «xalqın təsviri» mənasını verir. Bu elmi bəzən etnolo­giya da adlandırırlar. Məişət dedikdə fərdi və ictimai həyatda bərqərar olunmuş ənənəvi formalar başa düşülür. Hər bir xalqın özünəməxsus məişət for­ması vardır ki, ayrı-ayrı xalqlarda bunlar çox vaxt bir-birindən köklü surətdə fərqlənir. Xalqın məişəti ilə yanaşı etnoqrafiya bir elm kimi xalqın mədə­niy­yə­tini də öyrənir. Bir qayda olaraq dünya xalqlarının mədəniyyəti iki sahəyə ayrılır: maddi mədəniyyət və mə­nəvi mədəniyyət. Maddi mədəniyyət anlayışına in­san əli ilə yaradılan bütün maddi nemətlər və əşyalar daxildir. Məs: yaşayış məskənləri və evlər, geyimlər və nəqliyyat vasitələri, yeməklər və içkilər, əmək alətləri, silahlar və bəzəklər; Mənəvi mədəniyyət anlayışına isə insan zəkasının yaratdığı bütün mənəvi məhsullar daxildir: ədəbiyyat, incəsənət, elm, din, fəlsəfə, əxlaq, musiqi, adət -ənənələr və i. a.

Davamı →