Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Qadın daxilində 6 qadın

Çox zaman həyatında parçalara bölünən bir qadına baxıb bütün bunları necə bir arada tutmalarını düşünmədən olmur.Qadınlar gündəlik həyat içində qılıqdan qılığa keçən həyat sehrbazlarıdır.Gündüzlər iş qadını,axşamlar yaxşı bir ana,ev qadını və aşbaz,gecələr isə yaxşı bir həyat yoldaşı…


Ardı →

Qadınlar niyə çox danışır?

Kişilər bir qadının xarici görkəmini nə qədər bəyənsə də, çox danışdığı halda gözündən düşür və bundan şikayət edirlər. Halbuki, bunun əsas səbəbkarı özləridir. Qadınlar sevgi və diqqət görmədikdə çox danışan, deyingən olur.

Bu mövzu il əlaqədar olaraq psixoloqlar müxtəlif araşdırmalar aparıblar. Məlum olub ki, xanımların çox danışmağa üstünlük verməsi daxilində baş qaldıran üsyan və problemləri danışaraq həll edə biləcəklərinə ümid etmələrindən qaynaqlanır.
Davamı →

Ən maraqlı qadınlar

  • Qadın


Adriana Sklenarikova1.
 Dünyada ən alçaq boylu qadın- Cənubi Afrikalı Marc Besterdir. Onun boyu 55 santimetrdir.

2. Dünyanın ən hündür boylu qadınının çex modeli Adriana Sklenarikova olması təsdiq edilmişdir. Onun ayaqlarının uzunluğu- 124 sm-dir.

3. Ən böyük sinə 12 yaşında Tin Çjafen  adlı çinli qızda olmuşdur. Onun çəkisi təqribən 10 kiloqram təşkil etmişdir. Lakin tezliklə bu xanım sinəsini kiçiltmək üçün əməliyyat masasına əyləşməli olub. Çünki çoxlu xoşagəlməz hallarla rastlaşıb.

4. Ən çoxdanışan qadın- amerikalı komediya aktrisası Fran Kerodur. 1 dəqiqə ərzində o, 585 sözü tələffüz etmək qabiliyyətinə malikdir.

5. İndiyə kimi Fyodor Vasilyev adlı birinin həyat yoldaşı keçilməz rekorda sahib olub. Belə ki, o, həyat yoldaşına 69 körpə dünyaya gətirib. O, dünyaya 16 dəfə əkiz övladlar, 7 dəfə üçəm və 4 dəfə dörd əkiz gətirib. Qeyd edək ki, əgər hər dəfə onun bir övladı dünyaya gəlsəydi belə 27 övladı olardı. Həmçinin onu da qeyd edək ki, o, həyat yoldaşının ilk xanımı olub.

6. Dünyada ən gənc ana Perulu Lina Medinadır. O, ilk körpəsini 5 il 7 aylıq olarkən dünyaya gətirib. İkinci övladını isə 33 ildən sonra dünyaya gətirib.

7. XVII əsrin ortalarında Osmanlı sultanı İbrahim paşa üç yaşlı qızını Yusif paşaya ərə vermişdir. Bir il sonra onun atası Yusif paşanı qətlə yetirərək qızını dünyanın ən gənc dul qadınına çevirmişdir- 4 yaşı tamam olmaq ərəfəsində.


Ardı →

Müxtəlif vaxtlarda ideal qadın

  • Qadın

Müxtəlif dövrlərdə müxtəlif qadınlar gözəl hesab olunurdu. Qədim daş dövründə böyük qarın, sallanmış döşlər və həmişə hamilə olan qadınlar cazibəli hesab edilirdilər.

Arxeoloji qazıntılar zamanı daş dövründən bu formalı daş heykəllər tapılmışdır.


Ardı →

Qızlar niyə pis oğlanları seçir?

Qadınların çoxu onları sevməyən, layiq olmayan, hətta pis kişilərə vurulur. Lakin mütəxəssislər, qeyd edir ki, bunun elmi cəhətdən açıqlaması var.

Qadınlar əsasən, “yaramaz uşaq, pis uşaq” deyə xitab edilən kişilərə aşiq olunur. Elə kişilərin çox zaman yaraşıqlı olduğu deyilir. Bundan başqa, çox cazibədar və diqqət çəkən olurlar. Qadınlar isə bu cür kişilərin cazibəsinə dayana bilməyib aşiq olur. Çox güman ki, bunun sonu yaxşı bitmir. 

Onlar çox məsuliyyətsiz və özündən razı olduğu üçün heç kim veclərinə olmur. Özlərindən başqa heç kimlə maraqlanmırlar. Bu məsələni elmi araşdırması isə belədir:
Ardı →

Janna d'Ark- fransızların ölməz qəhrəmanı (1412 - 1431)

Fransa su üzərindəki quru bir yarpaq kimi sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi.
Yaxın adamları ilə birlikdə bir qəsrə sığınan kral nə edəcəyini bilmirdi. Əslində onun belə bir vəziyyətdə əlindən gələ biləcək bir işi də yox idi. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi.
15-ci əsrin 20-ci illərində yüzillik müharibələrə meydan olan Avropa hər gün qılınc səsləri ilə oyanaraq yüzlərlə qurban verirdi. Nəhayət, 1420-ci ildə İngiltərə kralı V Henri ilə Fransa kralı VI Karl (Charles) arasında Trua şəhərində sülh anlaşması imzalandı.


Ardı →

Qadınları xoşladığı yeməklə də tanımaq olar

  • Qadın
Yeməyi xoşlayanlar yalnız tosqun qadınlar deyil, onların arasında hətta arıqlara da təsadüf edilir. Deməli, onlarda maddələr mübadiləsi prosesləri normaldır. Bəs onda fiziki cəhətdən müxtəlif qadınları nə birləşdirir? Əlbəttə ki, tələbkar olmamaq, çox danışmaq və xeyirxahlıq. Belə qadınlar üçün kimi sevmək, nə ilə qidalanmaq o qədər də əhəmiyyətli deyil. Əsası odur ki, hər şeydən kifayət qədər olsun. Nə qədər ki, onların qabında yeməyə nə isə  var, onlar yayınmaq fikrində deyillər. Belə qadınlar insanı dinləməyi, təsəlli verməyi  bacarır. Onlara qayğı göstərmək çox asandır. Onlar doyursa, deməli, xoşbəxtdirlər.
Ardı →

Qadın cazibəsi və onun sirləri - 1

Qadın gözəllik simvoludur! Heç nahaq yerə qadın gözəlliyi İlahi gözəlliyin əlamətlərindən hesab edilmir və gözəllik mücəssəməsi olan qadınlar heç də təsadüfən İlahə adlandırılmır. Kişiləri valeh, məftun və əsir edən ən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən, xarüqələr yaradan ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdən ötrü aciz qalıb. Gözəllik, xüsusən də qadın gözəlliyi çox qəliz və incə məsələdir. Bunu zövq və hissiyat məsələsi də hesab edirlər. Yəni birinin bəyənmədiyi qadına digəri məftun ola bilər.
Ardı →

Qadınlar 1 ilini nəyə xərcləyir?

İngiltərədə edilən bir araşdırma, qadınların, həyatlarının təxminən bir ilini nə geyəcəklərinə qərar verməyə xərclədiyini göstərdi.
İngilis Daily Telegraph qəzetinin xəbərində, yaşları 16 elə 60 olan 2491 qadının iştirakıyla edilən araşdırmada, qadınların ortalama olaraq həyatlarının 287 gününü, işə, axşam yeməklərinə, dəvətlərə, tətilə, idmana və digər fəaliyyətlərə nə geyəcəklərini seçə bilmək üçün qarderoblarını qarışdıraraq keçirdiyini ortaya qoyduğu bildirildi.Bu müddətin böyük hissəsinin, cümə və ya şənbə axşamları ilə tətil üçün uyğun paltar seçkisinə ayrıldığı ifadə edildi.
Ardı →

Kişilər qadınlar haqqında

  • Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir: (F.LAROŞFUKO)
  • Əgər bir kişi 40 yaşinadək heç sevməyibsə o yaşdan sonra sevməməsi daha məsləhətdir: (B.ŞOU)
  • Hər şeydən əvvəl gözəl geyim,sonra da ona pərəstiş edən gözəl kişi-budur qadınların ənənəvi istəkləri.(K.Bovi)
  • Qadın gülməyi bacaran zaman gülür və istədiyi zaman ağlayır.J.Baif3.Qadın elə bir mələkdir ki,biz uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə bizə təsəlli verir.(A.Aqustin)


Ardı →