Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 930 topik

Banka qoymağın bilmədiyimiz zərərləri

Xalq arasında tətbiq olunan alternativ tibbin ən populyarı banka qoymaqdır. Mübaliğəsiz demək olar ki, qədimdən bəri əksər xəstəliklərdə müalicə vasitəsi kimi banka və xardaldan istifadə olunur, əsasən də soyuqdəymə zamanı. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Qeyd edək ki, banka qoymağa daha çox yaşlı nəslin nümayəndələri üstünlük verir. Hətta azyaşlı uşaqlara da banka qoyurlar.

Bəs görəsən banka qoymaq həqiqətənmi faydalıdır? Azyaşlı uşaqlara banka qoymaq məqbuldurmu? Kimlərə banka qoymaq qətiyyən olmaz?

Müasir tibb bankanı qəbul etmir!


Davamı →

Körpələrdə gec yerimə

Daim ac qaldığını düşünərək nizamsız qidalandırdığınız körpənizin gec yeriməsinin səbəbi həddindən artıq kök olduğuna görə pozulan orqanizm sistemi olduğunu bilirsinizmi?
Sağlam uşaqlarda yerimə yaşı 12 -18 aylar arasında olur, bəzi körpələr 12-ci aydan da əvvəl yeriyə bilər. Uşağın yerimə yaşı onun zəkası ilə bağlı deyil. Orqanizmə görə uşaqlarda inkişaf fərqli ola bilər. Yaşıdlarından daha əvvəl köməksiz oturan,iməkləyən və ya yapışaraq ayağa qalxan uşaqlar adətən daha tez yeriyirlər. Yerimə gecikmiş isə digər inkişaf mərhələlərinə da baxılmalıdır.


Davamı →

K vitamininin faydaları

K Vitamininin sağlamlıq üçün faydaları

K vitamini qanın laxtalanmasında, sümük metabolizmində və qanda kalsium səviyyəsinin tənzimlənməsində rol oynayan yağda həll olunan vitaminlər qrupuna aiddir.

Orqanizmdə qanın laxtalanmasında və sümük metabolizmində vacib olan zülal və laxtalanma faktoru olan protrombin yaranması üçün K vitamini lazımdır. Warfarin və ya Coumadin kimi qan durulaşdıran dərmanlar qəbul edən insanlar həkimə müraciət etmədən əlavə K vitamini qəbul etməyə başlamamalıdırlar.

Çatışmazlıq nadir hallarda olur, lakin ağır hallarda laxtalanma müddətini artıraraq qansızmalar və həddindən artıq qanaxmaya səbəb ola bilər.


Davamı →

Pika sindromu nədir?

Bəzən uşaqlar çox qəribə davranışlar sərgiləyirlər. Məsələn gil, torpaq, əhəng, şüşə və bu kimi bəzi maddələri özlərinə qida olaraq seçirlər. Amma adətən valideynlər uşaqlara bu cür davranışlar sərgiləyən zaman sərt formada reaksiya verir, bunun səbəbini araşdırmadan uşağı danlayırlar. 
Bəs heç maraqlanmısınızmı nəyə görə uşaqlar bu maddələri yeməyə ehtiyac duyur ? 

Pika sindromu (yad maddələr yemək vərdişi) adlanan bu pozuntu bəzən orqanizmdə vitamin çatışmazlığı, bəzən də psixoloji problemlərdən qaynaqlanır. Bununla belə, nevroloji şikayətlər də pika sindromunun səbəbləri arasındadır.


Davamı →

Avokadonun 10 faydası

Avokado haqqında bilinməyənlər: faydaları və zərərləri

 

Avokado bizim adət etdiyimiz qidalardan olmasa da artıq illərdirki hər kəsə tanış meyvədir. Bəs bu meyvənin faydaları nələrdir? Hansı  ziyanları ola bilər?  Bütün bunlar haqqında bu yazımızda bəhs edəcəyik.

Avokadonun vətəni Meksikadır. Bu meyvəyə “timsah armudu” da deyilir. Tərkibində 20-yə yaxın


Davamı →

Yorğunluq hissinin 7 səbəbi

Stresli iş günündən sonra əksər insanda işdahasızlıq və yorğunluq olur. Bu gün sizə yorğunluğa səbəb olan məqamlardan danışacağıq.

Yorğunluğun 7 əsas səbəbini təqdim edir.
 
1. Depressiya, apatiya, əhval-ruhiyyənin olmaması, stress
  • Depressiya psixi problemdir, insan qəm-qüssəli olur, həyata

Davamı →

Döymənin zərərləri

Tatuaj/döymə, son illər tələbolunan bir estetik müdaxiləyə çevrilib.
Amma bunun zərərlərindən nə qədər xəbərdarıq ? 

İllər ötdükcə gözəllik xatirinə müxtəlif üsullar — tatu, pirsinq, botoks, silikon və s. meydana çıxdı. Bunlar çox zaman qəbul olunmasa da, yeniliyi və qeyri-adiliyi sevənlərin sayəsində cəmiyyətin gözü bunlara alışmağa başladı. Bu gün çox az qadın tapmaq olar ki, süni gözəllik üsullarından istifadə etməsin. Qadınların ən çox müraciət etdiyi üsullardan biri də
Davamı →

Sizi toksinlərdən qurtaracaq çay

Bədən üçün faydaları bir çox mütəxəssis tərəfindən vurğulanan zəncəfil və zərdəçalın birləşərək hazırlayacağınız bu çayı sevəcəksiniz! Zerdeçal və zəncəfildə quru dərini nəmləndirməyə, yaşlanmanın qarşısını almağa, qırışları azaltmağa və dərinin elastikliyini artırmağa kömək edən super maddələr var.
Daha çox fikirləşmədən zerdeçal zəncəfil detoks çayı reseptimizi paylaşırıq:
Davamı →

Pəhriz haqqında bilmədiklərimiz

Çəki Korreksiyası Klinikasının rəhbəri Aleksey Kovalkov piylənmənin səbəblərini açıqlayıb.
Qidalanma mütəxəssisinin sözlərinə görə, qış boyunca bir neçə kq kökəlmək obezlik deyil. Obezlik — bədəndə piy toxumasının 20% -dən çox artmasına deyilir:
“Bu xəstəlik tibbi problemlərin təsnifatına daxildir və onu həkim nəzarəti altında müalicə etmək lazımdır. Müntəzəm pəhrizlər sağlam və bir az dolu bədənli insanın forma almasına kömək edə bilər. Ancaq piylənmə varsa, heç bir pəhriz kömək etməyəcək.
Davamı →