Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 931 topik

Teflon örtüyü olan qablarda təhlükə

Teflon müasir yanmayan materialdır.

Hal hazırda teflon örüyü olan tavalar və qazanlar hər bir evdə var.
Lakin dünyanın müxtəlif ölkələrində teflonla bağlı aparılan bir çox elmi araşdırmalar nəticəsində məlum oldu ki, teflon heç də ziyansız material deyil.
Araşdırmalar nəticələrinə əsasən, teflonun güclü qızdırılması çox ziyanlı maddələrin ifrazına səbəb olur ki, bu maddələr insan sağlamlığına mənfi təsir edir. Belə hesab olunur ki, bu maddələr kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.


Davamı →

Xərçənglə mübarizə aparan 4 ərzaq

Xəstəliklərdən qurtulmaq üçün saysız-hesabsız müalicələr alırıq. Amma onlardan canımızı qurtarmaqla yanaşı onlara tutulmamaq üçün də tədbirlər görmək, xəstəlik riskini azaltmaq şansını da əldən buraxmaq olmaz. Bu xəstəliklərdən biri də xərçəng xəstəliyidir. 

Bu xəstəliyə tutulma riskini azaltmaq üçün hansı qidalara üstünlük verməlyik ? 
Qida rejimimizdə hansı dəyişikliklər etməklə uzaqlaşa bilərik?
Bütün bu suallara bu məqaləmizdə cavab tapacaqsınız. 

Çinlilərə İnanırıq: Yaşıl Çay


Davamı →

Xurmanın faydaları və zərərləri

Xurmanın nə qədər faydalı olduğunu bilirsiniz? Bəs hansı halda bu meyvədən imtina etmək daha yaxşıdır.

Xurma bir çox faydalı maddələrə, xüsusən də A, B və C vitaminlərinə sahibdir. Bunlar payızda xüsusilə qiymətli olan vitaminlərdir, immunitet sistemini, sinir sistemini dəstəkləyir və bədənin müxtəlif infeksiyalardan qorunmasına kömək edir. Bu meyvədən həftədə azı iki-üç dəfə təzə halda yemək tövsiyə olunur.


Davamı →

İnsan nə üçün ət yeməlidir?

Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir.

Məhz ətdən biz orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox maddələri alırıq.
Onlardan ən vacibləri — zülallardır. Bu zülallar insanın həzm sistemində amin turşulara kimi parçalanır və daha sonra bu aminturşulardan orqanizm ona lazım olan zülalları sintez edir.

 

İnsan orqanizmi zülalları ehtiyat üçün yığmır. Bu səbəbdən


Davamı →

Hansı qidalar asılılıq yaradır?

 

Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.

 
İnsan belə qidalardan hətta tox olduqda imtina edə bilmir. Əksər hallarda bu şirin və ya duzlu yağlı qidalar və şirin içkilərdir. Bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır. Bu qidalar və içkilər arasında:
Davamı →

Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız

Yaxşı həzm sağlamlığımız üçün önəmlidir. Özümüzü yaxşı hiss etmək, qida maddələrinin həzmini üst səviyyəyə qaldırmaq və bədəndən çıxarmaq üçün hər şeyi balansda saxlamalıyıq. Bunun üçün isə etməli olduğumuz bir çox şey var. Yemək yeyərkən nə yediyimiz və nə zaman yediyimizin də önəmi olduqca vacibdir. Bəzi qidaları səhər, ac qarına yediyimiz zaman normaldan daha faydalı olur, indi gəlin həmin qidalar ilə tanış olaq.

Qeyd: Əgər hər hansısa bir probleminiz varsa, bunun üçün həkim məsləhəti almağınız tövsiyyə olunur.


Davamı →

Şabalıdın bilinməyən faydaları!

Üç ədəd şabalıd bir dilim çörəyə bərabərdir...

Türkiyəli diyetoloq və qidalanma mütəxəssisi Melika Şeyma Dəniz şabalıdın faydalarından bəhs edib.
Şabalıd tərkibinə dəmir, natrium, kalium, maqnezium, sink, A, E və C vitamini kimi bir çox faydalı elementlər daxildir. Lakin karbohidrat miqdarı yüksək olduğu üçün çox yemək ziyandır.

Şabalıdın tərkibində kalium yüksək olduğundan böyrək xəstələrinə həkimlə məsləhətləşmədən yemək icazə verilmir. Diabet xəstələri və pəhriz saxlayan insanlara da həddən çox şabalıd yemək tövsiyə olunmur.

Tox saxlayır


Davamı →

Alma şirəsinin faydaları

Susuz qalmağa mane olar

Alma şirəsinin 88%-i sudur və dadı olduqca gözəldir. Bu içməyi asanlaşdırır. Xüsusilə, 1 yaşından böyük uşaqların xəstəlik dövründə susuz qalmalarının qarşısını almaq üçün yarım alma suyu, yarı su qarışdıraraq istifadə edilə bilər.

 

Ürək sağlamlığı üçün faydalıdır


Davamı →