Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Çəmənlikdə və torpaqda ayaqyalın gəzmək faydalıdırmı?

Müasir həyat hər birimizi öz gərgin axınına salıb aparır. Və bu gərgin axından can qurtarmaq, biraz ruhumuzu, beynimizi sakitləşdirmək üçün yollar axtarırıq. Bu yollardan biri də təbiətdə gizlənib. 

Həftəsonlarında istirahət etmək məqsədilə ticarət mərkəzlərinə, beton göydələnlərə qaçmaqdansa təbiətə doğru qaçın. 
Yam-yaşıl bir çəmən, günəşdən qızmış torpaq varsa deməli istirahət və rahatlıq üçün hər şeyə sahibsiniz. Tez ayaqqabılarınızı və corablarınızı çıxarıb ayaqlarınızla təbiətə toxunun. 
Bu hiss insana inanılmaz rahatlıq və saktlik gətirir. 
Bəs görəsən bu rahatlığın bizə fiziki baxımdan faydası varmı?


Davamı →

Yayda sağlam formada qaralmaq üçün nə etməliyik?

Sağlam qaralmaq üçün nələrə diqqət etməlisiniz

Yay aylarında tünd dəri əldə etmək üçün seçilən üsul günəş vannası qəbul etməkdir. Günəşin dərinizə üfüqi olduğu saatlarda günəş vannası qəbul etməyə diqqət edin. Gözəl qaralmaq üçün nə geyindiyinizi nəzərdən keçirin. Unutmayın ki, qayışlı və ya regional dekolteli çimərlik geyimləri və bikinilər dərinizdə izlər qoya bilər. Tez-tez hərəkət edin və bərabər qaralmaq üçün sabit qalmayın.
Gözlərinizi günəşdən qorumaq üçün geniş kənarlı papaqdan istifadə edin. Qaralma, dərinizin nəmini itirməsinə səbəb olur, elastikliyini qoruyub saxlaması və sağlam qalması üçün dərinizi tez-tez
Davamı →

Günəş gözlərimizə necə təsir edir?

Günəş şüaları bütün canlıların həyatı və sağlamlığı üçün çox faydalıdır. Müsbət təsiri ilə yanaşı mənfi təsirləri də olan bu şüalardan düzgün yararlanmadıqda səhhətimizə mənfi təsiri qaçınılmaz olur. Günəş şüaları insanın əhvalına xoş təsir edir, depressiyanı aradan qaldırır, sümüklərin möhkəmlənməsinə yardım edir, döş və bağırsaq xərçəngi riskini azaldır. Bu şüaların orqanizmə yararları ilə yanaşı, günəşdən aldığımız ultrabənövşəyi şüaların bəzi zərərli təsirlərini də yaddan çıxarmaq olmaz. Bildiyiniz kimi, bu şüalara qarşı ən hassas orqanımız isə gözlərimizdir.
Davamı →

Pomidorun faydaları

Pomidorun faydası

Pomidor güclü antioksidantdır. Pomidorun tərkibində olan likopen özlüyündə kifayət qədər güclü antioksidantdır. Likopen bir çox xəstəliklərin müalicəsinə kömək edir. Bu isə o deməkdir ki, pomidor ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır. Eyni zamanda asteniya xəstəliyinin müalicəsində də faydalıdır.
Davamı →

Şirin ölüm - Şəkər tozunun yaratdığı xəstəliklər

Bildiyiniz kimi gün ərzində qəbul etdiyimiz bütün təbii qidalarda şəkər var. Biz, bizə lazım olan qədər şəkər ehtiyacını onlardan ödəyirik. Amma çay içərkən, şirniyyat süfrəsində və s. əlavə şəkər və şirniyyat da qəbul edirik. Bu cür qidaların mütəmadi qəbulu, bizim sağlamlığımız üçün təhlükə yaradır. Ən təhlükəli şəkərliqidalar isə
Davamı →

Çox oturmağın ziyanı

Biz davamlı hərəkət edən, ovla məşğul olan əcdadlarımızın övladlarıyıq. Amma zaman keçdi və həyatımız asanlaşdı, biraz da tənbəlləşdi. Artıq həyatımızı rahat yaşamaq üçün bir çox şəraitə sahibik. Amma bu rahat həyatı davamlı oturaraq keçirmək nə dərəcədə düzgündür ? 
Davamı →

Siqaretə yox deyək

Dünyada tez-tez istehlak edilən tütün məmulatları arasında birinci yerdə olan siqaret, hər il 5 milyondan çox insanın ölümünə səbəb olan son dərəcə zərərli vərdişlərdən biridir. Siqaret bütün dünyada qarşısı alına bilən və yoluxucu olmayan xəstəliklərin və bu xəstəliklərlə bağlı ölümlərin əsas səbəbidir. Siqaret tüstüsünün tərkibində 7000-dən çox kimyəvi maddə var, onlardan
Davamı →