Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Hamilə qadının geyimi

Hamilə qadının geyimi təmiz, yumşaq, rahat, hərəkətə mane olmayan və mövsumə uyğun olmalıdır. Qadın alt paltarını tez-tez dəyişməlidir. Süd vəziləri böyüdükcə büsthalteri də dəyişmək lazımdır. Hamilə qadın sıx, süd vəzilərini, döş qəfəsini basan büsthalterlər geyinməməlidir.


Ardı →

Kosmetika

1. Dodaqlara qan qırmızı rəng çəkmək olar, amma konturun rəngi dodaq rənginə tam uyğun olmalidir. Boya firça ilə çəkilməli,quru salfetka ilə yüngül silinməlidir.
2. Gözün üst hissəsinə boz-qəhvəyi rəngli karandaş kipriklər uzunluğunda, alt hissesinə isə kənarından içə doğru bir balaca çəkilməlidir.
3. Kirşanı fırça və ya yaş sponjla çəkmək lazımdır.
4. Qaşı boz-qəhvəyi rəngli karandaşla səliqəyə salmaq lazımdır.
5. Ənliyin rəngi təbii rənginə yaxın seçilməlidir.
6. Göz kölgələri parıltısız olmali, iç tərəfə ağ, kənarlara isə boz kölgə vurmaq lazımdır.
7. Gözlərin konturla tam haşiyəyə alınması olar, amma karandaş yox, göz kölgəsi vasitəsilə.
Ardı →

Pomada (dodaq boyası)

dodaq boyası-pomadaPomada (dodaq boyası) makiyajda son nöqtədir. Düzgün uyğunlaşdırılmış pomada üzünüzü anında canlandırmaqdan əlavə hətta gözlərinizin parlaqlığını da vurğulaya bilər. Pomadanın rəngi zövqünüzə, geyiminizin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqlarınızın formasını da nəzərə almalısınız. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin
1. Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin.
2. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək.
3. Pomadanı fırçayla dodağınıza çəkin.
4. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin.
5. İşıltılı görüntü üçün dodaqlarızın tam ortasına rəngsiz bir parladıcı toxundurun.

.

Pomadaların tarixi


Keçmişdə içindəki zəhərli boyalar səbəbi ilə qadınların ölümlərinə səbəb olan, kosmetik firmaları heyvanlarda sınayır deyə boykot edilən, qadınları həyat qadını olaraq damğaladan və bəzi cəmiyyətlərdə dini səbəblərlə qadağan edilən pomada hər şeyə baxmayaraq 125 ildən bəri ardıcıl olaraq emal edilir və indiki vaxtda çantasında pomada daşımayan bir qadını az qala tapa bilməzsiniz.
pomada (dodaq boyası)Tarixdə bilinən ilk pomada bundan 8 min il əvvəl misirlilərin tətbiq etdiyi zəyi qaynadaraq əldə etdikləri qırmızı boya ilə dodaqlarını rəngləmələridir. Qədim Yunan və Romada ancaq yuxarı sinfin qadınlarına dodaqlarını qırmızıya rəngləmələrinə icazə verilərdi.
Boyama işi çətin və zaman alıcı idi. Parisli bir ətir satıcısı 1884-cü ildə qırmızı boya ilə bal pətəyi və balzamı qarışdırıb ipəkdən parça bir rulo içinə yerləşdirib qələm şəklində satışa təqdim etdi. Qadınlar bu yeni kəşfi dərhal sevib ona sosiska (Saucisse) adını belə verdilər. Parisli səhnə sənətçisi Sarah Bernhardt isə bu yeni görünüşə mehebbet tanrısı Erosun sehrli çubuğu adını taxdı və səhnəyə çıxarkən istifadə etməyə başladı. Fransız mühafizəkarları bu yeni dodaq boyasına muxtelif səbəblərə gore qarşı çıxdılar,amma bacara bilmədilər. 1900-cı ildə indiki vaxtda hələ də istehsal edən Fransız firması Guerlain bu siqaret şəklindəki dodaq boyasını bütün Fransada satmağa başladı.
1912-ci ildə Guerlain çıxardığı qırmızı dodaq boyalarını Amerikaya gətirib New Yorkda satışa təqdim etdi və bu hadisə böyük bir sensasiya yaratdı. İlk başda yalnız qırmızı olan dodaq boyası pomada (Rouge) daha sonraları başqa rənglərdə də emal edildi.
Pomadadan ən çox zərər görən restorançılar və quru təmizləyicilər oldu. Pomada ləkələrini stəkanlardan və köynəklərdən çıxarmaq olduqca çətin və zaman alıcı idi. Zamanla dodaq boyaları daha qalıcı oldu və hətta içinə qoyulan kimyəvi maddələrlə dodaqları şişirib böyütmək də mümkün idi.
İnsanlar danışarkən bir-birlərinin dodaqlarına baxarlar. Qadınlar da bunu bildiklərindən kişilərin baxışlarını üzlərindəki qırışlar və sallanmalardan uzaq tutmaq üçün dodaqlarını qırmızıya rəngləyərək kişilərin diqqətlərini dodaqlarına çəkərlər. Rolling Stonesin solisti Mick Jagger-in boşandığı maniken yoldaşı Bianca Jaggerin söylədiyi kimi: «Səhərlər yorğun və canavar kimi bir üzlə qalxdığımda dodaqlarımı rəngləyər-rəngləməz özümü yenə normal bir qadin kimi hiss edərəm.» 

Pomadanı (dodaq boyasını) necə çəkməli?


dodaq boyamaqDodaq boyası seçərkən dərinin rənginə fikir vermək lazımdır. Pomadanı üz dərisinə əsasən seçmək mütləqdir. Nəinki üz dərisi, həmçinin dişlərin rəngi də nəzərə alınmalıdır. Pomada alarkən ilk növbədə pomadanın son istifadə tarixinə baxmaq lazımdır. Əgər bu informasiya yoxdursa, pomadanın köhnəliyini müəyyən etmək çətin deyil. Köhnə pomadanın pis iyi, üzərində ağ ləkələri və solğun rəngi olur. Pomadanın maksimal istifadə müddəti üç ildir, soyuducuda saxlanıldıqda və fırça ilə sürtüldükdə. Əgər pomadanı birbaşa dodağınıza vurursunuzsa, istifadə tarixi il, qabına günəş şüası dəyibsə. üç ay olur. Keyfiyyətli pomada rahat çəkilməli, dodaq da hamar qalmalıdır. Onu sildikdən sonra dodaqlarda dartınma və ləkə qalmamalıdır.

Pomadanın növləri


Pomadanın tərkibindən asılı olaraq nəmləndirici, qidalandırıcı gigiyenik, davamlı, super-davamlı və parıltılı növləri var.
Nəmləndirici: Dodağı həm rəngləyir, həm də çatvermədən qoruyur. Onun tərkibinə avokado, kakao, günəbaxan, kokos, gənəgərçək yağı və çobanyastığı cövhəri daxildir. Çatışmayan cəhəti isə dodaqdan tez silinməsidir.
Qidalandırıcı: Soyuq havada dodağı quruma və çatlamadan qoruyur, tərkibinə böyük miqdarda mum daxildir. Davamlı və super-davamlı: ləkə qoymur, dodaqda 24 saata qədər qalır. Onun tərkibinə efir yağları və rəngləyicilər daxildir. Davamlı pomadadan hər gün istifadə etmək məsləhət görülmür, belə ki, o, dodaqları qurudur.
Gigiyenik pomada: Quruluq və çatın yaranmasının qarşısını alır. Qışda dodaqlar üçün əvəzsizdir. Tərkibində vitaminlər, qidalandırıcı, nəmləndirici maddələr var. Təəsüflər olsun ki, dodaqlara rəng vermir. Parıltı: təbii makiyaj zamanı istifadə olunur. Tərkibində yağ və vitaminlər, az miqdarda bitki rəngləyiciləri var. Parıltını vurarkən ehtiyyatlı olmaq lazımdır, çünki o, tez yayılır. Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.
Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.
Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.
Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar. Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.
 
UPD. Braziliyalı alimlər araşdırıblar ki, dodaq boyası kariyes yaradır. Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariyesin əmələ gəlmə riski böyükdür. Bunu braziliyalı mütəxəssislər dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxarıblar. Araşdırma göstərib ki, pomadaların tərkibindəki parafin kariyesə səbəb olur. Boyanın tərkibində onun miqdarı az olsa da, hər gün pomadadan istifadə sonda belə problemə aparıb çıxarır.
 
Pomadanı çəkmək texnikası
Dodaqlarınızın gözəl görünməsini istəyirsinizsə, hər şeydən əvvəl onların qurumuş və çatlamış olmamalarını təmin etməlisiniz. Bunun üçün yanınızda daşıyacağınız bir çatlaq kremini (lipstick) lazım olduqda çəkməyiniz kifayət edəcək. Makiyaja başladıqda dodaqlarınız çatlaq olmamalı, çünki çatlaq dodaqlarda pomada təbəqə kimi qalxır və çox pis görünür.
Xüsusilə qışda pomada seçiminizi dodaq qoruyuculu olanlardan etməlisiniz. Bəzi pudralı pomadalar gözəl görünmələrinə baxmayaraq dodaqlarınızı quruda bilər. Parladıcı tərzdə olanları seçsəniz, dodaqlarınızı da nəmləndirər.
Pomada çəkməyə başlamazdan əvvəl nə qədər yüngül makiyaj etmiş olsanız da, dodaq qələmi istifadə etməlisiniz. Doğru çəkilən bir dodaq qələmi makiyajın təbiiliyindən heç bir şey azaltmaz. Əksinə, pomadanın qalıcılığını artırar.

Davamı →

Gözəl və baxımlı saçlar

Saçlar, qadının makiyajından paltarına qədər bütün gözəlliyini tamamlayır. Daha gözəl görünməyin sirri, baxımlı, sağlam və cazibədar saçlardadır.
Saçlar istər — rəng, perma, refle kimi kimyəvi əməliyyatlardan, istərsə də — günəş, hava çirkliliyi, su, külək kimi ekoloji faktorlar səbəbiylə tez – tez köhnəlir və cansızlaşır. Bunlar bütövlükdə saçın quruluşu üzərində mənfi təsir yaradır. Saçda ən sıx qarşılanan problemlərin başlıcası, həddindən artıq yağlanılma, quruma, kəpək, tökülmə və saç tellərinin qırılmasıdır. Bütün bunların müxtəlif səbəbləri olmaqla yanaşı, saç baxımında edilən bir sıra səhvlər də bu kimi problemlərə yol açır. Saç baxımında ən sıx edilən səhvlər bunlardır:

Ardı →

Ayaqlara qulluq

Ayaqların gözəlliyini təkcə təbiətdən verilmiş forma müəyyənləşdirmir: xarici amillər də böyük əhəmiyyət kəsb edir. Əgər dərinizin altından qara soxulcana oxşayan damarlar və yaxud ulduz formalı kapilyar partlamaları görünürsə, burada nə mini ətəkdən, nə də dəbə uyğun şortlardan danışmağın mənası yoxdur. «Qorxulu» tromblar nəinki qadınları, hətta kişiləri də utandırır. Hər halda bu məsələnin çox maraqlı bir tərəfi var: üzə çıxan damarlar xəstəlikdir, yoxsa sadəcə, kosmetik qüsur? 
Ardı →

Gözəllik sirləri

Güzgü, güzgü, mən gözəl görünürəm?

BUXAQ. Buxağı xüsusi gimnastika və arıqlamaq yolu ilə əritmək olar. Boş vaxtlarınızda və təbii ki, sizi heç kim görməyəndə ağzınızın qıraqlarını bacardığınız qədər aşağı istiqamətdə gərginləşdirməyə çalışın.
Yanınıza birində isti, digərində soyuq su olan iki qab qoyun. Bərk parçanı suya salıb sıxın və iki ucundan da tutaraq çənənizin altında qəfil dartın. Bu halda parça zərblə çənənizin altına dəyməlidir. Prosesi isti-soyuq su növbəsi ilə bir neçə dəfə təkrarlayın.
Buxağın və boyunun düzgün görünməsinə qaçmaq da yaxşı təsir edir. Qaçış zamanı boyunun necə gərildiyini özünüz hiss edə bilərsiniz.
Üzünüzə qulluq zamanı boyunu qətiyyən nəzərdən qaçırmayın. Çünki insanın yaşını dəqiq göstərən orqan məhz boyundur. Üzünüzə uyğun gələn bütün maskaları boynunuzun dərisinə də qoya bilərsiniz.
Ardı →

Yağlı dəri

yağlı dəriYağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər. Lakin insanlar artıq çoxdandır təbiətin qanunlarına tabe olmurlar. Bəşər övladı illərdən bəri davam edən təbiətlə mübarizədə problemləri aradan qaldırmaq üçün bir çox üsullar icad edib. İndi yağlı dəriyə malik olanlar da gözəl və təravətli görünə bilərlər. Ancaq bu təbii qüsura qarşı həqiqi mübarizə aparmaq lazımdır.
Əvvəlcə dərinin həqiqətən də yağlı olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunun üçün klassik üsuldan istifadə edin: üzünüzü yuduqdan 1-2 saat sonra kağız salfeti üzünüzə yapışdırın. Əgər salfetdə yağ ləkələri əmələ gələrsə, deməli, dəriniz yağlıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq lazımdır.
Davamı →

Quru dəriyə qulluq

Yaşın artması, qidalanma tərkibi və sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərəcəsinin dəyişməsinə təsir edən əsas amillərdir. Normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalır, qabıq və çatlar əmələ gəlir, günəş şüalarına, küləyə, yuxarı və aşağı temperaturlara qarşı həssaslığı artır, qıcıqlanır və qırmızı ləkələrlə örtülür.
Davamı →

Dərinin qocalması

Çox təəssüf ki, dərinin qocalmasını geri döndərmək mümkün deyil. Bu prosesi ancaq və ancaq ləngitmək olar. Plastik cərrahiyyə əməliyyatları və kosmetik vasitələr qocalmanın qarşısını alan ən effektli, eyni zamanda ən bahalı vasitələrdir. Amma bunlarsız da keçinmək olar.
Ardı →

Bədən dərisinə qulluq

bədən dərisinə qulluq qadına vacibdirBədənin dərisini unutmaq cinayətdir. Ona tək bircə dəfə krem çəkməklə, son dərəcə zərif və hamar görünəcəyinə əmin ola bilərsiniz. Üstəlik, onu masaj da etsəniz, ikiqat müsbət nəticəyə nail olarsınız.
Gərgin iş günündən sonra ilıq vanna bütün yorğunluğunuzu unutdura bilər. Ancaq uzun müddət vannada qalmaq ürəyə və qan-damar sisteminə mənfi təsir edə bilər. Bu, həm də dəri üçün ziyandır. Buna görə də, vannada 15-20 dəqiqədən artıq qalmayın. Su isti olmamalıdır. İsti vanna orqanizmə mənfi təsir göstərir və yorğunluğu azaltmaq əvəzinə, daha da artırır. Dərinin quruluğunun və qabıq verməsinin qarşısını almaq istəyirsinizsə, vannadan sonra ona krem, yaxud bədən üçün nəzərdə tutulan kosmetik süd çəkin. Bu, dərinizi hamar və elastik edər.
Ardı →