Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

79 üzv, 660 topik

Kişi stilində kobud səhvlər

Son moda tendensiyalarının dalınca getmək qadınlara yaraşar.Hər yeni çıxan geyim,aksessuarlarla oynamaq kişilərin bəxtinə yazılmayıb.Neyləyək,hamısı zəmanədəndir...

Çox rəng.Maksimum 3 rənglə kifayətlənin.Şalvar boz,köynək qırmızı,ayaqqabı qəhvəyi,palto da qonur olanda çox pis olar,əzizlərim.Çalışın alabəzək tutuquşuya dönməyin.
Çoxtəbəqəlilik.Bunu həm qocalar,həm gənc oğlanlar,həm də yekə kişilər edir.Az qalırlar şkafda nə varsa,hamısını geysinlər.Futbolka,köynək,sviter,jiletka,sonra da pencək.Hamısı da bir-birinin altından çıxır.Soyuqdursa,get isti kurtka al,daha niyə özünü pis göstərirsən?
Ardı →

Xanimlarimiz üçün gözəlliyin sirri

Qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atırlar. Bura idman, əsasən də kosmetik vasitələr daxildir. Amma bir məqam unudulur. Bu da gözəl görünmək üçün lazım və mövcud olan vasitələrdən düzgün və vaxtında istifadə edilməməsidir.
Mütəxəssislərin təklif etdiyi bəzi qaydaları nəzərinizə çatdırırıq:

Səhər saat 6-nı yuxudan oyanmaq üçün ideal vaxt hesab edirlər. Çünki bu vaxt orqanizm sərin duşa yaxşı reaksiya verir. Erkən saatlarda, dəri uzun müddət təravətli qalır. Bu vaxt qaynadılmış və filtrdən keçirilmiş suya üstünlük vermək məsləhətdir. Üzünüzü yuyacağınız suya bir neçə damcı limon turşusu və ya alma sirkəsi də əlavə etsəniz, ideal olar.
Ardı →

Kosmetologiyada balqabaq

Balqabağın toxumları karbohidrat və vitaminlərlə (C, B1, B2, РР, E, karotin) zəngindir. Onlarda şəkər, nişasta, mineral duzların ki­fayət qədər yüksək tərkibli quru maddələri vardır. Toxumlar 36-52% piy yağlarını özündə əks etdirir. Balqabağın sıyığı və çəkil­miş şirəsi bütün dəri növləri üçün elə canlandırıcı vasitədir. Şirə nazik tənzifə hopdurulur, sonra sıyıq tənzifə bənzər salfetə və ya üzə çəkilir. Kompress 15-20 dəqiqə üzə qoyulur və sonra ilıq su ilə yuyulur. Bu prosedur həftədə 2-3 dəfə aparılmaqla 15-20 kompres «kursu» keçilir. Sıyıq və şirəni bir-birini əvəz etməklə işlətmək da­ha məqsədəuyğundur. Üzə təravət vermək üçün balqabağın toxumlarından emulsiya hazırlayın. Toxumların qabıqlarını tə­mizləyin, sonra həvəngdəstədə əzin və l:10-a nisbətdə qaynadılmış suya salın, kütlə alınana kimi qaynadın. Alınan məhlulu üzə yaxın və 15-20 dəqiqədən sonra isti su ilə yuyun. Cizvə və xırda çatlardan tez bir zamanda azad olmaq üçün balqabağın his­sələrinin özünü də üzə sürtmək olar.
Balqabaqdan üz üçün əla maskalar da hazırlamaq olar.
Hər növ dəri üçün Üç xörək qaşığı bişirilmiş balqabaq sıyığına yumurta sarısı və bir çay qaşığı bal əlavə edin. Həmin maskanı soyumamış üzə çekin və 15-20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun. Belə maskadan sonra üzün dərisi təravətli görünəcəkdir.
Quru dəri üçün 2 xörək qaşığı bişirilmiş balqabağı 1 xörək qaşığı zeytun və ya digər bitki yağı ilə yaxşıca qarışdırın. Hazırlanmış maskanı üzə çekin və 20 dəqiqə keçdikdən sonra ilıq su ilə yuyun.
Çil və piqment ləkələrinin təmizlənməsi üçün Balqabaq toxumlarının qabıqlarını təmizləyin, bir qədər su ilə həvəngdəstədə döyün. Alınmış məhlulu 2:l-ə nisbətində bal ilə qarışdırın. Bu maskanı hər gün 30 dəqiqə olmaqla arzuolunan nəticəni alana kimi üzə qoyun.
Hər cür dəri qidalandırıcı maska
Bişmiş balqabağı smetanla (yağlı dəri üçün], yoqurtla (normal dəri üçün), süzmə ilə (quru dəri üçün) çalın. Maskaya 2-3 damcı A vitamini əlavə edin. Üzə yaxın və 20 dəqiqə saxlayın, sonra isə isti su ilə yuyun.
Yağlı dəri üçün təmizləyici maska
Adi balqabağı çiy şəkildə zülal ilə əzib qarışdırın və üzə qoyub 10 dəqiqə saxlayın, sonra isə soyuq su ilə yuyun.
Sürtgəcdən keçirilmiş balqabağı şaftalı yağı ilə qarışdırın. Məsələn, 1 çay qaşığı sürtgəcdən keçirilmiş balqabağa 1 çay qaşığı şaftalı yağı. Əlləri yağladıqdan sonra bir saat rezin əlcəkləri geyinmək lazımdır. Belə maskadan sonra dəri heyrətamiz zərifliyə malik olacaqdır.
Davamı →

Kosmetikani necə saxlamali?

Kosmetik vasitələr qadınların vazkeçilməz əşyaları sırasında başlıca yerlərdən birini, bəlkə də birincisini tutur. Əksər hallarda kosmetika yararsız hala düşür və atılır. Bunun qarşısını çox asanlıqla almaq olar.

Kremlərinizi buz dolabında saxlayın. Əgər kremlərinizin üzərində son istifadə tarixi qeyd olunmayıbsa, ən çoxu 30 ay saxlanıla bilər. Ancaq bu müddətdə kremin yararsız hala düşməməsi və tərkibinin itməməsi üçün onu buz dolabında saxlamaq lazımdır.

Dodaq boyasını fırçayla vurun: Dodaq boyanızdan fırça vasitəsilə istifadə etsəniz həm daha yaxşı nəticə əldə etmiş olar, həm də dodaq boyanız yararsız hala düşmədən qurtarana qədər istifadə edə bilərsiniz.

Dırnaq boyanız quruyursa… Quruyan dırnaq boyası şüşələrinin içərisinə bir necə damla aseton damcıladaraq boyanı maye halına gətirib yenidən işlədə bilərsiniz. Bu zaman dırnaq boyanız həm də parlaq olacaq.

Karandaşlarınızı da buz dolabına qoyun: Zaman keçdikcə göz, yaxud dodaq karandaşı keyfiyyətini itirməyə başlayır və tez-tez qırılır. Qırılmaması üçün karandaşı istifadə etməmişdən öncə yarım saata qədər buz dolabında soyudun. Bu zaman karandaşın uc hissəsi sərtləşdiyindən daha asan çəkiləcək.


Davamı →

Yeni başlayanlara fitness

Öz fiquralarını düzəltmək istəyən xanımlar idmanla məşğul olarkən bəzən səhvlər buraxırlar. Yeni başlayan xanımlara isə bu səhvlərdən qaçmaq üçün məsləhətlərimiz:
1. Məğrur tənhalıq. Paradoksal səslənsə də, trenajor zalına rəfiqəsiz, tək gedin. Kompaniyon sizə yalnız özünüzdə idman muhitini yeni mənimsəyəndə lazım olur. Çox zaman rəfiqə söhbətlə baş qatır, tapşırıqları yerinə yetirməyə mane olur. Qadınlar hər zaman müzakirə edəcək mövzu tapırlar. Hətta mövzu o qədər maraqlı olur ki, zala nəyə görə gəldiklərini unudurlar.
2. Lazımi psixoloji həvəs. Zala girmək üçün yaxşı həvəs olmalıdır. Unutmayın ki, siz xarici görüşünüzü dəyişə və özünüzü  qiymətləndirməni yüksəldə biləcək yeni həyata başlayırsınız. Bütün xırda detalları nəzərə alın. Məsələn, siz forma alarkən eləsini seçin ki, onda özünüzü rahat hiss edəsiniz. Həmçinin zal da mühüm rol oynayır, bunu siz bir neçə məşğəleədən sonra özünüzü necə hiss edəndə biləcəksiniz.
3. Əzmkarlıq. Bəzi xanımlar bir neçə aylıq məşqdən sonra fiqurasında dəyişiklik hiss etmədiyindən məşqləri atırlar. Nəzərə çarpacaq nəticələri əldə etmək üçün xarakterin döyüşçü keyfiyyətini göstərmək lazımdır. Utancaqlığa və hər bir şeyə şəkk etmeyə qarşı bu xüsusiyyət olmalıdır.
4. Məqsədi təyin etmə. Fitnes kluba getməyi qərara almamış yaxşı olardı ki, düşünəsiz, siz nə istəyirsiniz. Qarşıya qoyduğunuz məqsəddən asılı olaraq siz aerobikanı, trenajor zalını, hovuzu və s. seçə bilərsiniz. Əgər hədəfiniz fiquranı yaxşılaşdırmaq və gücünüzü artırmaqdırsa, onda idman zalına xoş gəlmişiniz. Güc trenajorunu seçən bəzi qadınlar onlarla heç də məşğul olmur.
Ardı →

Hipertrixoz

Qadınlarda ən çox təsadüf olunan qüsurlardan biri hipertrixozdur (ifrat tüklənmə). O anadangəlmə, hormon pozğunluğu üzündən (əsasən, cinsi və mədəüstu vəzilərin disfunksiyası-zamanı) və hətta sinir sistemi fəaliyyətinin pozğunluğundan əmələ gələ bilər.
Tüklənmə ancaq bir yerdə, ya da bütün bədəndə ola bilər. Ümumən tüklənmə zamanı tüklər sifətdə, sinədə (ən çox məmələrin ətrafında) qarnın ortasında və həmçinin əllərdə və ayaqlarda çıxır. Bir yerdə olduqda isə tüklər ancaq sifətdə çıxır, lakin bəzən, əsasən cavan qadınların kürəyində, budlarında, qollarında və topuqlarında da olur.


Ardı →

Civzələr

Adi civzələr piy vəzilərinin fəaliyyətinin ən çox təsadüf olunan təzahürüdür. Civzələr əsasən cavanlarda, bəzən yaşlılarda da müşahidə olunur..s
Qara civzələr, adətən, civzə səpkisindən sonra əmələ gəlir. Onların əmələ gəlməsinə səbəb piy vəzilərinin ağzını qopan epitel hissəciklərinin tutmasıdır ki, bu da ifrazatın çıxmasını çətinləşdirir. Dəri piyinin parçalanma məhsullarının yığılması və onun içində bakteriyaların çoxalması nəticəsində dəridə və onun daha dərin qatlarında irinli sızanaqlar əmələ gəlir. Bəzən çivzə səpkiləri 20—30 yaşlarında özündən sonra heç bir əlamət qoymadan keçib-gedir. Əksər hallarda psə, ələlxüsus sızanaqlar olduqda dəridə boz-sarı ləkələr və çapıqlar qalır.


Ardı →

Çillər və ləkələr

Çillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur. Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən üzlərnni günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olan krem və kirşandan istifadə etməlidirlər. Bu kosmetik preparatların tərkibində sifəti günəş şüalarından qoruyan kimyəvi maddələr vardır. Belə kremi və kirşanı sizə həkim-dermatoloq məsləhət görə bilər. Xüsusi kirşana sizin dərinizə uyğun rəng vermək üçün ona adi kirşan qarışdırın.
Əgər çillər artıq əmələ gəlmişsə, onları xüsusi krem və məlhəmlərin köməyi ilə aradan qaldırmaq olar. Bu krem və məlhəmlər dərini qurudur və onun çıxmasına kömək edir. Lakin dərini çıxaran vasitələrdən həkim, ya da təcrübəli kosmetoloqla məsləhətləşmədən istifadə etmək olmaz, çünki belə vasitələr dərini bərk qıcıqlandırar, ya da onun iltihabına səbəb ola bilər. Dəri çıxaran vasitələrdən mədə və böyrəkləri xəstə olan qadınlar istifadə edə bilməzlər. Bundansa, onlar ağardıcı maddələrdən istifadə etsələr daha təhlükəsiz olar.


Ardı →

Dərimizə gündəlik qulluq

Kosmetikanın birinci şərti dərinin təmizliyidir. Insanın ən vacib orqanı kimi dəri orqanizmin bütün həyat fəaliyyətində iştirak edir, dərinin yaxşı saxlanılması nəinki gözəllik üçün, həmçinin sağlamlıq üçün də böyük əhəmiyyətə malikdir.


Dəri piyinin və tərin dağılan hissəcikləri ilə örtülmüş çirk dəri özünün süzmə qabiliyyətini itirir, bakteriyaların təsirinə daha tez məruz qalır. Belə şəraitdə hər bir kiçik sıyrıntı dərinin ciddi iltihabına səbəb ola bilər. Ona görə də bütün bədənin dərisinin təmizliyi onun normal fəaliyyətinin və deməli, yaxşı zahiri görkəminin ən vacib şərtidir.

Ardı →

Ətirlər haqqında 10 qayda

1-Düzgün ətiri necə tapmaq olar?
Bir ətir almağın ən yaxşı zamanı səhər saatlarıdır. O müddətdə hələ qoxu hiss etmə duyğusu oyanıq olur və gündəlik qoxular hələ havaya qarışmır. Belə ki,üç iyləmədən sonra fərqi ayırd etməkdə çətinlik çəkilir. Buna görə ekspertlər qoxu duyğunuzu təmizləmənin ən yaxşı yolunun təzə bir qəhvəylə mümkün ola biləcəyini ifadə edir. Qəhvə aroması digər bütün qoxuları yox edir və sonrakı seçiminiz üçün sizə yenidən fürsət yaradır. Sınadığınız ətiri əl biləyinizin içində deyil eyni zamanda yanınızda daşıya biləcəyiniz sınaq çubuqlarından iyləyin. Beləliklə aralarından seçki edə bilmədiyiniz fərqli qoxuları evdə yenidən test etmə imkanı tapa bilərsiniz.

Ardı →