Cətir haqqında

Çətir  insanları yağışdan və günəş şüalarından qoruyan əşyadır.
Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə «umbrella» sözü latıncada kölgə mənasını verən «umbra» kəlməsindən yaranmışdır.
E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu.
Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər. Yağlı kağızdan düzəldilən çətirin su keçirmədiyi də məlum olduqdan sonra qadınlar yağışlı havalarda da ondan istifadə etməyə başladılar.
Avropada əsasən XVIII əsrdən etibarən çətirdən geniş istifadə olunub. Fars səyahətçisi və yazıçısı Jonas Hanvay (1712-1786) İngiltərədə 30 il ərznində çətir götürmüşdür. Bununla da o çətiri məşhurlaşdırmış, kişilər arasında istifadəsini yaymışdır.


Ardı →

Musiqi notlarının tarixi

Musiqidəki riyazi sirri kəşf edərək yazıya tökmənin ilk təməli Pifagor tərəfindən atılmışdır. Biz onu məktəb sıralarından məşhur dik üçbucaq teoremi ilə xatırlayarıq, amma Pifagor indiki vaxtda çatdığımız elm səviyyəsinin atasıdır. O, öz dövrünə qədər inkişaf etmiş bütün işləri bir intizam altında yığmış həndəsə, arifmetik, astronomiya, coğrafiya, musiqi və təbiət məlumatı olaraq ayrı-ayrı elm sahələri yaratmışdır.

Pifagor elmi, elm üçün düşünür, elmin tətbiq etmək onu maraqlandırmırdı. Bu səbəblə məlumat sevən mənasındakı filosof sözcüyünü ilk olaraq o istifadə etmişdir. Pifagor bütün kainatın ədədlər və aralarındakı əlaqələrə görə qurulduğuna inanırdı.

Pifagorun musiqinin içindəki riyaziyyatı bir dəmirçi dükanının qarşısından keçərkən kəşf etdiyi rəvayət edilər. Dəmirçi ustasının dəmir döyərkən istifadə etdiyi alətlərə görə dəyişik səslər çıxarması Pifagorun marağını çəkmiş, dükanı bağlatdıraraq ustaya müxtəlif alətlər istifadə etdirmiş, çıxan səsləri araşdırmış və qeydlər götürmüş.


Ardı →

Körpənin bələnməsi və geyindirilməsi

Körpənin birinci paltarı əlbəttə ki, uşaq bezi və bələkdir. Bələyə gəlincə, yaxşı olar ki, hava isti olanda nazik parça bələklərdən, soyuq havada isə flanel bələklərdən istifadə edəsiniz.

Yenidoğulmuş uşaqlar həyatının ilk günlərində əl və ayaqlarını elə vəziyyətdə saxlayırlar ki, sanki bununla onları necə bələmək lazım olduğunu özləri göstərir. Buna görə uşaqlara qoruyucu qolcuqları olan koftalar geyindirir, bədənin aşağı hissəsinə birdəfəlik bez qoyub əsgi ilə bələyirlər. Uşağın ayaqlarını bərk dartmırlar. 2 aylığından başlayaraq uşağa çiynində bağları olan kombinezonlar geyindirə bilərsiniz.

Həkimlər ilk günlərdən başlayaraq geniş bələmə tərəfdarlarıdır. Bu zaman uşağın ayaqları yarımaçıq, rahat vəziyyətdə olur və bud-çanaq oynağı düzgün inkişaf edir.

Uşaq sakitdirsə, onun əllərini bələməmək də olar. Əgər uşaq narahat yatırsa və əllərinin öz-özünə əmələ gələn hərəkətləri ilə özü özünü oyadacaqsa, onda əllərini də bələmək lazımdır.

Körpənin paltarlarının tikişi bayır üzdən olmalıdır ki, tikişlər dərini zədələməsin. Uşaq paltarları körpə üçün rahat olmalıdır. Təbii parçadan (pambıq) geyindirib-soyundurmada asan, gen qollar və enli yaxud düymələnən boyunluq seçimin əsas şərtləri olmalıdır.
Ardı →

Uşaqlarda kəkələmə problemi

Bir çox uşaqlar və valideynlər kəkələmə problemi ilə üzləşir. Xəstəlik olmasa da, bu ciddi bir problemdir.
Kəkələmə adətən 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir.

Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında:

— uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğuş travması, asfiksiya, baş-beyin travmaları — beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması;

— ağır psixoloji travmalar — güclü qorxu (və ya bəzən güclü sevinc), valideynlərlə (adətən ana ilə) ayrılıq və s.

— uşağın psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər — valideynlərin arasında olan və tez-tez təkrarlanan münaqişələr, informasiya ilə artıq dərəcədə yüklənmə (uşaqlar eyni zamanda bir neçə inkişaf dərnəklərinə yazılır; onlara eyni zamanda bir neçə dil öyrədilir və s.), ailədə poliqlossiya — ikidillilik (məsələn, valideynlər ikidilli olduqda) və s.
Ardı →

Uşaqlarda qasıq yırtıqları

Yırtıqların arasında qasıq yırtıqları uşaqlarda daha tez-tez rast gəlinən patologiyadır. Uşaqlarda qasıq yırtıqları anadangəlmə patologiyadır. Bunun səbəbi qasıq kanalının bətndaxili inkişafının pozulmasıdır.

Oğlanlarda bu patologiyaya daha tez-tez rast gəlinir. Bu oğlanların fizioloji xüsusiyyətləri ilə bağlıdır. Adətən yırtıqlar oğlanlarda sağ tərəfdə olur.
Yırtıq uşaq doğulduqdan dərhal sonra, bəzi halarda 1 yaşına yaxın, bəzən daha böyük yaşlarda özünü büruzə verə bilər.

Yırtığın əsas simptomu uşağın qasıq nahiyəsində olan şişkinlik, asimmetriyadır. Bu şişkinlik uşaq ayaq üstə olanda daha yaxşı görünür, uzananda isə «itir». İlk dəfə bu şişkinlik uşaq çoxlu ağladıqdan, qışqırdıqdan, öskürdükdən, qəbizlik zamanı gücəndikdən sonra müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, öskürək, ağlama və ya qəbizlik yırtığın inkişafına səbəb olub. Bu yırtıqlar anadangəlmə pozulmadır.
Ardı →

Kəpək niyə əmələ gəlir?

Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, bədənin digər hissələrinin dərisində olduğu kimi, başın dərisindəki hüceyrələri də müəyyən müddət keçdikdən sonra yeniləri ilə əvəz olunur.

Bu zaman ölmüş köhnə hüceyrələr insan gözü üçün nəzərə çarpmadan başın dərisindən xaric olunur. Beləliklə, başda az miqdarda kəpək olması tam normal fizioloji prosesdir. Ancaq müxtəlif səbəblər nəticəsində baş dərisinin hüceyrələri daha qısa vaxtdan sonra lay-lay qopmağa başlayır. Bu zaman saçlar xeyli sayda xoşagəlməz yapışqan pulcuqlarla (baş dərisinin yağlı tipində) örtülür və ya başdan paltarların üzərinə xeyli miqdarda quru kəpəklər tökülməyə başlayır (baş dərisinin quru tipində).

Saçların yuyulması da problemi həll etmir – saçlar qurumağa mahal tapmamış kəpəklər yenə də əmələ gəlir. Kəpəklərin olması yalnız estetik çatışmazlıq deyil. Ölmüş dəri hüceyrələri baş dərisinin səthində toplanması nəticəsində saçlar normal “nəfəs almır”, zəifləyir, daha asanlıqla qırılır və tökülməyə başlayır.
Davamı →

Çoxdöllü hamiləlik

İnkişafın ən erkən dövrlərində mayalanmış döl yumurtası iki (üç, dörd, beş) eyni hissəyə bölünə bilər. Bunların hər biri müstəqil səkildə böyüməyə başlayır. Belə əkizlərə bir yumurta əkizləri və ya monoziqot əkizlər deyirlər.

Onlar eyni cinsli, eyni qan qruplu, xarici görkəmcə və xasiyyətcə çox oxşar olurlar. Hətta çox vaxt eyni xəstəliklə eyni vaxtda xəstələnirlər.

Əgər yumurtalıqda eyni vaxtda bir neçə yumurta hüceyrəsi yetişərək müxtəlif spermatozoid tərəfindən mayalanarsa, uşaqlıq daxilində bir neçə embrion ola bilər. Belə əkizlər müxtəlif yumurta əkizləridir. Bu əkizlər bir-birindən müxtəlif vaxtlarda doğulmuş bacı-qardaş kimi fərqlənir, çünki genetik quruluşlarına görə onlar tamamilə müxtəlif adamlardır. Onlar həmçinin müxtəlif qan qrupuna, cinsə, xarici görkəmə və xasiyyətə malikdirlər.

Bir yumurta əkizlərinin dünyaya gəlməsi təsadüfi haldır. Statistik məlumatlara görə müxtəlif ölkələrdə onun rast gəlmə ehtimalı təqribən eyni olub hər 1000 doğuşa təqribən 3–4 sayda olması nisbətindədir. Müxtəlif yumurta əkizlərinin doğulma ehtimalı isə, insanın genlərində “proqramlaşdırılır”. Məlumdur ki, insanın qohumlarında əkiz uşaqlar (söhbət ancaq müxtəlif yumurta əkizlərindən gedir!) anadan olmuşsa, həmin ailədə də çoxdöllü hamiləliyin ola bilməsi ehtimalı başqa ailələrə nisbətən bir neçə dəfə artmış olur.
Ardı →

Pozetiv düşüncə- xoş əhvalın sirri

 1. Əhvalınızın daim yüksək olmağını istəyirsinizsə, özünüzü idarə etməyi öyrənin. Xırda şeylərə görə heç kəsdən küsməyin, insanları bağışlamağı öyrənin.

2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Siz xoşagəlməz hadisəyə düşsəniz belə gülümsəyərək deyin ki: «bu da keçəcək!».…

3. Ətraf müitdən tərcid olaraq evdə oturmayn. Əmin olun, küçədə, dostlarınızın və tanışlarınızın yanında həyat daha maraqlıdır.

4. Öz həyatınıza yeniliklər qatın. Psixoloqlar mütəmadi olaraq öz vərdişlərinizi dəyişdirməyi məsləhət görürlər. Məslən, özünüzə yeni xobbi tapın və yaxud geyim tərzinizi dəyişin.


Ardı →

Filin dostuluğu

Zambiyanın Launqa çayı sahilində qoruqda belə bir hadisə (1983-cü il) olmuşdur.

Qoruğun mərkəzinə idarə binasının qarşısına bir fil gəlir və bərkdən qışqırır. Fili qovurlar. Ertəsi gün maşın gedərkən həmin fil onun yolunu kəsir, maşına göstərdiyi istiqamətə getməyini işarə edir. Sürücü maşını filin təkid etdiyi istiqamətə sürür. Bir qədər getdikdən sonra kolluqda fil sürüsünə rast gəlirlər. Fillər maşını görən kimi dağılışırlar. Bir dişi fil balaları ilə birlikdə getmir. Sən demə o güllə ilə yaralanıbmış. Yoldaşları onların köməyinə gəlib və insandan kömək istəyiblər. Bioloqlar üç gün filə xidmət edib onun yarasını sağaltmışlar. Sağalıb meşəyə buraxılmış fil öz balaları ilə birlikdə qoruyucu idarəsinin qarşısına gəlib öz minnətdarlığını bildirmişdir.


Davamı →