İsmi xəbərin rəvayəti

Türk dilində ismi xəbərin rəvayəti «imiş» köməkçi feli vasitəsilə əmələ gəlir. "İmiş" köməkçi feli qoşulduğu adlardan həm ayrı, həm də bitişik yazılır. Sözdən ayrı yazıldıqda təkvariantlıdır, yəni bir cür (imiş) yazılır; bitişik yazıldığı zaman ahəngə uyğun olaraq dörd cür (-mış, -miş, -muş, müş) yazılır. Söz kökü saitlə bitərsə «imiş» köməkçi felinin əvvəlindəki «i» saiti «y» samitinə çevrilir.
İsmi xəbərin hekayəsi ilə rəvayəti arasında məna və üslub fərqi var. Doğrudur, hər iki forma ismi xəbərlə ifadə olunan fikrin keçmiş zamana aid olduğunu bildirir.
Davamı →

Maraqlı və Qəribə məlumatlar

1. 18 fevral 1979-cu ildə Saxara səhrasına ilk və son dəfə qar yağmışdı.
2. İnsan DNK-sında 80 min gen var.
3.Təyyarələrin qara qutusu narıncı rəngdə olur.18 fevral 1979-cu ildə Saxara səhrasına ilk və son dəfə qar yağmışdı.
18 fevral 1979-cu ildə Saxara səhrasına ilk və son dəfə qar yağmışdı.
4.Bir insandaki toplam damar uzunluğunun 150 min km.və dünya ilə gunəş arasındaki məsafənin də 150 milyon km. olduğunu...
5.Las-Veqasın kazinolarında bir dənə də olsun saat yoxdur.
6.Xeops ehramının plitələri arasından ülgüc də keçirtmək mümkün deyil. 
7.Delfinlər bir gözlərini açıq qoyaraq yatır. Həmçinin yatarkən dairələr çəkərlər.Dairənin xaricinə baxan gözləri ovçuları müşahidə etmək üçün açıq qalır. Müəyyən bir müddət sonra yan dönüb əks yönə dairələr çəkməyə davam edər və digər gözlərini açarlar.
8. Bütün tarix boyu Nil çayı iki dəfə — IX və XI əsrlərdə donub.
9.İl ərzində bir dəfə də olsun insan doğulmayan yeganə ölkə Vatikandır.
10.Uşaqlar dünyaya diz qapağı olmadan gəlirlər.
11. Albert Eynştein doqquz yaşına qədər düz-əməlli danışa bilmirmiş.
12. Eyfel qülləsinin təpəsinə çıxana qədər 1792 pilləkən qət etməlisən.
13. Dovşanlar gözləri açıq yatırlar.
14. Bayquş mavi rəngi görə bilən tək quşdur.
15. Prezident Con F.Kennedi 20 dəqiqədə dörd qəzet oxuya bilirmiş.
16. Gözlərimiz heç bir zaman böyüməz. Amma burnumuz və qulaqlarımızın böyüməsi əsla sona çatmaz.
17. Qağayılar duzlu suyu filtr edən xüsusi bir bezə sahib olduqları üçün duzlu su içə bilərlər.
18. Göyərçinlərin sümüklərinin ağırlığı, tüklərindən daha yüngüldür.
19. Zürafələrin səs telləri yoxdur, quyruqları ilə ünsiyyət qurarlar. 
20. Çinin Huanglo kəndində qadınların saçlarının uzunluğu adi halda 1,8 metrə çatır. Ən uzun saçlı qadnın saçının uzunluğu isə 2,7 metrdir.
21. Oarfish adındakı qeyri-adi balıq zəlzələni hiss edərək zəlzələdən əvvəl özünü sahilə atır.
22. Əsəbdən, sevincdən, üzüntüdən və s. səbəbdən ağlarkən axan göz yaşlarımızın səbədən asılı olaraq kimyəvi tərkibi dəyişir. 
23. Ağ evin iti olan Millie 1991-də George Bushun qazandığı maaşdan dörd dəfə çox pul qazanmışdı. 
24. İnsanlar — məməlilər sinfinin yegənə üzvləridi ki, eyni anda nəfəs ala və udquna bilmirlər.
25. Çilidə San Alfonso Del Mar otelinin hovuzu böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb. Onun ölçüləri görənləri heyrətə gətirir. Belə ki, 8 hektardan çox ərazini əhatə edən 1 km uzunluğunda hovuzun dərinliyi 35 metrdir. 
Davamı →

Teodor Ruzvelt

6 sentyabr 1901-ci il tarixində Buffaloda panamerikan sərgisində ABŞ prezidenti Vilyam Makkinlinin (William McKinley) həyatına sui-qəsd edilmişdi. Tapança gülləsi ilə qarın nahiyəsindən yaralanan Makkinli bir neçə gündən sonra vəfat edir. ABŞ Konstitusiyasına əsasən gələn seçkilərə qədər dövlət başçısı vəzifəsini vitse-prezident həyata keçirməli idi.
Bu postu, yaxınlarda, dünyaya səs salmış ispan-amerikan müharibəsində fərqlənən polkovnik Teodor Ruzvelt (Theodore Roosevelt) tutmağa nail oldu. Ömrünün 20 ilini siyasətə, tarixə, publisistikaya, ova və hərbə (iki ay Kubadakı hərbi fəaliyyət və 10 ildən az olmayaraq hərbi təbliğat) həsr edən 43 yaşlı Ruzvelt artıq kifayət qədər siyasi təcrübə və nailiyyət əldə etmiş, hədsiz dərəcədə şöhrətpərəstlik və ondan da çox məğrurluq keyfiyyətlərinə malik idi. O, siyasətdə bilərəkdən öz seçdiyi peşə ilə – tərbiyə və baxışları ilə mənsub olduğu hakim burjuaziya sinfinin nümayəndəsi kimi çıxış etdi.
Ardı →

Rusiya orta əsrlərdə

Kiyev dövlətinin parçalanması. XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Onun tərkibinə qatılmış tayfalar öz xüsusiyyətlərini qoruyub saxlamışdılar. Natural təsərrüfatın hökm sürdüyü ayrı-aryı bölgələr arasında iqtisadi əlaqələr olduqca zəif idi. Bununla yanaşı dövlətin əhəmiyyətli dərəcədə müdafiə sistemi yaradılmışdı. Belə bir şəraitdə XI-XIII əsrlərdə Kiyev dövləti üçün yeni xüsusiyyətlər meydana çıxdı. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, Suzdal və Rostov torpaqlarında feodal aristokratiyası inkişaf edir və güclənirdi. Bütün torpaqlar feodalların əlinə keçmişdi. Kəndlilərin əlindən bütün torpaqlar çıxdığına görə torpaqsızlaşaraq, feodallardan asılı vəziyyətə düşmüşdülər. Müxtəlif bölgələrdə çox böyük torpağa sahib olan knyazlar meydana gəlirdi. XI əsrdə Kiyev dövlətində də təsərrüfat natural xarakter daşıdığından ayrı-ayrı bölgələr arasında əlaqələr çox zəif idi.


Ardı →

Dəri infeksiyaları

Tetanus ağır kəskin infeksion xəstəlikdir.
İnfeksiyanın giriş qapılarını nəzərə almaqla aşağıdakı tetanus növləri ayırd olunur: 1) travmatik tetanus; 2) iltihabi proseslərin nəticəsi olan tetanus.
Tetanus zamanı inkubasion dövr 5 gündən 14 günə qədər davam edir. Bir sıra hallarda 1 — 4 günədək qısalır və ya 30 günə qədər uzanır. Xəstəlikdən əvvəl başağrısı, yüksək dərəcədə əsəbilik, çox tərləmə, yara ətrafında gərginlik, yüngül ağrı və əzələ dartılmaları şəklində prodromal hallar ola bilər.
Xəstəlik çox vaxt kəskin başlanır.


Ardı →

Qrip xəstəliyi

Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsilə xarakterizə olunan kəskin viruslu infeksiyadır.
Klinik mənzərə. Qripin gedişinə görə tipik və atipik, klinik təzahürlərinin ağırlığına görə isə yüngül, orta və ağır formaları olur.
Qrip zamanı inkubasion dövr, adətən, 1-2 gündür. Lakin bir neçə saata qədər qısala və 3 günə qədər uzana bilər.
Tipik hallarda qrip kəskin başlanır. Xəstə titrətməyə, yaxud üşütməyə başlayır, başı ağrıyır. Bir neçə saatdan sonra bədən temperaturu artıq maksimal rəqəmə (38,5-40°C) çatır.


Ardı →

Bağırsaq xərçəngi

Bağırsaq xərçəngindən əziyyət çəkən insanların 90%-dən çoxunun yaşı 40-dan yuxarıdır. Bu yaşdan başlayaraq bağırsaq xərçəngi ilə xəstələnmə ehtimalı ildə 2 dəfə artır. Almaniyada hər il təqribən 57.000 nəfərdə bağırsaq xərçəngi aşkarlanır, 30.000 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bağırsaq xərçəngi, əksər hallarda, uzun illər selikli qişada inkişaf edən poliplərdən yaranır. Buna görə də poliplərin vaxtında çıxarılması bağırsaq xərçənginin inkişafının qarşısını ala bilər.

Bağırsaq xərçəngini necə aşkar etmək olar?

Hələ də əksər hallarda bağırsaq xərçəngi çox gec aşkarlanır. Bu vaxt o artıq proqressivləşmiş olur və bərpaedici əməliyyat mümkün olmur. Buna görə də xərçəngin erkən aşkarlanmasının böyük əhəmiyyəti var.


Ardı →

Versal-Vaşinqton sistemi

Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətləri qaydaya salmaq üçün 1919-cu il yanvarın 18-də Parisdə sülh konfransı toplandı. Konfrans öz işini iyunun 28-ə kimi davam etdirdi. Konfransda 27 ölkənin nümayəndə heyəti iştirak etsə də, aparıcı rolu “Böyük üçlük” – ABŞ, Böyük Britaniya və Fransa oynayırdı. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət olunmamışdılar. Konfransın məqsədi Almaniya və digər məğlub ölkələrlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilələrin əsasını, hələ 1918-ci il yanvarın 8-də ABŞ prezidenti V.Vilsonun konqresə göndərdiyi “14 maddə”si təşkil edirdi.

1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Müqavilədə Almaniya müharibəni törətməkdə təqsirkar olduğunu və onun nəticələri üçün müttəfiqləri ilə bərabər məsuliyyət daşıdığını etiraf etdi. Almaniyanın qərb əraziləri 15 il müddətinə müttəfiq qoşunlarının işğal zonası elan olundu. Ona daimi böyük ordu saxlamaq qadağan edildi. Baş qərargah buraxıldı. Ərazisindəki alman mülklərinin Yaponiyaya verilməsindən narazı qalan Çin müqaviləni imzalamadı. Millətlər cəmiyyətinə daxil olmaq istəməyən ABŞ senatı da müqaviləni ratifikasiya (paraflama) etmədi. Versal sülh müqaviləsi müttəfiqlərlə Avstriya arasında Sen-Jermen (1919 sentyabr) Bolqarıstanla Neyi (1919 noyabr), Macarıstanla Trianon (1920 iyun), Osmanlı imperiyası ilə Sevr (1920 avqust) müqavilələrinin imzalanması ilə tamamlandı. Sülh müqavilələri ümumilikdə Versal sistemini təşkil edirdi. Versal sistemdə ən ağır və alçaldıcı müqavilələrdən biri Osmanlı imperiyası ilə bağlanmış Sevr sülh müqaviləsi idi. Bu müqaviləyə görə Osmanlı imperiyası ərazisinin 4/5 hissısini itirirdi. Lakin M.K.Atatürkün başçılığı ilə başlanmış istiqlal müharibəsinin qələbəsi müqavilənin şərtlərinin tamamilə həyata keçirilməsinə imkan vermədi. Lozanna konfransında (1923) Türkiyə ilə münasibətlər tənzimləndi və bu ölkənin yeni sərhədləri beynəlxalq birlik tərəfindən tanındı. Paris konfransının ən mühüm nəticələrindən biri də Millətlər Cəmiyyəti təşkilatının yaradılması oldu. Təşkilatın başlıca vəzifəsi xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək, sülh və təhlükəsizliyi qorumaq idi.

Qalib ölkələr məğlub dövlətlərin əlindən alınmış müstəmləkə torpaqlarını Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında öz aralarında yenidən bölüşdürdülər. mandatların İngiltərəyə və onun dominoonlarına, Fransaya, Yaponiyaya və Belçikaya verilməsi müəyyən olundu. Üç mandat kateqoriyası (A, B, S) təsis edilmişdi: birinci kateqoriya keçmiş Osmanlı imperiyasının ərəb ərazilərinə tətbiq olunurdu. Ərəb ölkələri xalqlarının tezliklə müstəqillik əldə etməyə imkan verən inkişaf səviyyəsində olduqları qənaətinə gəlinmişdi. Bu məsələnin həlli mandat sahiblərinə həvalə edilirdi. İkinci kateqoriyaya Almaniyanın Mərkəzi Afrikadakı müstəmləkələri (Şərqi Almaniya Afrikası, Toqo və Kamerun) daxil idi. Onlara tezliklə müstəqillik verilməsi nəzərdə tutulmurdu. Üçüncü kateqoriyaya Almaniyanın Sakit okeanda, Cənub-Qərbi və Cənub-Şərqi Afrikadakı torpaqları daxil idi. Həmin ərazilər faktiki olaraq mandatı olan dövlətlərin – Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika İttifaqının nəzarətinə keçirdi. Paris sülh konfransında ən mübahisəli məsələlərdən biri Almaniyadan təzminat alınması idi. Qalib dövlətlər arasında ciddi fikir ayrılıqları hökm sürürdü. Ona görə də bu məsələ barədə ümumi razılığa gələ bilmədilər. 1920-ci ildə həmin məsələ ilə əlaqədar Belçikada çağırılmış xüsusi konfransda təzminantın ümumi məbləği 132 milyard qızıl marka həcmində müəyyənləşdirilirdi. Ödəniləcək təzminatın yarıdan çoxunun Fransaya verilməsi qərara alındı. Böyük Britaniya, İtaliya, Belçika, Yaponiya, Portuqaliya, Yunanıstan və Yuqoslaviyaya təzminat verilirdi. Təzminat almaqda ABŞ-ın da hüququ saxlanıldı. Versal sistemini tamamlamaq məqsədilə 1921-ci ilin sonu – 1922-ci ilin əvvəlində Vaşinqtonda beynəlxalq konfrans çağırıldı. Konfransda yeni dünya siyasətinin müəyyən olunmasından kənarda qalmaq istəməyən ABŞ daha çox fəallıq nümayiş etdiridi. Konfransda bağlanmış əvvəlki müqavilələrə yenidən baxmaq və dəqiqləşdirməklə əlaqədar bir sıra qərarlar qəbul olundu. Birləşmiş Ştatlar dörd dövlətin – ABŞ, Böyük Britaniyaya, Fransa və İtaliyanın Sakit okean adalarındakı mülklərini birgə qorumaq barədə müqavilənin bağlanmasına nail oldu. Çin üzrə doqquz dövlət müqaviləsi imzalandı. Müqaqviləyə əsasən Çinə ABŞ-ın “açıq qapı” prinsipi tətbiq olundu. Konfransda Yaponiya tərəfindən Şandun yarımadasının Çinə qaytarılması məsələsi də nəzərdən keçirildi. Paris və Vaşinqton konfranslarının qərarları Versal-Vaşinqton sisteminin əsaslarını təşkil etdi. 20-ci illərdə qalib dövlətlər Versal-Vaşinqton sistemini möhkəmləndirmək, ona düzəlişlər etmək üçün cəhdlər göstərdilər. 1924-cü ilin aprelində ABŞ bankiri Çarlz Dauesin hazırladığı plan əsasında Almaniyadan alınan təzminatın ümumi həcmini azaltmaq şərtilə illik ödənişin həcmi xeyli aşağı salınırdı. Həmin il keçirilən London konfransında Fransanın təzminat məsələsini təklikdə həll etmək təklifi rədd edildi. 1925-ci ilin oktyabrında keçirilən Lokarno (İsveçrə) konfransı beynəlxalq vəziyyətə müəyyən təsir göstərdi. Konfransda yekun aktı olaraq Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi imzalandı. Buna Reyn təminat Paktı da deyilir.

Bununla, Böyük Britaniya və Fransa dolayı yolla Versal sülh müqaviləsinin ədalətsizliyini etiraf etmiş olurdular. 1926-cı ilin sentyabrında Almaniya Millətlər Cəmiyyətinə üzv qəbul edildi. Beynəlxalq siyasi şəraitin yumşaldılmasında ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya və b. ölkələrin nümayəndələri tərəfindən 1928-ci ilin avqustunda Parisdə imzalanmış Brian-Kelloq paktının müəyyən rolu oldu. Pakta imza atan tərəflər müharibələrdən imtina etməyi, bütün münaqişələri və mübahisəli məsələləri dinc yolla həll etməyi öhdələrinə götürmüşdülər. 1929-cu ilin fevralında SSRİ də bu pakta qoşuldu. 20-ci illərdə ABŞ beynəlxalq münasibətlərdə təcridçilik, yəni Avropa və dünya işlərindən kənarda durmaq siyasəti yeridirdi. Məhz bu xətt dünya siyasətində Böyük Britaniya və Fransanı aparıcı yerə çıxarmışdı. Versal-Vaşinqton sistemindən kənarda qalmış Sovet Rusiyası ilə münasibətləri də qaydaya salmaq cəhdləri göstərilirdi. Rusiya və Almaniyanın da iştirak etdiyi 1922-ci ilin aprel-may aylarında keçirilmiş Genuya konfransında iqtisadi münasibətləri bərpa etmək cəhdi göstərildi. Lakin bu, bir nəticə vermədi. Konfransın gedişində Rusiya Rapalloda Almaniya ilə saziş imzaladı. Bu, Rusiyanın iqtisadi blokadadan çıxması yolunda ilk mühüm addım idi. 1924-cü ildən başlayaraq, ABŞ istisna olmaqla, bir sıra Qərb ölkələri SSRİ-ni tanımağa başlasalar da, o, yenə Millətlər Cəmiyyətindən kənarda qalmışdı.


Davamı →