Xiyarların üsyanı

Şnobel mükafatlarından (Nobel mükafatının əksi olaraq onu ən qəribə, absurd, gülünc elmi, ya da ictimai nailiyyətə görə verirlər) birini bitkilərin şərəf və ləyaqətini tanımağı təklif etmiş hüquq firmasına vermişdilər. Onların fikricə bitkilər də öz taleyinə görə narahat ola və mübarizə apara bilərlər. Mükafat İsveçrənin etika üzrə komitetinə qismət oldu. Deyəsən, onlar çox uzaqgörən adamdı, çünki, bitkilər insanların düşündüyü qədər də zərərsiz deyil.
Oralarda artıq mübarizə aparmağa konflikt yoxdu ki, bitkilərin də müdafiəsinə qalxıblar. Mənim  qaynanam çoxsaylı nəvələri arasında dava-dalaş, söz güləşdirmələri konfliklərini özünəməxsus qaydada həll edir. Nəvələrini bir-birinin çəngindən qopardıb qoyur qabağına və başa salır: «Bir-birinizə təhqiredici söz deməyin, axı qohumsuz, istər-istəməz görüşəcəksiz.
Ardı →

27. Inflyasiya: səbəblər və məsrəflər

Bu gün siz bir stəkan dondurmanı ABŞ-da bir-iki dollara ala bilərsiniz, ancaq 60 il bundan öncə belə qiymətlər qəribə görünərdi. Kitab müəllifinin nənəsinin 1930-cu illərdə Nyu-Cersi ştatının Trenton şəhərində ara-sıra getdiyi şirniyyat mağazasında balaca stəkanı 3, böyük stəkanı isə  10 sentə olan iki növ dondurma satılırdı.
Amerika iqtisadiyyatında əksər malların qiyməti daim artmaqda olduğundan, ola bilsin ki, dondurma ilə olan misal sizi təəccübləndirməsin. Qiymətlərin ümumi səviyyəsinin artması inflyasiya adlanır. Iqtisadçılar inflyasiyanın templərini istehlak qiymətləri indeksinin (IQI), ÜDM-in deflyatoru və yaxud digər hər hansı qiymət indeksinin dəyişikliyindən isti­fadə edərək ABŞ-da  son 60 ildə qiymətlərin illik artımının 5% təşkil etdi­yi­ni, yəni müzakirə edilən dövrdə tutuşdurulan əmtəələrin qiymətlərinin təxminən 18 dəfə artdığını göstərən qiymət indeksi kimi ölçürlər.


Ardı →

Məsdər

Məsdər felin təsriflənməyən formasıdır.
Türk dilində ən çox işlənən məsdər şəkilçiləri bunlardır:
-mak, -mek, -ma, -me;
bakmak, almak, gelmek, gülmek, okuma, bitme, gitme.
Göstərilən məsdər şəkilçilərinin hamısı, əsasən, sinonim şəkilçiləridir, yəni felin qeyri-müəyyən formasını yaradır və hərəkət prosesinin adını ifadə edirlər. Lakin həmin şəkilçilərin funksiya müxtəlifliyinə, bəzi spesifik cəhətlərinə diqqət etmək lazımdır.


Ardı →

Ədviyyatlar

Ədviyyatlar deyəndə bitkilərdən hasil edilmiş, müxtəlif yeməklərə — xörəklərə, şorabalara, şərbətlərə əlavə edilən özünəməxsus yeyinti maddələri nəzərdə tutulur. Ədviyyatlar hazırlanan bitkilər dünyanın əksər ölkələrində, ağaclar isə tropik ölkələrdə bitir. Ədviyyatlar emal yolu ilə bitkilərin yarpağından,  toxumundan,  meyvəsindən, qabığından, kökündən alınır. Çox hallarda tər bitki özü elə ədviyyat rolunu oynayır.
Ədviyyatlar tünd, şirin, turş, kəskin, acı və sairə xüsusiyyətlərə malikdir. Ümumiyyətlə, 100-dən çox ədviyyat mövcuddur. Keçmiş Sovetlər məkanında, o cümlədən Azərbaycanda ən çox tanınmış ədviyyatlar zəfəran, istiot, darçın, sarıkök, zəncəfil, hil, vanil, cövüz, mixəkdir.
Ədviyyatlardan istifadə olunmasının tarixi beş min ildən çoxdur. Çin, Hindistan, Şri-Lanka, İndoneziya kimi ölkələr ədviyyatın beşiyi sayılır.


Ardı →

Şafak`ın "İskəndər"i

Bu yaxınlarda məşhur türk qadın yazarı Elif Şafakın romanlarından biri olan “İskəndər”i oxuyub bitirdim.Bu yeni roman oxucuya Fərat çayı yaxınlarında yerləşən Mala Çar Bayan adlı kürd kəndində yaşayan, sonradan Londona köçən kürd-türk əsilli bir ailənin faciəsi şəklində təqdim olunur.Əsər bu kənddə yaşayan onbir nəfərdən ibarət ailənin sonuncu iki nümayəndəsindən biri olan Pəmbə Kaderin (digəri Cəmilə Yeter) kədərli həyat hekayəsinin qızı Əsma tərəfindən onun həqiqi ölümündən sonra yazdığı əlyazmalardan ibarətdir.Təsadüfən Pəmbənin həqiqi ölümü ifadəsini işlətmədim,belə ki, bir dəfə Pəmbənin oğlu İskəndər tərəfindən öldürüldüyü zənn edilmiş və İskəndərə buna görə 13 il həbs cəzası da verlmişdi.Amma əslində İskəndər səhvən anasının yerinə onun Londona qonaq gələn əkiz bacısı Cəmiləni öldürmüş,Pəmbəyə çox yaxın bəzi insanlardan başqa heç kim bunun fərqinə varmamışdır.
Davamı →

Məntiq dərsi


Tələbələr növbəti tədris ilində yeni dərsin “Məntiq” olacağını öyrəndilər. Bu dərsi yaşlı bir professor aparmalı idi. Nəhayət, ilk dərs başladı və tələbələrdən biri söz istəyərək:
— Professor, məntiq bizə nə öyrədir? – deyə soruşdu.
Professor tələbələrin ona maraqla baxdığını gördü və:
— Məntiqin insanların şüuruna göstərdiyi təsiri izah etmək çətindir. Ona görə də, bunu sizə bir misalla izah etmək istəyirəm, – deyərək sözə başladı:
— Fərz edin ki, mədəndən iki adam çıxır. Birinin üst-başı tər-təmiz, o birininki isə kir içindədir. Sizin fikrinizcə, bunlardan hansı yuyunmalıdır?
Tələbələr heç tərəddüd etmədən:
— Əlbəttə ki, üstü kirli olan, – deyə cavab verdilər.
Professor gülümsəyərək:
— Məntiq isə bu suala cavab verməzdən əvvəl bunu soruşur: “Necə olur ki, eyni mədəndən çıxan iki nəfərdən birinin üst-başı tər-təmiz, o birininki isə kirlidir?..”
Davamı →

Duanın ağırlığı

Kasıb geyinmiş bir qadın qayğılı bir şəkildə ərzaq dükanına girdi. Utana-utana dükan sahibinə yaxınlaşaraq, həyat yoldaşının xəstə olduğunu, yeddi uşağı ilə ac qaldıqlarını dedi. Dükan sahibi isə ona sərt bir nəzərlə baxaraq, dükandan çıxmağı tələb etdi. Qadın çıxış yolu olmadığı üçün yalvarmaqda davam edir: Mənə inanın. Pulumuz olan kimi sizin borcunuzu ödəyəcəyəm, — deyirdi. Bu vaxt dükana girən başqa bir müştəri onların bu söhbətini eşitdi.
Üzünü dükan sahibinə tutub: Ona istədiklərini verin, borcunu da mənim adıma yazın, — dedi.
Dükan sahibi həvəssiz bir şəkildə, bir az da istehza ilə qadından: Sizdə alacağınız ərzaqların siyahısı varmı? — deyə soruşdu.
Luiz başını aşağı əyərək: Var, — deyə cavab verdi.
Dükan sahibi: Elə isə, o siyahını tərəzinin bu gözünə qoyun. Nə qədər gəlsə, sizə o qədər ərzaq verəcəyəm, — dedi… Luiz birdən duruxdu, sonra çantasından içərisində nə isə yazılmış bir kağız çıxararaq, tərəzinin gözünə qoydu. Dükan sahibi tərəzinin o biri gözünə ərzaqları qoymağa başladı. Ancaq tərəzi dolub — daşsa da, tərəzinin bu biri gözü əyilmək bilmirdi.
Dükan sahibi: İnana bilmirəm. Bu necə ola bilər? — deyə heyrətdən donub qaldı. Nəhayət, çarəsiz qalıb tərəzidəkiləri qadına verdi. Dükan sahibi maraqla kağızı götürüb oxudu. Kağızda bu dua yazılmışdı: Allahım, mənim nəyə ehtiyacım olduğunu Sən bilirsən. Hər şeyin Sahibi Sənsən.
Sonra tərəzinin kağız qoyulan tərəfinin qırıldığını və duanın nə qədər ağır olduğunu Anlayır.Dua bizim üçün verilmiş bir hədiyədir
Davamı →

Yaxşı psixoloqsunuzmu?


1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
Bəli-3 xeyr-2
2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?
Bəli-4 xeyr-1
3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli-4 xeyr-2
4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?
Bəli-2 xeyr-1
5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?
Bəli-3 xeyr-2
Ardı →

Psixoloji test - necə sevirsiniz?


Hər kəs sevgidə özünün mükəmməl bir sevgili olğunu fikirləşə bilər. Ama bu fikirlərin əksi qarşı tərəfdə olsa necə? Belə hallara əvvəlcədən hazır olub özünü düzəldə bilmək daha yaxşı olardı, elə deyilmi? Aşağıdakı suallar səmimi cavab verməklə sevgidə necə biri olduğunuzu öyrənin..Ama diqqət edin, sualın cavabına uyğun verilmiş xarakteristikanı əvvəldən oxumayın…
Ardı →