Sənə yar,səndən yar,şikayətim var

Mən sevim, sən sevmə, qoy belə olsun.
Sənə sev deməyə nə cürətim var?
Ürək özünündür özün bilərsən!
Mənimsə əhdimdə, sədaqətim var.

Mən tək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevda,
Ölsəm də açmaram sirrimi yada,
Səndən yar, sənə yar şikayətim var."
Ardı →

Estetik mədəniyyətin inkişafında bədii irsin rolu

Estetik mədəniyyətin insanın maddi və mənəvi fəaliyyəti ilə əlaqədə təhlili həm müasir fəlsəfədə, həm də kulturoloji ədəbiyyatda genişəksini tapmışdır. Doğrudur, bir sıra tədqiqatçılar bu əlaqənin konkret izahında müxtəlif mülahizələrlə çıxış edirlər. Həmin mülahizələrdən ən populyar olanı estetik mədəniyyəti insani fəaliyyətinin xüsusilə onun ədəbi-bədii fəaliyyətinin nəticəsi hesab edən mülahizələrdir. Doğrudan da çox vaxt ümumiyyətlə, mədəniyyətə tərif verərkən ona daxil olan fəaliyyət növlərini (maddi, mənəvi, elmi, ictimai-siyasi, bədii, ekoloji və s.) sadəcə olaraq sadalamaqla kifayətlənirdilər. Ancaq son dövrlərin fəlsəfi kulturoloji ədəbiyyatında belə bir konsepsiya da geniş yayılmışdır ki, mədəniyyətə təkcə insan fəaliyyətinin nəticələri deyil, həm də həmin fəaliyyətin özü daxildir.
Cəmiyyətin insanların fəaliyyəti sayəsində yaradılmış predmetlər aləmi (maddi və mənəvi sərvət) mədəniyyətin varlığının ancaq zahiri formasını təşkil edir.


Ardı →

İngiltərə XIX əsr - XX əsrin əvəllərində

xıx əsrin birinci yarısında İngiltərədə kapitalizmin inkişafı Avropanın başqa ölkələrinə nisbətən sürətlə gedirdi. xıx əsrin ortalarında fabriklər üçün lazım olan mexanizmlər, dəzgah və maşınların özləri də maşınlar vasitəsilə istehsal olunmğa başlayırdı. Bu, artıq sənaye çevrilişinin başa çatması demək idi. Maşınlar əl əməyini, eləcə də iri müəssisələr xırda müəssisələri sıxışdırıb aradan çıxarırdı. Istehsal təmərküzləşirdi. Ingiltərə burjiasiyasının dünya bazarlarında rəqibi yox idi. O dövrdə maşınları yalnız İngiltərə ixrac edirdi. Ingiltərə “dünyanın emalatxanası” rolunu oynayırdı. Nəqliyyatın yeni növü olan parovozlu dəmir yolların çəkilişinə təlabat artmışdı. 1825-ci ildə İngiltərədə dünyada ilk dəmir yolu çəkilmişdi. Dəmir yolların çəkilişi metallurgiyanın inkişafına təkan verdi. Ilk paroxodlar ABŞ-da meydana gəlsə də, bunlardan əsasən, ingilis gəmi sahibləri istifadə edirdilər.


Ardı →

Dünya ilə döyüşən Franz Kafka

«Kitab içimizdə donmuş dənizi sındıran bir balta olmalıdır». 




 

Franz Kafka alman dilli, yəhudi əsilli yazıçı olmuşdur. Əsas əsərləri roman, roman fraqmentləri (Məhkəmə prosesi, Qəsr və İtkin düşmüşlər),
hekayələr və həmçinin Felise Bauer və Milena Yesenska ilə apardığı məktub yazışmalarından ibarətdir.
Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.

Kafka 1883-cü ildə Praqanın keçmiş qetto məhəlləsi olan Yozef rayonunda yəhudi ailəsində anadan olmuşdur. Onun atası Herman Kafka (1852-1931) cənubi Çexiyada çex dilli yəhudi icmasından çıxmışdır. Herman Kafka hələ uşaqlıqdan atasının mallarını yaxınlıqda yerləşən kəndlərə aparırdı. Sonralar o, atasının firmasının nümayəndəsi və daha sonra qalanteriya məhsulları üzrə ticarətlə məşğul olan iş adamı olur.
Yazıçının anası Yuliya Kafka (1856-1934) Podiebarddan olan varlı pivə istehsalçısının qızı idi. O, alman dilində danışmağa üstünlük verirdi. Yulia Kafka ərinə nisbətən daha yüksək savada malik idi.

Kafkanın bacıları: Elli, Valli, Ottla
Frans Kafkanın uşaq ikən vəfat etmiş qardaşları Georq və Haynrihdən başqa üç bacısı da var idi: Qabriele (Elli) (1889–1942), Valerie (Valli) (1890–1942) və Ottilie (Ottla) Kafka (1892–1943). Onların hər üçü ikinci dünya müharibəsində alman faşistləri tərəfindən həbs düşərgəsində ölüdürülürlər. Valideynlər bütün günü işdə olduqlarından qızlar xadimələr tərəfindən tərbiyə edilmişdilər. Kafka o dövrdə Praqada yaşayan ana dili alman olan 10 faiz əhali təbəqəsinə aid idi. Onun valideynlərinin hər ikisi çex dilində gözəl danışırdılar.

1889-cu ildən 1893-cü ilə qədər Kafka Praqada Flayşmarktdakı «Alman uşaq məktəbi»nə getmişdir. Sonra o atasının arzusu ilə Praqanın köhnə hissəsindəki humanitar gimnaziyaya gedir. Burada da təhsil almanca aparılırdı.
Hələ gənc yaşlarından Kafka ədəbiyyat ilə məğşul olur. Onun ilk zamanlarda yazdığı əsərləri və gündəlikləri itmişdir. Güman olunur ki, o özü onları məhv etmişdir.
Kafkanın ilk dostları arasında məktəb yoldaşı Rudolf İllovi var idi. Sonralar Kafka Huqo Berqman, Evald Feliks Pribram, Paul Kiş ilə dostluq edir.
Gimnaziyanı «qənaətbəxş» qiymətlərlə bitirən Kafkanın bu nailiyyəti onun valideynləri tərəfindən qiymətləndirilir və onu 1901-ci ildə səyahətə göndərirlər. Kafka atasının arzusuna uyğun olaraq 1901-1906-cı illərdə Karl-Ferdinads-Universitetində (Praqa) təhsil alır. O, burada öncə kimya, qısa müddətdən sonra isə istiqaməti dəyişərək hüquq oxumağa başlayır. Arada Kafka öz arzusu ilə 1 semestr Qermanistik və incəsənət tarixi oxumağa cəhd edir. Ancaq sonda o öz təhsilini hüquq üzrə başa vurur. Təhsil proqramına uyğun olaraq Kafka Alfred Veberin rəhbərliyi altında elmi dərəcə alır. Bundan sonra o 1 il pulsuz olaraq məhkəmə yanında hüquq praktikası keçir.

«Assicurazioni Generali» şəxsi sığorta şirkətində qısa müddət işlədikdən sonra Kafka (Oktyabr 1907- iyul 1908) 1908-1912-ci illərdə Böhmen şahlığı üçün "İşçi-Qəza-sığortası şirkəti«ndə (Praqa) çalışır. Öz işini o sadəcə olaraq „Çörək peşəsi“ adlandırırdı.
Yarım hökümət idarəsində məmur kimi çalışan Kafka sənaye istehsalı və müəssisələrdə tətbiq olunan texnologiyalar haqqında yüksək biliyə malik olmalı idi. Əvvəlcə o qəza şöbəsində çalışır, sonralar isə sığorta şöbəsinə keçir. Burada o iş zamanı baş vermiş qəzalar, təhlükəli iş şəraiti haqqında bir başa məlumatlara yiyələnir. O bu sahədə bir çox təkliflərin müəllifi kimi tanınır. Əldə etdiyi təcrübə onu işçilərlə həmrəy olmağa vadar etmişdir. Nümayişlər zamanı o çox vaxt döşündə qırmızı qərənfil gəzdirərdi.
1910-cu ildə Praqada „Maşınqayırma texnologiyası“ üzrə mühazirələrə qulaq asdıqdan sonra Kafka zavod şöbəsində „Konseptçi“ kimi çalışır.
Kafkanın ətrafındakı sosial mühit o qədər pis olmasa da, hər halda onu daxilən narahat edirdi. 24 yaşlı Kafka məktublarının birində yazır: „İşimə görə o qədər narazıçılıq etmirəm, nə qədər ki, tənbəl vaxta görə“. Büroda oturmaq, tez-tez saata baxıb vaxtın keçməsini gözləmək, sonuncu iş dəqiqəsinin „həvəs üçün sıçrayış“ olması Kafkanı büro işində sıxan amillər idi. Milenaya məktublarının birində o yazır:» Mənim xidmətim gülməli şəkildə asandır...mən bilmirəm nəyə görə pul alıram".
«Aşağı səviyyəli» işlərlə müxtəlif yerlərdə tanış olan Kafka həm də sadə işçilərlə təmasda olurdu. O insanlarla maraqlanır və onların hüquqlarının qorunmasına çalışırdı. Onun sakit və insani rəftarı nəzərə çarpır. Sadə insanların problemləri və əziyyətləri ilə o birinci dünya müharibəsi ərəfəsində yaxından tanış olmaq məcburiyətində qalır. Öncə Praqada şərqdən gələn minlərlə yəhudi ilə, sonralar isə müharibə üçün hazırlıq çərçivəsində ağır yaralıların reabilitasiya olunması və yeni ixtisasa yiyələnmələri ilə məşğul olur. Bunun üçün o, işlədiyi sığorta şirkətindən tapşırıq almışdır. Bununla Kafka vacib ixtisasçı kimi arxa cəbhədə saxlanaraq müharibəyə aparılmır. Az sonra Kafka vərəm xəstəliyinə tutulur və öz işlədiyi şirkətdən təqaüdə çıxmaq haqqda xahiş edir. Onun bu xahişi yalnız 5 il sonra yerinə yetirilir.

Kafka gənc yaşlarında atası ilə heç də yaxşı münasibətdə olmur. Ona görə ki, o Frans ilə uşaqlıqda, gənclikdə və tələbəlik illərində kobud rəftar etmiş və onu həmişə alçaltmağa çalışmışdır. Bundan əlavə ailədə özünü patriarx kimi aparan Herman Kafka həyat yoldaşının da hüquqlarını məhdudlaşdırmışdır. Gənc Kafka heç də atasından qorxmurdu, ancaq o həmişə atasından müəyyən məsafədə dolanar və onunla düşmən xəttindən davranardı. Kafka bir çox əsərlərində atasını güclü, möhkəm və bir tərəfli şəxs kimi təsvir etmişdir. "Çevrilmə", «Hökm» əsərlərində atasının yeri aydın görünür. Kafka ömrünün sonuna yaxın atası haqqında olan bütün fikirlərini «Atama məktub»-da bədii şəkildə yazmış, ancaq onu heç vaxt göndərməmişdir. Burada atasının onun üzərində həmişə hökmran olduğunu qeyd etmişdir. Yəqin Kafkanın belə mənəvi əzilməsi özünə olan tənqiddən irəli gəlmişdir. Bu onda da özünü göstərmişdir ki, Kafka onun əlində olan hər şeyi yandırmaq istəyirdi. Lakin bu alınmamışdır. Kafkanın həyatında və əsərlərində özünü tənqid və ata münasibəti əsas rol oynamışdır.

Kafkanın qadınlarla münasibətinin mərkəzində onun nişanlısı Felise Bauerə yazdığı məktublar durur. Onunla Kafka 13 avqust 1913-cü ildə Maks Brodsun mənzilində tanış olmuşdur.
Məktublarda Kafkanın əsasən özünə inamsızlığı ilə mübarizəsi, nişanlanmanın düzgünlüyü və yazmaq haqqında qorxusu öz əksini tapmışdır. Yüksək yazmaq qabiliyyətinə malik olan Kafka öz fikirlərini təxminən 300-ə yaxın məktubda bütün dəqiqliyi ilə təsvir edir. Qısa görüşdən 2 il keçdikdən sonra 1 iyun 1914-cü il tarixdə o Berlində Felise ilə nişanlanır və 6 ay sonra nişanı geri qaytarılır.
«Hökm» əsəri ilə o dünya ədəbiyyatında gənc adlandırılsa da, sonralar bununla uzun müddət çarpışmalı olur.
Bundan sonra Kafka iki dəfə nişanlanır: 1917-ci ildə Felice ilə ikinci dəfə və 1919-cu ildə praqalı katibə Yuliya Voriçek ilə. Birincisi Kafkanın özünün dediyi kimi onun 1917-ci ildə vərəm xəstəliyinə tutulmasına gətirib çıxarır. İkincisi atasının müdaxiləsi nəticəsində baş tutmayır. Bu haqqda o «Atama məktub»-da yazsa da, onu heç vaxt atasına göndərmir.
Özünə inamlı jurnalist Milena Yesenska ilə münasibətdə Kafka 1920-1921-ci illərdə məktub vasitəsilə ünsiyyət qurmaq və yaxınlaşmağa çalışır və sonralar özünə artan inamsızlığa görə ondan uzaqlaşır. Yalnız ömrünün son aylarında ona uşaq bağçası müəlliməsi Dora Diyamant ilə dolğun münasibət qurmaq qismət olur.

1917-ci ilin avqustunda Kafka bir gecə qanaxmaya məruz qalır. Həkimlər ona vərəm xəstəliyi diaqnozu qoyurlar. Bu xəstəlik o vaxtlar müalicə oluna bilmirdi. Müalicə nəticəsində əvvəldə simptomlar yaxşılaşır, amma sonralar uzun müddətli kurort müalicələrinə baxmayaraq getdikcə daha da pisləşir. 1923-1924-cü illərdə Berlində olduğu müddətdə xəstəlik onun qırtlaq nahiyəsini əhatə edir və bunun nəticəsində Kafka tədricən danışıq qabiliyyətini itirir və yaranan ağrılar hətta yemək və içki qəbul etməyi belə çətinləşdirir. 1924-cü ildə Vinervald sanatoriyasında müalicə olunduğu zaman ailə dostu Dr. Huqo Krauz tərəfindən onun xəstəliyinə bir mənalı olaraq «qırtlaq vərəmi» diaqnozu qoyulur. Kafkanın getdikcə pisləşən durumu onun üzərində əməliyyat aparmağa imkan verməmişdir. Frans Kafka Kirling sanatoriyasına gedərək 3 iyun 1924-cü ildə orada vəfat edir. Rəsmi olaraq ölüm səbəbi kimi ürək dayanması göstərilmişdir.


(Məlumat Franz Kafka Azərbaycan səhifəsindən götürüldü https://www.facebook.com/Franz.Kafka.Azerbaycan)




Kafkanın ən yaddaqalan sözləri: 
Hər şey bir aldatmacadır: Ən az yanılmağa baxmaq, normal ölçülər içində qalmaq, ən həddindən artığın arxasından getmək. 
İnsanlar səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün geri dönə bilmirlər.
Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır. 
İşsizlik bütün pisliklərin qaynağı, bütün ərdəmlərin tacıdır.
Bir hədəf var, amma yol yox; bizim yol dediyimiz şey, bir fasilə məkanıdır.... 
Dünyayla aramdakı döyüşdə, dünyanın yanında ol. 
Sonsuzluq yolunda necə beləsinə asanca irəliləyə bildiyinə heyrətlənən biri vardı; gerçəkdə sürətlə üzü aşağı diyirlənirdi.
Özünü sonsuz kiçiltmək ya da sonsuz kiçik olmaq. Birincisi mükəmmelik yəni hərəkətsizlikdir; İkincisi başlanğıc yəni hərəkətdir. 
Müəyyən bir nöqtədən sonra geri dönüş yoxdur. Bu nöqtəyə çatmaq da lazımdır.
Sənətimiz, gözümüzün Gerçəklə qamaşmasıdır. Geri geri qaçan əcaib maskalara vuran işıqdır gerçək, başqa bir şey deyil.
Qiyamət Gününü belə adlandırmamızın səbəbi ancaq bizim zaman anlayışımızdandır; əslində o bir növ hərbi vəziyyət məhkəməsidir.
Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki?
Din fədailəri bədəni kiçik hesab etməz, çarmıxa gərərək ucaldarlar onu; bu baxımdan düşmənləriylə eyni fikirdədirlər.
Gerçək bölünə bilməz, buna görə özünü tanıya bilməz; hər kim onu tanımaq istəsə bir yalan olmaq məcburiyyətindədir.
Mənəvi bir dünyadan başqa bir şeyin olmaması gerçəyi əlimizdən ümidimiz alar, amma bizə bir qətilik bağışlayar.
Özünü insanlığa baxaraq sına. Şübhə edəni şübhəyə, inananı inanca aparar bu.


 



Franz Kafkanın sön sözləri: “Öldürün məni, əks halda bir cani olacaqsınız”. 




Qeyd: Kafka haqqında azərbaycandilli informasiya çox azdır, ona görə tapdıqlarımı sistemləşdirib yazdım bura..
Davamı →

Mason müəllimimin mənə dedikləri (maraqlı yazı)

Orta Doğu Texniki Universitetində oxuyarkən bizə “Fizikada riyazi metodlar” dərsini keçən professor Əhməd hoca tələbələri tərəfindən çox sevilirdi, yaxşı insan və yaxşı müəllim idi. Hansısa nevroloji xəstəlikdən əziyyət çəkən Əhməd hocanın əlləri sözünə baxmırdı, ancaq keçdiyi dərslər qüsursuz idi. Dərslərində əsas mövzunu bitirdikdən sonra elm tarixindən, elmi düşüncədən, oxuduğu kitablardan mütləq danışardı.
Əhməd hocanın əlləri əsdiyi üçün bəzən məndən onun kompüterindən hansısa materialı tapmağı ya da kiməsə email göndərməyi xahiş edirdi. Bir dəfə istədiyi materialı axtararkən “ Loja”, “Masonluq”, “İclas mövzuları” kimi fayl adları diqqətimi çəkdi, bu fayllar kompüterin hansısa küncündə yox, hamının görəcəyi yerdə, masaüstündə idi.Qorxuya düşdüm, yoxsa Əhməd hoca da yüz illərdir dünyanın, xüsusən də islam və türk-islam dünyasının kabusuna çevrilmiş, onun inkişafına mane olan, əxlaqını korlayan, cins şalvar, saqqız, kola, Hollivud kinoları kimi qısırlıq yaradan, insanı meymuna oxşadan, mədəsini korlayıb düşünməsinə mane olan məhsullarla cibini boşaldan beynəlxalq şəbəkənin bir üzvü idi? Dəhşətli sirrlər bir klik qədər yaxın idi, ancaq faylları açmaq olmazdi, həm etikadan kənar hərəkət olardı, həm şübhə yoxdur ki, hər bir masonun kompüterinə lojanın böyük ustası tərəfindən nəzarət olunurdu, faylın açıldığını bilsələr onlara mənim baxdığımı öyrənmələri çətin olmazdı. Masonlar hər yerdə idi, hamıdan və hər eydən xəbərləri vardı. ODTÜ-də də olmaları təəccüblü deyildi. Hələ bilmək olmazdı, Amerika güya Orta Şərq ölkələri üçün yüksək təhsilli kadr yetişdirmək adıyla əslində mason yetişdirmək üçün ODTÜ-nü qurmuş da ola bilərdi. Əhməd hoca güman ki, diqqət yayındırmaq üçün ozünü Parkinson xəstəsi kimi aparırdı.
Suallar vermək istəyirdim, amma qorxurdum. Harun Yahyanın masonlara dair cild-cild bəzəkli kitablarını görmüşdüm, cəmi üç il incəsənət fakültəsində oxumuş bu adamın Dəccalın necə öləcəyindən tutmuş Darvinin ifşasına qədər geniş mövzulara daldığını bilirdim, yaşadığı lüks villada məşhur manekenləri dinə dəvət etməkdən qalan vaxtında yüzə yaxın əsərə imza atmışdı. Elmi təhsili olmayan Harun Yahyanın “Bilim Araştırma Vakfı” qurması və dühasının universallığı məndə şübhə yaratmışdı. Necə olurdu ki masonları ifşa edir, onların dünyaya 100% nəzarət etdiyini açıqlayır, bütün “sirlərini” ortaya saçır amma ona masonlar heç nə etmir, ancaq şantaj etdiyi insanların onu məhkəməyə verməsi xaricində masonlar tərəfindən bir problem yaşamır? Görünür onun özü də mason idi, məqsədi insanlara “əlinizi ayağınızı uzadıb ölün ya da rahat olun, düşünməyin, oxumayın, işləməyin, sizin günahınız da, çarəniz də yoxdur, ah bu masonlar!” mesajını vermək idi. Ancaq tək Harun Yahya deyildi ki, abilər də axşam söhbətlərində tez tez masonların bütün bəlaların səbəbkarı olduqlarını deyirdilər, ODTÜ-dəki solçu və dindar tələbələrlə “əmpəryalizmə” və masonlara dair dərin müzakirələr aparmışdıq. Özümə söz verdim, madam şəbəkənin izinə düşmüşdüm, bunu hiss etdirməməli idim.
Sonrakı günlərdə ağlım sərbəst assosiasiya mexanizminin işğalı altında idi. Günəş enerjisi, günəş tanrısı, Misir, Misir piramidası, Mehmet Ecevit, Bülent Ecevid (Bülənt Ərsoy? bəlkə də), Rahşan Ecevit, Rahşan xanımın tələbə yoldaşı, yüksək enerji fizikası müəlliməmiz Pərihan Tolun (yoxsa qadınları da masonluğa qəbul etməyə başlayıblar?), yenə masonlar və enerji, neft şirkətləri, Freyd və təkamül nəzəriyyəsi. Deməli artıq on ilə yaxındır Saleh müəllimin Türkiyədə “bir nüvə sürətləndiricisi quraq” deyə döymədiyi qapı qalmasa da nəticənin olmamasının da səbəbləri masonlar imiş. Əlbəttə, hansı mason buna yol verər? Osmanlını parçalayan masonlar, mətbəəni ləğv edən, Osmanlıda qurulmuş ilk rəsədxananı uçurdan da yenə din adamı qılığına girmiş masonlar idi.
Əhməd hoca açıq fikirli, tələbələri ilə rahat ünsiyyət quran müəllim idi, fürsət olsa onun özünə bəzi suallar vermək olardı. Sonrakı günlərdə məndən kitabxanaya gedib elm tarixi ya da fəlsəfəsinə dair bir kitab tapmağımı xahiş etdi. Bir tədbirdə elmi düşüncə haqqında çıxış etmək istəyirdi. Kitabı tapıb gətirdim və bütün cəsarətimi toplayıb hocanın mason olub olmadığını soruşdum. Mason olduğunu təsdiqlədi. Hərhansı bir mason istəsə mason olduğunu açıqlaya bilərmiş, buna hansısa qadağa yox imiş. Bu haqda vaxtı olanda onunla danışmaq istədiyimi bildirdim. Bir gün dərslər bitdikdən sonra Əhməd hoca ilə ODTÜ-də gəzişdik. Ona masonlar haqqında bildiklərimi dedim və niyə türk-islam aləminin inkişafına mane olduqlarını soruşdum.
Əhməd hocanın bu haqda danışdıqlarından bunları xatırlayıram:
— Çox maraqlıdır ki, az inkişaf etmiş ölkələrdə ölkənin inkişaf etməsini istəyən insanlar düşmən kimi görülürlər. Hamıya sərf edən bəşəri dəyərlər, təcrübədən keçmiş institutlar, yaşanmış təcrübələr var, ancaq sən bunu bizim kimi ölkələrdə yaymaq istəsən, səni düşmən elan edərlər. Biz əsrlərdir ayaqlarımızı qandallayan olan köhnəliyi sevirik, bizi batırsa da yenə qurtuluşu onda görürük. Masonlar istər fransız və amerikan inqilablarında, istər maarifçiliyin və azad düşüncənin yayılmasında istərsə də bizim Türkiyənin müasirləşməsində müstəsna rol oynadılar. Ancaq biz tənbəl millətik. Hələ də İstanbulu almağımızın qürurunu yaşayırıq. Düşünürük ki 500 ilə əvvəl İstanbulu almışıqsa hamı bizə hörmət eləməlidir və biz işləmədən, düşünmədən, istehsal etmədən inkişaf etməliyik. Bu olmursa, günah masonlardadır. Hökümət problemlərin qaynağını xarici düşmənlərdə, xalq isə masonlarda görür. Dörd bir yanımız xarici və onların uzantısı olan daxili düşmənlərdir. İdarəçilərimizi bu xalq seçir, odur ki günahı üstündən atmaq üçün ona “günah keçisi”-masonlar lazımdır. Xalqımız ona nağıl danışanlara hörmət edir, yetər ki onun nə qədər bacarıqlı olduğunu, əsrlər əvvəl necə mükəmməl olduğunu, indi işlərin pis getməsinin səbəbinin masonlar olduğunu de. Heç kim soruşmaz “bayram deyil seyran deyil”, məni niyə bu qədər tərifləyirsən? İndi şou-biznesdən də asan şöhrət və pul qazanmaq imkanı var, otur bir kitab yaz masonlar haqda, hamını mason çıxar. Heç kim soruşmaz sən bu qüdrətli təşkilatın sirlərini hardan bilirsən? Yəni iddia etdikləri kimi güclüysə masonlar, bir Harun Yahyayla ilə niyə bacara bilmirlər? Üstəlik, üç dindən birinə inanmayan mason ola bilmirsə, masonların din düşməni olduğu hardan çıxdı?
Şişirtmək bizim sevimli məşğuliyyətimizdir. Bizim fizika fakültəsini götür. Ən yaxşı müəllimlərimizdən biri Ordal Demokandır, yəhudi olsa nə fərqi var, mason olsa nə dəxli var? Dəfələrlə İsrailə dəvət etsələr də getmir, “mən türkəm” deyib burda qalır. Tələbələrimizə bax, əksəriyyət fizikadan başqa hər şeylə məşğuldur. Bu universiteti Amerika qurdu. Məqsədi Orta Şərq ölkələrinə alim və mühəndis hazırlamaq idi. Bütün dərs proqramını, kitablarını onlardan götürdük. İndinin özündə də ən yaxşı müəllimlərimiz Amerikanın təqaüdü ilə orda oxuyub gələnlərdir. Amma bu universitetə girmək üçün illərlə çalışan gənclərimiz bura daxil olan kimi ya solçu olub Amerika düşməni olurlar, ya da dindar olub masonları ifşa edirlər. Bir neçə ilə qədər bu fakültədə Marks Nyutondan daha hörmətli idi. Fizika tələbələri fizika öyrənmək yerinə sosialist inqilabı eləmək fikrinə düşmüşdülər. Dərslərə gələn yox idi, hamısı mitinqə gedərdilər. Sonra da illərlə burda sürünüb məzun ola bilməyəndə ODTÜ fizikanın dünyanın ən çətin fakültələrindən biri olduğu əfsanəsini yaydılar. ODTÜ-də Amerika səfirinin maşını yandırıldı, təşkilatçılar fizika tələbələri idi. Bu qərara gəlindi ki, tədris yükünü artırmaq lazımdır, bəlkə bu halda tələbələr dərslərini ciddiyə alarlar.
Burada Albaniyanın marksist diktatoru Ənvər Xocanın, incəsənət fakultəsindən qovulmuş Harun Yahyanın sözü elmin sözündən daha etibarlı sayılır. Ali Demirsoy ODTÜ-də təkamül nəzəriyyəsi haqqında seminar verdi. Dünya şöhrətli bu bioloqun seminarına nə qədər adam gəlmişdi? Türkiyədə asan yolla etibar qazanmaq istəyirsənsə otur masonlardan bas bağla. Gördüyün hər simvolu, hər diktatoru, yazıçını, palto geyinib əlini cibinə salanı mason elan et. Heç kim soruşmur ki, masonlar bu qədər güclüdürsə sən onları hansı ağılla, hansı resursla ifşa edirsən? Dindarlara bax, sanki özləri dini oxuyub anlaya biməzlərmiş kimi harda hacı hoca varsa gözləri onun ağzındadır, üstəlik deyirlər ki, islamda ruhanilər sinifi yoxdur. Sonra bunlardan dəyirmanın suyunun hardan gəldiyini soruşanda, o qədər cariyəni hardan aldıqlarını soruşanda sənə mason tələsi qurduğunu desinlər. Biz masonlar bir zamanlar maariflənməyə xidmət edirdik, indi fırıldaqçılar üçün “gunah keçisi” olmuşuq.
Bizim sağcımız da solçumuz da çox oxşardır. Oxumayıblar və elmdən də xəbərləri yoxdur. Amma soruş sənə bütün dünyanın gedişatını və qurtuluşun reseptini desinlər. Sən bir problem olduğunu qəbul etməzsən onu həll edə bilməzsən. Biz isə ya oxumuruq ya da zatən bizim düşüncələrimizi təsdiqləyən şeylər oxuyuruq. Ən yaxşısı nə bahasına olur olsun inanmaq istəyən və tək kitaba inananlardan uzaq durmaqdlr. Akvinalı Foma necə demişdi? “Timeo hominem unius libri”-Tək kitablı insanlardan qorxuram.
Sonra hoca yoruldu və mövzunu dəyişdi. İstər istəməz bizim fizika fakultəsinin tələbələrini xatırladım. Açığı ODTÜ fizikada tələbələr arasında elmdən çox sosialist inqilabından və masonluqdan danışılırdı. Köhnə SSRİ-dən olduğumu biləndə solçular böyük maraqla sual verib “hə” cavabı gözləyirdilər. SSRİ-də hər şeyin ideal olduğu sualına “hə” cavabı verməsən küsüb uzaqlaşırdılar.
Hər il keçirilən Bahar festivalında Rusiyadan gələn folklor qrupunun ifasına ağzını ayırıb qulaq asan solçulara mahnı mövzusunun Mariyanın itmiş keçisi olduğunu deyəndə aqressivləşdilər. Onlar mahnının xalqlar dostluğu mövzusunda olduğunu düşünürdülər. Dindar tələbələrin isə namazdan, orucdan, axşam söhbətlərindən fizika oxumağa vaxtları qalmırdı. Sonra da onları masonlar imtahandan kəsirdilər.
Bəzi müəlimlərin nəzərində sırf soyadıma görə “şəriətçi”, SSRİ-nin ideal olmayıb beynəlxalq imperializmdən ziyadə öz daxili problemləri ucbatından dağıldığını söylədiyim üçün solçulara görə “faşist”, türk xalqlarına birmənalı zülm edildiyini təsdiq etmədiyim üçün millətçilərə görə “kommunist” və “Rusiya nökəri”, Harun Yahyanın Darvini təkzib etməyinə ciddi yanaşmadığım üçün dindarlar tərəfindən “ateist” hesab olunurdum.
Aradan bir neçə il keçdi, böyük fizik Ordal Demokanı yolu keçərkən 17 yaşlı sürücülük vəsiqəsi olmayan bir “avtoş” vurub öldürdü. Ailəsi qəzada həlak olan Ali Demirsoya ateist olduğu üçün deyə xeyli anonim acıq verən məktublar gəldi dindarlardan, “Allah adamı belə cəzalandırar deyə” yazdılar.
Məşhur Cübbəli Əhməd Hocanın otel hovuzunda yarıçılpaq qızların əhatəsində şəkilləri yayınlandı, müridləri “mason komplosu” dedilər. Hüzuruna Tunisdən xanımlar gətirdilər, özünün dediyinə görə bu xanımlar tələbə imiş, hoca da onlara təqaüd verirmiş. Görünür, xanımlar onu səhv başa düşüb pul görən kimi soyunurmuşlar.
Harun Yahyanın Ankara Əmniyyətində verdiyi ifadə yayınlandı, dini bilgisi olmadığını, həbs olunarkən bir xanımla namünasib vəziyyətdə olduğunu, kasıb bir insankən necə varlandığını, siyasətçiləri necə şantaj etdiyini detalları ilə açıqladı.
Türkiyənin bir vaxtlar “ən bərk gedən masonlarından” sayılan Məsud Yılmaza siyasi rəqiblərinin sifarişi ilə fotomontajla mason paltarı geyindirib bu şəkilləri yaymaqla onu gözdən salmaq istədiklərini də boynuna aldı.
Amma bütün bunlara baxmayaraq Harun Yahya masonları məğlub elədi. Türkiyədə fəalliyyətlərini genişləndirməklə qalmadı, Azərbaycanda da kitabları çap olundu, xeyli tərəfdar topladı.
2004-cü ildə “Elm və Həyat” jurnalında bir biologiya elmləri doktoru “türk alimi Harun Yahya təkamül nəzəriyyəsi təkzib etdi” adlı məqalə yazdı. Elmlər doktorunun Harun Yahyaya alim dediyi mühitdə elə Harun Yahya da “ağıl hocası” olar. Bu normaldır.
Yalçın İslamzadə
Mənbə: kultura.az/articles.php?item_id=20120718063246334&sec_id=9
Davamı →

Gucci

Gucci firmasının loqosu«Gucci» müasir moda dünyasının ən nüfuzlu və avtoritetli markalarından biridir. Bu dünya şöhrətli brendin hansısa məhsuluna sahib çıxmaq istəyən insan üçün «Gucci»nin kostyum və ya qalstuku əsil möcüzə kimi səslənir. Onu yalnız və yalnız Kristian Dior, İv Sen Loran kimi markalarla müqayisə etmək mümkündür. Toxunduğu hər şeyi qızıla çevirən əfsanəvi şah Midasa kimi «Gucci» şirkəti də hansı işə əl qoysa, hətta bu, avtomobil təmir etmək üçün adi alət olsa belə, onu cah-calala çevirər. Bir sözlə, «Gucci» xüsusi şarm, stil və mükəmməl zərifliyin simvoludur. Məhz buna görə, artıq 100 ildir ki, «Gucci» moda evinin adı moda və dizayn dünyasının açarı hesab olunur. Halbuki hər şey yalnız xəyallarla başlamışdı. Bəlkə də, vaxtilə bu moda evinin banisinin möhkəm iradəsi olmasaydı bu gün «GUCCİ» sözünü heç kim həyəcanla dilə gətirməzdi.


Ardı →

Sifət quruluşu və makiyaj

Makiyajı düzgün etmək üçün əvvəlcə üzünüzü tanımağınız lazımdır. Oval, üçbucaq, kvadrat, uzun və ya yumru bir üzünüz olsun, doğru makiyaj edərək, gözəl tərəflərinizi önə çıxara bilərsiniz.

Oval üz: Üzünüzə daha dərin bir ifadə vermək üçün, ənliyi almacıq sümüyünüzdən qulağa doğru üfüqi şəkildə sürtün. Üzünüzü bucaqlı deyil, yumru göstərəcək bir makiyaj etməyə diqqət yetirməlisiniz.

Bucaqlı üz: Sərt görünüşlü xəttlərinizin, daha yumşaq görünməsini təmin etməlisiniz. Bunun üçün, sürtdüyünüz tünd rəng tonlaşdırıcı kremin (tonalniy) üzərinə, ortaya çıxmasını istədiyiniz yerlələri işıqlandıracaq, açıq rəng bir tonlaşdırıcı krem sürtün. Ənliyi, almacıq sümüyün üzərinə, yumru olaraq tətbiq edin.
Ardı →

Qan və limfa sistemi

Qan, limfa, toxuma və beyin-onurğa beyni mayesi ilə birlikdə orqanizmin daxili mühitini təşkil edir. Qan damarlar daxilində cərəyan edir və bir sıra funksiyaları yerinə yetirir: nəqliyyat, tənəffüs, trofik, ekskretor, bədən hərarətinin tənzimi, müdafiə və s.
1. nəqliyyat funksiyası – qan vasitəsilə qazlar, qida maddələri, mübadilə məhsulları, hormonlar, mediatorlar, elektrolitlər, fermentlər və s. daşınır.
2. tənəffüs funksiyası – eritrositdə olan hemoqlobin hesabına oksigen ağciyərlərdən toxumalara, karbon qazı isə toxumalardan ağciyərlərə daşınır.
3. trofik funksiya – qana keçmiş qida maddələri toxumalara daşınır.
4. ekskretor funksiya – mübadilənin son məhsulları (sidik cövhəri, sidik turşusu, kreatinin, karbon qazı və s.) qan vasitəsilə böyrəklərə, tər vəzilərinə, ağciyərlərə, bağırsaqlara daşınır və oradan da orqanizmdən xaric edilir.
5. termorequlyasiya funksiya – bir çox fizioloci mexanizmlər hesabına qanın damarlardan müxtəlif nahiyələrə ötürülməsi ilə baş verir; belə ki, qanın dəri kapillyarlarına daha çox toplanması istiliyin itməsinə səbəb olur. Daxili orqanlara qan toplandıqda isə əksinə istilik az itirilir.


Ardı →

Referendum ümumxalq səsverməsidir

Referendum ümumxalq səsverməsi forması olub, xalqın öz hüquqları və mənafeləri ilə bağlı olan hər  məsələnin bu yolla həll etmək imkanıdır. Referendum ilk dəfə 1439 ildə İsveçrədə keçirilmişdir. Dünya təcrübəsində referendum gizli səsvermə yolu ilə hər hansı bir sənəd layihəsinin təsdiq edilməsi, parlamentin, dövlət başçısının, hökümətin bu və ya digər hərəkətlər etməsinə razılıq verilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Nəticəsindən asılı olaraq referenduma çıxarılan sənəd qəbul edilə və ya edilməyə bilər. Keçirilməsi Konstitusiyada nəzərdə tutulan referendumlar bəzən nəzarət referendumu da adlanır. Nəticəsi məcburi xarakter daşımayan referendumlar məsləhət referendumları adlanır. Referendumu müxtəlif əlamətlərinə görə təsnif etmək olar. Ərazi hüdudlarına görə referendumlar ümumrespublika və yerli referendumlara bölünür.
Ardı →

Demokratik cəmiyyətdə seçkilər

Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına azad, demokratik seçkilərin keçirilməsidir. Seçkilər, demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır.
Seçkilərin keçirilməsi hüquqi və siyasi əhəmiyyəti ilə seçilir. Seçkilərin keçirilməsinin hüquqi əhəmiyyətini başlıca olaraq, vətəndaşların aktiv və passiv seçki hüquqlarının həyata keçirilməsinə hüquqi təminat verilməsi və Konstitusiya ilə müəyyən edilmiş dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının formalaşması təşkil edir. Siyasi əhəmiyyətə isə seçkilərin nəticələrindən asılı olaraq, ölkədə mövcud siyasi qüvvələr nisbətinin, demokratiyanın vəziyyətinin, seçicilərin arzu və istəklərinin, onların siyasi, iqtisadi və sosial sahələrdə olan tələblərinin müəyyən edilməsi daxildir.
Davamı →