Qruplarda şəxsiyyətlərarası seçmə

Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxımdan təhlili. Aparıl­mış müşahidələr və araşdırmalar göstərir ki, eyni qrupa daxil olan adamlar bir-birlərinə münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özlərinin işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha doğrusu onu nə dərəcədə qəbul edib etməmələrinə görə qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza malik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir; biri ilə daima ünsiyyətdə olmağa can atsalar da, digərini görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq müm­kün olduğu halda, digərinə etibar etmir, inanmırlar və s. Bu hal qrup differensiasiyası kimi diqqəti cəlb edir.


Ardı →

İnsanlığın itirdiyi bir mərhəmət


Ac dişi bir aslan uzun sürən bir qovmanın ardından ceyranı tutmağı bacardı. Ceyranı parçalamağa başladığında ovunun hamilə olduğunu gördü, çaşdı və balanı qurtarmağa çalışdı.Lakin balanı qurtara bilmədiyini görüncə ovunun yanına yıxılıb qaldı.
 Daha sonra rəsmi çəkən adam dişi aslanın bir müddət tərpənmədiyini görüb ona yaxınlaşdı və aslanın öldüyünü gördü.. 
Davamı →

Ana fədakarlığı

Sprut analığı heç bir canlının analığına bənzəməz. Dişi Sprut cütləşmədən sonra bir oyuq taparaq oraya yerləşər. Yumurtlamağa başlar və yumurtlama əməliyyatı bitdikdən sonra kürt yatar. Hər nə bahasına olursa,  olsun yuvasını tərk etməz balalar yumurtadan çıxana qədər aclığa dözə bilməzsə bir neçə qolunu yeyər və bu şəkildə bütün balalar yumurtadan çıxana qədər hayatda qalar və yumurtaları qoruyar.
 Ancaq uzun sürən kürt dövrü onu aç və əldən düşmüş hala salar. Bütün balalar yumurtadan çıxdıqdan sonra  yuvasında can verər. Bu səbəbdəndir ki, heç bir dişi sprut balalarının böyüdüyünü görə bilməz.
Davamı →

Kişilər qadını necə anlayar?

Kişilərin bir qadını anlama sirləri;
Sual çox açıq və dəqiq «kişilər hansı qadınlarla evlənir» daha yaxşı sevişənmi, bakirə olanlarlamı, yaxşı ailə qızlarıylamı, iş və karier etmiş olanlarlamı? Saysaq daha çox uzanar. Budur kişilərin evlənmək istədiyi qadın xarakterləri;
1. Özünüzə, nə qədər güvəndiyinizə baxarlar.
Başınızı və bədəninizi dik tutursunuzsa, göz təması qurmanız, əlini möhkəmcə qavrayaraq tutmanız özünüzə güvəndiyinizi göstərir. Özünə güvənən kişilər bu qadınları bəyənərkən, kəşf etmə duyğusuna sahib kişilər utancaq, məsafəli qadınlardan təsirlənə bilər.
Ardı →

13. Dayanıqlı rəqabət üstünlüyünün yaradılması

6-cı fəsildə biz təşkilatların resurslarını qiymətləndirdik və və üç əsas tipi ayırdıq: korporativ mədəniyyət, marketinq aktivləri və marketinq imkanları. İstənilən təşkilat öz resurslarının uzun siyahısını tərtib edə bilər, lakin, onlardan heç də hamısı rəqabətli üstünlüyün yaradılması üçün eyni dərəcədə faydalı deyillər. Xoşbəxtlikdən, təşkilatın resurslara əsaslanan tədqiqatı onu deməyə imkan verir ki, resursların üç əsas xarakteristikası mövcuddur və onların bir-birinə uyğun gəlməsi halında dayanıqlı rəqabət üstünlüyünün yaradılmasına mümkün olur (SCA). Bunlar müştərilər üçün dəyərlilik yaradılmasına kömək edən; təşkilatlar üçün nadir və ya unikal olan; rəqiblərin əldə edilməsi və ya təkrar vetməsi çətin olan resurslardır (şəkil 13.1) (Collis and Montgomery, 1997).


Ardı →

Demokratik cəmiyyət və ideologiya

İdeologiya termini elmdə XVIII-XIX əsrin əvvəllərində işlədilir.  Bu anlayışa ilk dəfə fransız alımı Destyut  de Frasinin “ Düşünmək qabiliyyəti haqqında etüdlər” adlı kitabında rast gəlinir. İdeologiya termininin bir neçə tərifi vardır. Onlardan biri belədir:
İdeologiya ictimai təfəkkürün formasıdır. O, siyasi, hüquqi, diini, fəlsəfi, mənəvi, bədii baxışlar və ideyalar sistemidir.
Digər tərif isə: ideologiya bu və ya digər insan qrupunun hakimiyyət iddialarını əsaslandıran və buna müvafiq olaraq ictimai fikri öz mənafelərinə tabe etdirməyə çalışan müəyyən doktrinadır. İctimai reallığı əks etdirən bütün baxışlar, nəzəriyyələr ideologiya rolunu oynaya bilməz.İdeologiya sistem şəklinə salınmış elmi nəzəriyyədən fərqlənir.
Davamı →

Cəlil Məmmədquluzdə - "Azərbaycan" məqaləsi

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə 
söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı — inna lillahi 
və inna ileyhi raciun1, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; 
dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər 
üçün nicat yolu yoxdur. 

1 Qur'an ayəsindəndir: «Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun 
gərgahına] qayıdacağıq» (Qur'an, «Bəqərə» surəsi: 156) 
Bunuyla bərabər, yəni «bavücude inki» hər söz danışıldı, hər mətləbə əl 
vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin 
bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi 
aparır — haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata 
cumuram, özümdən soruşuram ki: 
— Mənim anam kimdir? 
Öz-özümə də cavab verirəm ki: 
— Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. 
— Dilim nə dildi? 
— Azərbaycan dili! 
— Yəni Vətənim haradır? 
— Azərbaycan vilayətidir. 
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, 
Vətənim də Azərbaycan vilayətidir. 
— Haradır Azərbaycan? 
— Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz 
şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti 
ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası 
ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun. 
* * * 
Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma 
düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə 
baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri 
dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar 
qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə 
danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca 
danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər - 
bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib 
sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə 
elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim 
və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar 
rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, 
gora düşmürdülər! 
* * * 
O ki qaldı Bakı qurultaylarında olan səliqə[yə], bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib 
baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki 
nədənsə, bizim bədxahların hamısı bədnəzərdir. 
* * * 
Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi 
zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq 
çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, 
coruslu1 və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban 
vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı2 bəradərlərim! Gəlin, 
gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm 
dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz 
də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək 
haradır bizim Vətənimiz. 
1 goruslu — red. 
2 xalxallı — red. 
Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! 
Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən 
yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət 
başçılarımız sizə nə gün ağlayacaqlar. 
Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!..
 
 
P.S Paylaşdım ki, yadımızdan çıxmasın, əksəriyyət unudub belə şeyləri..
Davamı →

Əsrin fotoşəkili


Ana bətnində 21 həftəlik körpənin əməliyyat edilməsi əsnasında körpəyə müdaxilə edən doktor Brunerin
əlini tutaraq ondan güvən və kömək gözləyişinin fövqəladə görünüşü.

Ana qarınında reallaşan əməliyyat körpənin dünyaya gözlərini sağlam şəkildə açmasını təmin etdi.

Bu fotoşəkil əsrin fotoşəkili seçilmişdir.
Davamı →

İsmin hallanması

Azərbaycan dilində olduğu kimi türk dilində də ismin altı halı var.

Yalın hal — Adlıq hal
İlişik hal (-ın, -in, -un, -ün, -nın, -nin, -nın, -nün) — Yiyəlik hal
Varımlı hal (-a, -e; -ya, -ye) — Yönlük hal
Belli işlenmiş hal (-ı, -i, -u, -ü; -yı, -yi, -yu, -yü) — Təsirlik hal
Durumlu hal (-da, -de; -ta, -te) — Yerlik hal
Çıkımlı hal (-dan, -den, -tan, -ten) — Çıxışlıq hal


Ardı →

Qanunvericilik prosesi

Qanunvericilik, hüquqyaratma fəaliyyətinin əsas, ən mühüm formasıdır. Qanunvericilik fəaliyyəti dedikdə, ali dövlət hakimiyyəti orqanının qanunlar qəbul etməyə yönəldilmiş fəaliyyəti başa düşülür.
Qanunvericilik fəaliyyəti qanunvericilik prosesi vasitəsilə reallaşır. Parlament qanunvericilik fəaliyyətini yerinə yetirərkən qanunvericilik prosesinə ciddi əməl edir, çünki qanunvericilik prosesinin pozulması qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur.
Qanunvericilik prosesi, istənilən hüquqi proses kimi aşağıdakı mərhələlərdən ibarətdir:
1) Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü);
2) Qanun layihəsinə parlament palataları və komitələrində (komissiyalarında) baxılması;
3) Qanunun qəbul edilməsi;
4) Qanunun sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi.


Ardı →