Etnos və etnogenez

Tarixi dövrlər ərzində cəmiyyətin inkişaf səviyyəsi regionlar üzrə müxtəlif olmuşdur. Bu da regionlarda fərqli sivilizasiyaların yaranmasına, onların zaman keçdikcə bir-birini əvəz etməsinə, bəzi sivilizasiyaların isə assimilyasiyaya uğrayaraq tarixin səhifəsindən silinib getməsinə səbəb olmuşdur. Buna baxmayaraq onların müəyyən izləri, maddi mədəniyyət nümunələrinin bəzi qalıqları hələ də qalmışdır.
Etnos — mədəni irsin daşıyıcısı və yayılma arealından asılı olmayaraq eyni etnik mənsubiyyətli (dil, mədəniyyət, əxlaq və s.) insanların birliyidir. Etnoslar hər hansı coğrafi mühitdə və müəyyən tarixi dövr ərzində formalaşır. Onlar yaranır, müəyyən dövr ərzində mövcud olurlar, sonra bəşər tarixindən silinirlər. Yeni yaranan etnoslarla birlikdə yeni ideologiyalarvəfərqli dünyagörüşü də formalaşır.
Davamı →

Xoruldama nə ilə təhlükəlidir?

Statistikaya görə, yuxu zamanı yatanların 45 faizi xoruldayır. Müşahidələr həmin prosesin kişilər arasında daha çox yayıldığını göstərir.
Xoruldamanın səbəbi, onun nədən qaynaqlandığı barədə Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva bildiribki “Xoruldama yuxu əsnasında hava axını boğazdan sərbəst keçə bilmədikdə yaranır və yuxuda tənəffüs dayanması xəstəliyinin əlaməti sayılır. Ağız və burun boşluğundakı hava yolunda daralma nəticəsində qəribə səslər çıxır. Xoruldama burun tutulmasıyla müşahidə olunan müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində əmələ gələ bilər. Dar, uzun və ya çox ətli damağı olanlar hər zaman xoruldayır. Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də bəlğəmlə tutulması zamanı da xoruldama baş verir.
Davamı →

Günəş şüalarının dəriyə təsiri

Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir. Günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüş verir, xoşbəxtlik hormonu ifrazını artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Bütün bunlara baxmayaraq, Günəş şüalarının həddindən artıq qəbulu xəstəliyə və ya xroniki proseslərin kəskinləşməsinə səbəb ola bilər.Günəş şüalarının ən təhlükəlisi ultrabənövşəyi şüalardır. Belə ki, bu şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər.
Davamı →

Ziyillər

Ziyil dəridə olan xoşxassəli şiş adlanır. Onların görünüşü dəriyə daxil olan və epidermal hüceyrələrin quruluşunda dəyişiklik yaradan papillomavirusun nəticəsidir.
Növlərdən asılı olaraq ziyillər yuvarlaq, oval, düzənsiz və ya iplik şəklində olan dərilərdəki yüksəkliklərə bənzəyir.
Virusun dəriyə girən yolu mikroskopik çatlar, cızıqlar, yaralar və epidermisin bütövlüyünün pozulmasıdır.
Vulqar ziyillər tez-tez əllərdə, barmaqlarda, ayaqda, üzdə lokalizasiya olur.
Davamı →

Naxçıvan - təbii bulaqlar muzeyi

5,3 min kvadrat kilometr ərazisi olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi 6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və faunası, Yerin təkindəki təbii sərvətləri ilə zəngindir. İqlimi quru və kantinental, relyefi əsasən dağlıq və dağ ətəyi ərazidən ibarət olan bu diyarın flora və faunası ilk baxışda yoxsul və çılpaq görünür. Amma ərazi cəhətdən bir o qədər böyük olmayan bu regionda ali bitkilərin 2963 növünə rast gəlinir ki, onların da 73-ü mədəni floraya daxildir. Heyvanların növ tərkibi və miqdarı isə siniflər üzrə Azərbaycan faunasının 60-80 faizini təşkil edir.
Davamı →

Təmiz su sağlamlığın təməlidir

Su planetimizin tarixinin təməlidir, hər şeyin tərkibinə daxildir və onu əhatə edir.Azərbaycanda suyun müqəddəsliyi, onun (qorunmasının, mühafizə edilməsinin) əhəmiyyəti şifahi xalq ədəbiyyatımızda, adət-ənənə və inanclarımızın kökündə durur. Bunu həyatımızın müxtəlif anlarında təsadüf etdiyimiz, öyrəndiyimiz bayramlar, mərasimlər və s. sübut edir. Məsələn, Novruz bayramı, Kövsəc bayramı tipli mərasimlər buna sübutdur.Dünya Ehtiyatları İnstitutunun qiymətləndirmələrinə görə, 13 ölkə dünyanın ən su ilə təmin olunmayan dövləti sayılmışdır.Su davamlı bir tarazlıq içində “müəyyən bir miqdar”a uyğun olaraq dövr edir. Yer üzündə həyatın davamı da su dövriyyəsi sayəsində təmin olunur.
Davamı →

Gəncə Müsəlman Qız Məktəbi

X yüzilliyin əvvəlləri maarifçilik hərəkatının təsiri ilə Azərbaycanda yeni üsullu məktəblərin açılması, 1901-ci ildə Bakıda qız məktəbinin fəaliyyətə başlaması, qadınlar arasında təhsilin genişlənməsi, ictimai həyatda onların daha çox nəzərə çarpmaları ilə əlamətdardır. Bakı və Tiflisdə nəşr olunan qəzet-jurnallarda dövrün qabaqcıl ziyalıları qadın azadlığı uğrunda apardıqları mübarizəni ən əvvəl onların təhsil probleminin həllinə yönəltmişdilər. Gəncə ziyalıları Əli Razi, Əli Nəzmi və başqaları?da qızların erkən yaşda ərə verilməsi kimi adətlərin ləğv edilməsi, ailədə qadının məruz qaldığı təhqirlərə son qoyulması, qadın azadlığı yolunda maneələrin aradan qaldırılması üçün mətbuatın gücündən cəsarətlə istifadə edirdilər.
Davamı →

Tərxun, limon və bal

Yovşan cinsinə mənsub olan tərxun bitkisi dadlı olduğu qədər də faydalıdır. Həm limonun, həm tərxunun faydalarını nəzərə alaraq  ev şəraitində sizlərə belə bir  çox yaxşı təbii immunostimulyator hazırlamağı tövsiyyə edirəm  :
1 orta böyüklükdə limon sıxlır 2 stəkan su əlavə olunur. 15- 20 ədəd tərxun doğranılır və hamısı birlikdə blenderden keçirilir. Daha sonra (Şəkər xəstələri istisna olmaqla) 1 xörək qaşığı bal əlavə olunur. Gündə  3 dəfə olmaqla, hər yeməkdən 1 saat əvvəl 100 ml içilir. Müalicə kursu 2 həftədir.
Davamı →

Coğrafi təbəqənin inkişafı

Coğrafi təbəqənin inkişafının sonunda biosfer — həyat təbəqəsi yaranmışdır. Yerdə həyatın yaranması haqqında dini və elmi fərziyyələr mövcuddur. Ç.Darvinin məşhur təkamül nəzəriyyəsindən başqa, həyatın Yerə kənardan gəldiyini, canlıların sərbəst olaraq formalaşdığını, vulkanlardan yarandığını və s. iddia edənlər vardır. Lakin bunun dəqiq cavabı hələ ki elmə tam məlum deyil.
Alimlərin çoxu hesab edir ki, Yerdə həyat okeanda birhüceyrəli orqanizmlərin yaranması ilə başlamış, sonra quruya keçmişdir. Tədricən birhüceyrəlilərdən çoxhüceyrəli orqanizmlər, sonra daha mürəkkəb quruluşa malik bitkilər və heyvanlar yaranmışdır.
Davamı →