Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Ürəkbulanma üçün Svartsman

Keçən il “Gündəyməz” saytında Abdulla İsmayıloğlunun mənim haqqında yazdığı “ŞvartsMan üçün ürəkbulanma” yazısı çap olundu.  Guya mənim tənqid edib. Halbuki məni yazılarımdan tanıyanlar tənqidlə işim olmadığını bilir. Mən başqaları kimi tənqidçi deyiləm, hücumçuyam. Tənqid etmək dişilikdir, hücum etmək kişilik.

Davamı →

Orxan Kamal haqqında maraqlı faktlar

Onun əsl adı Məhmət Raşit Öyütçüdür. Ancaq hamı onu Orxan Kamal kimi tanıyır.
Həyatı boyunca əzablı günlər, atasının həbs həyatı, dəfələrlə başqa yerlərə köçmək, fəhlə kimi çalışmaq, 4 övlad sahibi olmaq, özünün həbs olunması, Nazim Hikmətlə bir həbsxanada qalmaq və s… Bəlkə də bütün bunlar Orxan Kamalın daha da güclü yazıçı olmasına səbəb olan amillərdəndir...
Bu gün müasir türk ədəbiyyatının, türk ədəbi dilinin formalaşmasında əvəzsiz rol oynayan Orxan Kamalın doğum günüdür.

Davamı →

Bir qızın gündəliyindən – Çexovdan iki qısa hekayə

13 oktyabr. Axır ki, bizim də küçəmizdə bayramdır! Baxıram və gözlərimə inana bilmirəm. Pəncərəmin qarşısında hüdürboylu, yaraşıqlı, qarasaç, qaragöz bir oğlan var-gəl edir. Bığlarına söz ola bilməz! O, artıq beşinci gündür ki, sübh tezdən ta gecə yarısınacan gözlərini pəncərəmizdən çəkmir. Özümü elə göstərirəm ki, guya buna diqqət yetirmirəm.

Davamı →

Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Həsən bəy 7-8 yaşlarından bir müddət mədrəsədə oxusa da, ilahiyyata o qədər də maraq göstərmirdi. Atası balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur, öz bilik bacarığı ilə hamının diqqətini cəlb edir. Həmin məktəbin buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil İdarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirir və Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Tezliklə təlimdəki uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir.

Davamı →

Tükənmişlik ədəbiyyatı

1967-ci ildə avanqardizmlə bağlı qarışıq hisslərimi bu essedə qaydasına saldım. Bu esse ilk dəfə “Virciniya Universiteti”ndə “Peter Ruşton Seminarları”ndakı mühazirədə oxunub, sonradan “Atlantik” jurnalında çap edilib. Onu dəfələrlə çap ediblər, “Romanın ölümü” və ya “Ədəbiyyatın qu quşu nəğməsi” kimi dəfələrlə səhv başa düşüblər. Yox, belə deyil. Onu yenidən oxuyarkən daxilindən göz yaşardıcı qazın iyini duyuram. Sətirlər arasında nümayişlərin dağıdılmasının əks-sədasını eşidirəm. Bu essedə indi məni çox narazı salan şarlatanlıq və fırıldaqçılıqla bağlı qalın qeydlər var. Amma arqumentlərimin arxasında indi də dayanıram: sənətkarlıq yaxşı şeydir, sənətkarların dünya və öz sənətləri haqqında hiss etdikləri o qədər də vacib deyil. Vacib olan onların bu hisslərlə nə etdikləridir.

Davamı →

Bəşərin ölməz dühasi, həqiqi insan aşiqi

“Mən başqa cür düşünmək və yaşamaq istəmirəm, yalnız bu inamla düşünüb-yaşamaq istəyirəm ki, bizim 90 milyon rusun hamısı (ya da o zaman nə qədər çoxalıb-törəyəcəklərsə, onların hamısı) bir vaxt təhsil görmüş, insanlaşmış və xoşbəxt olacaqlar. Mən bilirəm və möhkəm inanıram ki, ümumi maarif bizdə heç kəsə ziyan vura bilməz. Hətta inanıram ki, fikir səltənəti hər hansı başqa bir yerdən daha tez bizdə, bizim Rusiyada qurulacaqdır”.

Davamı →

İtirilmiş günəşin axtarışında | Seymur Baycan

Yayı, qızmar günəşi necə səbirsizliklə gözləyirdim. Qızmar günəşin şüaları altında oturub qışın soyuğun canımdan çıxarmaq, sümüklərimi qızdırmaq, günəşdən orqanik enerji almaq istəyirdim. Son illər günəşi, isti havanı daha çox sevməyə, qiymətləndirməyə başlamışam. Günəş, günəşli hava, günəş şüaları, isti – bunlar necə gözəl nemətlər imiş. Bu sadə və bayağı həqiqəti axır vaxtlarda başa düşmüşəm.

Davamı →

Səməd Vurğun haqqında

Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət edəndə onun şeir dediyini hiss edir və soruşur:

Davamı →

Azərbaycanın İstiqlal şairi - Əhməd Cavad

Azərbaycanın Dövlət Himninin müəllifi, tanınmış şair və Cümhuriyyət dövrünün qüdrətli tərənnümçüsü Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci ilin mayın 5-də Gəncə qəzası, Şəmkir nahiyəsinin Seyfəli kəndində anadan olmuşdur.
Ə.Cavad səkkiz yaşında olarkən atasını itirmiş, ilk olaraq ərəb-fars dillərini öyrənmişdir.
Davamı →