Bloq haqda
Gözəl şeirlər,mənalı qəzəllər,
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (27)
Cavid bahar Yucin umud600 Fianda Xrizoberil Muza ayxansevda Samir012 Old Baku Nailə Qasarayeva Zeyneb_Ehmedova ORIGINAL Nurane Shahbazova yravil Rene Mysteryo lili95 AykaJackson AristotelВсе читатели блога
Notasiya | Salam Sarvan
NOTASIYA
Mümkünsə, bu silsilədəki şeirləri oxuyarkən qabağınızda şahmat taxtası da olsun. Oradakı gedişləri taxta üzərində təkrar eləsəniz, maraqlı bir kombinasiyanın şahidi ola bilərsiniz. Şəxsən mən həmin kombinasiyanı bu silsilədəki şeirlərin kombinasıyasıyla tutuşdurdum və gördüm ki…
e2 — e4
Bir də baxıb gördün ki,
sənin bu boyda dünyada
40 yaşdan savayı heç nəyin yoxmuş.
Ardı
Gələcəyəm, gəl desən
Uça-uça gələcəyəm, gəl – desən.
Səndən ayrı bir həsrət var canımda,
yuxuma gir, öləcəyəm, öl – desən.
Ardı
- ?
- 03 may 2012, 22:55
- Muza
- şərh əlavə et
Soyuq təndirlərdə çörək yapılmaz | Fəxrəddin Ziya
ağlı yetkin olan hissə qapılmaz.
Fərhadın dastanı bir əfsanədir,
külüng zərbəsiylə qaya çapılmaz.
Qəribə bir xislət var canımızda,
gücü axtarırıq ad-sanımızda.
Düşmən baş kəssə də dörd yanımızda,
bizə toxunmasa, rəqib sayılmaz.
Ardı
- ?
- 03 may 2012, 22:52
- Muza
- şərh əlavə et
“A” böyük “a” balaca silsiləsindən | Salam Sarvan
A
Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..
hansı daha çox faşistdi, qardaş-
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?
Bu boyda da ölkə olar?!-
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…
Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.
Ardı
- ?
- 26 aprel 2012, 00:05
- Muza
- şərh əlavə et
Bayatılar
gözlərəm gecə yarı.
Yar yarından kam alar
görüşsə gecəyarı.
Məst olandan səsindən,
uçuram həvəsimdən.
Kaş bir yol qızınaydım
yarın gül nəfəsindən.
Ardı
- ?
- 26 aprel 2012, 00:03
- Muza
- şərh əlavə et
Sıxıntılar silsiləsi | Salam Sarvan
VƏZİYYƏT
Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA!
YAŞAYIŞ
Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.
Ardı
- ?
- 18 aprel 2012, 17:56
- Muza
- şərh əlavə et
Bir müasir xanıma | Fəxrəddin Ziya
özünə məxsus məntiqin, savadın.
Ağzından çıxan hər sözün lətif,
ətrafında istəyənin çox.
Sən əcəb cazibədar qadınsan,
gözlərin, baxışların mənalı.
Bədənin ağappaq, barmaqların zərif,
əndamın mərmər sürahi, gövdən şux.
Ardı
- ?
- 18 aprel 2012, 17:55
- Muza
- şərh əlavə et
Məhəbbətdən küsəndə | Nüsrət Kəsəmənli
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz.
Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli, sözlər biçimli.
Çoxları diplomsuz mütəxəssisdir,
Eh, ürək aldatmaq bir su içimi.
Sevimmi?! Tərəddüd qət edə bilmir,
Bəzən itiririk inam, ümidi.
Ürək var, duyğular fəth edə bilmir ,
Ürək var, həndəsi fiqur kimidir.
Bir qəlbə girəndə boyalı sözlər,
Görən öz sözünü ürək dedimi?!
Axtarır, axtarır, axtarır gözlər;
İşləyən bir saat kəfkiri kimi.
Ardı
Zina-Ehtiras-Sevgi
onun gizlisi də günah, aşkarı da günah.
Quranda bir neçə ayə də var bu barədə,
bu da əlavə qorxu, təşviş yaradır hərədə.
Yazılır ki, zinakara gərək 40 çubuq
zərbəsi vurula.
Özü də bu ilkin cəzadır,
axirətdə isə ona əsl divan qurular.
Ardı
- ?
- 12 aprel 2012, 23:09
- Muza
- şərh əlavə et
Kamil olmaq imandandır | Fəxrəddin Ziya
dəyişməyim zamandandır,
biz əzəldən bir olmuşuq,
bu can elə o candandır.
Hardan gəlir ibtidamız –
bir nütvə var, bir gen vardır,
bir də ana bətni vardır,
əlbət, gələn qan qandandır?
Ardı
- ?
- 12 aprel 2012, 23:09
- Muza
- şərh əlavə et
