Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Ev şəraitində meyvə və tərəvəzlərin qurutma üsulları

Mövsümündə bütün ləzzəti və şəfası ilə yeməklərimizə qonaq olan tərəvəzlər və meyvələri  mövsümü olmadıqda  çox axtarırıq. Bu zövqü bütün aylara yaymağın ən asan və ləzzətli üslubu isə onları qurutmaqdı.
Paketli məhsullardan uzaq durmaq istəyənlər üçün xüsusilə evdə,təbii üsullarla meyvə və tərəvəzləri qurutmağın yolları.
Üzüm necə qurudulur?
Şirniyyatlara dad qatan üzümləri evdə qurutmaq mümkündür. İlk öncə üzümləri ehtiyyatla yuyun və suyunu süzün. Saplaqlarından möhkəm iplə, günəş görən bir yerə asın və altlarına mütləq bir kağız və qəzet sərin. Ən asan və təbii şəkildə salxım halda təxminən 1 həftədə bu şəkildə quruda bilərsiniz.
Davamı →

Ərzaqların qışa saxlanması. Ev şəraitində konservləşdirmə

Meyvə və tərəvəzlər vitamin, mineral və karbohidratlarla zəngin qida məhsuludur. Amma bu qidaməhsulları mikroorqanizmlərin təsiri nəticəsində tez xarab olur və keyfiyyətini itirir.
Meyvə və tərəvəz, əsasən, cənub ərazilərdə yetişdirilir. Ona görə də konservləşdirmə (şəkil 1) ilboyu və ölkənin bütün ərazisində istifadə imkanı yaradır.
Konservləşdirmə nədir?
Konservləşdirmə qida məhsullarını zərərli mikroorqanizmlərin həyat fəaliyyətini dayandırmaqla qoruyub saxlamaqdır. Yeyinti məhsullarının saxlama müddətinin uzadılmasının bəzi digər üsulları da konservləşdirməyə aiddir.
Davamı →

Naxçıvanın daş küftəsi

Tərkibi:
400 qr ət
1-2 tikə quyruq
1 ədəd baş soğan
50-60 qr noxud (suda isladılmış)
50-60 qr düyü
1 ədəd yumurta
nanə qurusu
tərxun qurusu
reyhan qurusu
mərzə qurusu
alça turşusu
duz
istiot
sarıçiçək
tomat və ya pomidor            
Davamı →

İydə haqqında faydalı məlumatlar

Dünyanın bir çox yerlərində asanlıqla yetişən iydənin bir çox növü vardır. İydə ağacı 7 metrə qədər uzana bilir, yarpaqları yaşıl-gümüşü rəngdə, nazik, uzun və tüklüdür. Qabıqlı, oval, tüklü iydə meyvəsinin tumu xurma çəyirdəyinə oxşayır. May və iyun aylarında çiçək açan bu bitkinin meyvəsi payızda yetişir. Yağış suyu dəyməmişdən əvvəl toplanan meyvələr daha ləzzətli olur.
İydənin qida dəyərləri nədir?
İydə üzvi turşular, A, C, E vitaminləri, flaovan qlikozidlər, liflər, uçucu yağlar, yağ turşuları və dənə baxımından zəngin məzmuna malik bir meyvədir. Kalori dəyəri aşağı olduğundan pəhrizdə olanlar yeyə bilər.
Davamı →

Təzə balığı köhnədən ayırmağın yolları

İnsan sağlamlığı baxımından son dərəcə əhəmiyyətli faydaları olan dəniz məhsullarının hər biri sağlamlıq anbarıdır. Qış aylarının əvəzolunmaz qidası olan balıq ətinin insan sağlamlığı üçün bir çox faydası var.
Balıq almaq istəyərkən ümumiyyətlə hər kəsin ağlına gələn ilk sual balıqlar təzədir, yoxsa köhnə? Təzə balığı köhnə balıqdan seçməyin yollarını sizlərə təqdim edirik.
1.Təzə balığın gözləri parlaq və bayıra doğru çıxmış vəziyyətdə olur. Balıq təravətini itirməyə başlayanda gözləri içəri çökür.
Davamı →