Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Qar təpələri salatı

Tərkibi:
8 yumurta
1 yerkökü
400 q bişmiş süd kolbasası
1 baş soğan
2 kartof
200 q bərk pendir
200 q mayonez
1 x.q. kərə yağı (qovurmaq üçün)
ədviyyat, sarımsaq — zövqə görə
Davamı →

Mürəbbənin uzunömürlü olması üçün resept

Artıq mürəbbə mövsümü başlayıb. Ev xanımları indi bir çox meyvə və giləmeyvələrdən mürəbbələr bişirir, kompotlar hazırlayırlar. Hətta işləyən xanımlar da istirahət günləri evdə olduqlarından istifadə edib imkan düşdükcə qış tədarükü görərək sevdikləri mürəbbələrdən hazırlayırlar. Bu sadə işdir. Amma meyvələrin və mürəbbə bişiriləcək qabların seçilməsində son dərəcə diqqətli olmaq tələb olunur. Əks halda əziyyətiniz hədər gedə bilər.
Davamı →

Meyvələri necə dondurmaq lazımdır?

Meyvənin dondurulması heç də onun vitaminlərinin ölməsi demək deyil. Yalnız C vitamini cüzi miqdarda azalır. Əgər meyvələri doğru mövsümdə dondursanız, qışda supermarketlərdən dərmanlı meyvənləri almalı olmayacaqsınız.
Dondurulmuş meyvələrlə siz qışda yaranan avitaminozun qarşısını ala bilərsiniz. Demək olar ki, bütün giləmeyvələri dondura bilərsiniz. Ərik, alça, üzüm, albalı, mərsin, gilas və digər ürəyiniz istəyən giləmeyvəni seçə bilərsiniz. İri meyvələrdən isə, armud, alma, qarpız və yemişi dondurmaq olar. Seçim əlbəttə ki, genişdir. Ancaq elə meyvələri seçmək lazımdır ki, onlardan sizə lazım olan vitamini əldə edə biləsiniz.
Davamı →

Ovşala (gül suyu şərbəti)

Azərbaycanımızın bir birindən dadlı və faydalı şərbətləri vardır. Bunlardan biri də ovşala şərbətidir. Xatırladım ki, ovşala şərbəti Azərbaycanın dilbər guşələrindən biri olan Şəki mətbəxinə aiddir. Əgər qanuni qaydası ilə hazırlanılsa çox faydalı bir şərbətdir. Şərbət ürəyi rahiyyələndirir, yəni ürək zəifliyi olanlar üçün faydalıdır. Köpdən əziyyət çəkənlər üçündə faydalıdır. Əgər yağlı yemək yeyəcəksinizsə üstündən ovşala şərbətini içilməsi yeməyin rahat həzm olunmasına səbəb olur.
Davamı →

Kartoflu Keks

Ərzaqlar
  • 4 ədəd kartof (təxminən 600 qram)
  • 1 ədəd yerkökü
  • 2 ədəd yumurta
  • yarım stəkan (bir armudu istəkan qədər edir) duru yağ
  • 1  stəkan qatıq
  • 1 stəkan un

Davamı →