Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Portağallı muss

Tərkibi:
3 portağal
200 qr şəkər tozu
20 qr jelatin. 

Hazırlanması:
Jelatinin üzərinə 200 ml soyuq qaynanmış su tökün. Jelatinin qablaşdırması üzərində göstərildiyi müddət ərzində saxlayın. Portağalın şirəsini sıxın, qabıqlarını qalın doğrayın.

Qabıqların üzərinə 1 l su tökün, odun üzərinə qoyun, qaynamağa başlayandan sonra 10 dəqiqə qaynadın, süzün, soyudun (ilıq olmalıdır).
Davamı →

Limon şorbası

Tərkibi:
  • 2 limon
  • 2 yemək qaşığı un
  • Yarım çay qaşığı düyü
  • 2 stəkan su
  • Cəfəri,nanə
  • Yarım çay qaşığı zəncəfil
  • Bir çimdik duz, eyni miqdarda adi cirə

Hazırlanması:
Limonların suyunu sıxın, qabıqlarını rəndələyin. Zeytun yağı, su və unu qazana töküb yaxşı-yaxşı qarışdırın.
Davamı →

Krem karamel

Ərzaqlar:
  • 1 litr süd
  • 2 su stəkanı şəkər tozu
  • yarım stəkanı su
  • 6 yumurta
  • 2 ədəd vanil

Hazırlanması:
Bir su stəkanı şəkər tozunu və suyu bir tavanın içinə töküb bir az isti qazda karamel halına çevrilənədək qaynadırıq. Hazırladığımız karameldən hər birinə 1 yemək qaşığı olmaqla fincanalara tökürük.
Davamı →

Ağ lobya salatı

Ərzaqlar:
  • Yarım qırmızı bibər
  • 1 kasa quru ağ lobya
  • Yaşıl soğan
  • Cəfəri
  • Yarım pomidor
  • Yağ, duz və sirkə
  • Qara zeytun.

Hazırlanması:
Lobyaları əvvəlcədən isladın və bir gecə suda qalsınlar. Sonra 45 dəqiqə suda qaynadın.

Bibər, soğan və pomidorlar kiçik parçalara halında doğrayın. Lobyalar hazır olduqda, böyük qaba qoyun və soyumasını gözləyin. Tərəvəzləri əlavə edin və salata yağ, duz və sirkə əlavə edin, göyərti, zeytun səpin.
Davamı →

Südlü makaron

Ərzaqlar:
• Bir paket makaron (istədyiniz növdən)
• 1 stəkan süd
• 3 yemək qaşığı kərə yağı
• 200 qram kərə yağı
• 1 çay qaşığı qara istiot
• 1 çay qaşığı duz
• 2 stəkan su
• 2 yemək qaşığı zeytun yağı. 

Hazırlanma qaydası:
Su, zeytun yağı və duz bir qazana tökün. Su qaynayana kimi gözləyin. Qaynayandan sonra makaronları əlavə edin.
Davamı →

Əncir dolması

Lazım olanlar:
• 500 qram quru əncir
• 2 yemək qaşığı zeytun yağı
• 2 yemək qaşığı başqa duru yağ
• 1 ədəd orta boy baş soğan
• 100 qram düyü
• şam qozasınını toxumu
• 1 çay qaşığı duz
• 1 çay qaşığı istiot
• 1 çay qaşığı darçın
• 1 stəkan su. 
Davamı →

Çuğundur şorbası


Litva, Latviyada çox məşhur yay yeməyidir. Həm də qanı artırır, qəbizliyə qarşıdır.

400 qr çuğundur suda bişirilir, qabığı soyulub, irigözlü sürtgəcdən keçirilir. Üzərinə çıxana kimi su alınıb, 6-7 dəqiqə bişirilir. Sonra üzərinə 1 qaşıq sirkə əlavə edib, qarışdırıb, soyuducuya qoyun. 7 ədəd yumurtanı suda bişirib, yarısını kubik formasında doğrayın, yarısını isə saxlayın.
Davamı →

Soğan salatı

Ərzaqlar:
  • Soğan – 3 ədəd
  • Yumurta -3 ədəd
  • İsti su – 1 stəkan
  • Şəkər – 1 ç.q
  • Sirkə -1 x.q
  • Mayonez və xama -1 x.q

Hazırlanması:
Bilşmiş yumurta iri kubik formada doğranılır. Soğan nazik yarımhalqa doğranılır. Üzərinə isti su alınıb, 15 dəqiqə saxlanılıb süzülür.

1 stəkan isti suya sirkə, duz, istiot əlavə olunub qarışdırılır və soğan burda 20 dəqiqə marinad edilir.
Davamı →