Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Aşpazlardan faydalı məsləhətlər

Yeməyə sarımsaq qataraq onu daha da ləzzətli etmək istəyirsiniz, ancaq qalıcı qoxu sizi narahat edir? Elə isə, yeməyi boşqaba tökməzdən öncə boşqaba sarımsaq çəkin.

Ciyərin sərt deyil, zərif alınmasını istəyirsinizsə, onu bişdikdən sonra duzlayın.

Aşın bəmbəyaz olmasını istəyirsinizsə, onu bişirdiyiniz zaman suya bir neçə damcı sirkə əlavə edin.
Davamı →

Frikassee

Ərzaqlar:
  • 1 ədəd bütün toyuq
  • yerkökü
  • 250 qram gül kələm
  • 200 qramyaşıl noxud
  • 150 qram qarğıdalı
  • 3 yemək qaşığı un
  • 200 ml qaymaq
  • duz
  • istiot.
Hazırlanması:
Toyuğu qaynadıb, ətini ayırın. Doğradığınız tərəvəzləri tavaya yerləşdirib üzərinə toyuğun suyundan töküb bişirin.

3 qaşıq unu bir az sulandırıb yeməyə əlavə edib 5 dəqiqə bişin. Duz və istiot tökün. Daha sonra 200 qram qaymağı töküb qarışdırıb, ocağı söndürün. Qayan toyuq suyu ilə plov hazırlayıb birlikdə servis edə bilərsiniz. Nuş olsun!
Davamı →

Nanə şorbası

Ərzaqlar:
  • Su -1,5 litr
  • Yaşıl noxud bankada — 200 qr
  • Kartof — 3 ədəd
  • Soğan -1 ədəd
  • Sarımsaq -2 diş
  • Kərə yağı — 30 qr
  • Qaymaq — 100 ml
  • Nanə — yarım dəstə
  • Duz, istiot. 

Hazırlanması:
Qazanda su qaynara salınır, kub formasında doğranmış kartoflar atılıb, 10 dəqiqə bişirilir. Tavada kərə yağı əridilir, soğan burda qovrulur.
Davamı →

Ətli doğramac

Ərzaqlar:
Mal əti – 200 qr
Kartof – 2 ədəd
Qırmızı turp – 4 ədəd
Xiyar – 1ədəd
Yumurta — 2 ədəd
Yaşıl soğan, şüyüd, cəfəri – yarım dəstə hərəsindən
Qatıq, xama
Su – 1 stəkan
Duz, istiot
Davamı →

Yaşıl acika

Tərkibi:
Yaşıl bolqar bibəri – 500 qr
Uzun acı bibər – 500 qr
Şüyüd, cəfəri, selderey – hərəsindən 250 qr
Sarımsaq — 5 diş
Keşniş toxumu – 1 xörək qaşığı
Sirkə — 1 xörək qaşığı
Duz.

Hazırlanması:
Bibərlər və göyərtilər yuyulub, təmizlənib, ətçəkəndən sarımsaqla birgə keçirilir.

Ədviyyatlar, duz qatılıb, sirkə qatılıb, bankalara yığılır. Soyuducuda və ya sərin yerdə saxlanılır.
Davamı →

Badımcan jülyeni

Ərzaqlar:
Badımcan – 3 ədəd
Soğan — 1 ədəd
Un – 1 x.q
Bitki yağı – 50 ml
Xama – 5 x.q
Pendir – 80 qr
Duz-istiot.

Hazırlanması:
Badımcanların qabığı zebra soyulur, kubik formasında doğranılır, duz səpib, acı suyu 20 dəq ərzində çıxarılır. Bitki yağında qızardılır, qızarana yaxın xırda doğranmış soğan əlavə edilib birgə bişirilir.
Davamı →

Gül kələmi ilə brokoli salatı

Ərzaqlar:
Soğan -1 ədəd
Kiçik brokoli
Kiçik gül kələmi
Duz, istiot

Sous üçün:
xama, mayonez — hərəsindən 3 qaşıq

Hazırlanması:
Kələmlər yuyulur, bütöv halda qaynar suya salınıb, 2 dəqiqə saxlanılır, sonra gül hissələri gödvədən kiçik hissələrə ayrılır.
Davamı →

Kəsmikli-almalı peçenye

Ərzaqlar:
— 150 qr kərə yağı
— 2 yumurta
— 100 qr şəkər tozu (+ 50-70 qr peçenyelərin üzərinə səpmək üçün)
— 300 qr kəsmik
— 2 alma
— 2 ç.q. qabartma tozu
— 300-350 qr un.

Hazırlanması:
Almanı soyun, sürtgəcdən keçirin, şirəsini sıxıb başğa qaba tökün.
Davamı →