Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Ev şəraitində pendir hazırlamağın üsulları

Ev şəraitində müxtəlif növ pendir hazırlamaq mümkündür. Sizlərə ən dadlı pendir reseptlərini təqdim edirik.
 
1. Sarıköklü ev pendiri
* 3,25% yağlılığı olan süd — 1 litr
* 3,2% yağlılığı olan kefir — 1 litr
* yumurta — 3 ədəd
* əlavə etmək istdiyiniz göyərti və ya çiçək
* sarıkök — 2 çay qaşığı
* sarımsaq — 3 diş
* duz

Davamı →

Badımcan qəlyanaltısı

Badımcan mövsümündə dolmasından qızartmasına qədər hər cür formada bişirilir. Bu dəfə bütün tərəvəzləri qovuraraq dadlı yemək hazırlaya bilərsiniz. Həm yemək, həm salat, həm də qəlyanaltı olaraq süfrəyə verə biləcəyiniz bir ləzzət. Evdar.az yağı az, ləzzəti bol olan badımcan qəlyanatısının reseptini təqdim edir.

Davamı →

Kələmli toyuq kotleti (1 yaş +)

Uşağınıza kələm verməkdə çətinlik çəkirsiniz? Xüsusilə, bişdikdə çıxan qoxudan sonra uşağınız yeməyə qarşı çıxırsa, işiniz bir az daha çətindir. Ancaq imtina etməyin. Uşağınız, bu qışlıq şəfa bitkisindən məhrum olmamalıdır. Kələmi yedirmək üçün yollar axtarın. Kələmdən bir dəfə imtina etdikdə, saxlayın və başqa vaxtda fərqli üsul ilə yedirməyə çalışın. Kələm qaz yarada biləcək bitki olduğu üşün bir yaşdan tez məsləhət edilmir.

Davamı →

Zeytunyağlı paxla yeməyi

Türkiyə mətbəxində ətsiz və zeytun yağı ilə bişirilən bütün xörəklərə zeytunyağlı yemək deyilir. Yəni bu ad yeməyin hansı yağla bişirildiyi yox, sadəcə növünü bildirir.
Paxlakimilər ailəsinə aid olan paxla bitkisi həm təzə, həm də qurudulmuş halı ilə türk mətbəxinin sevilən dadıdır. Hər tərəvəz və paxla bitkisindən hazırlanan zeytunyağlı yemək həm də vegetarianların ideal yeməkləridir.

Davamı →

Balqabaq şirniyyatı necə hazırlanır

Türkiyə mətbəxinə 17-ci əsrdə daxil olmuş, ana vətəni Amerika olan bir bostan bitkisindən bəhs edəcəyik bu gün: Zoluşka nağılında faytona çevrilən, müxtəlif ölkələrdə cadugərlər bayramının simvolu olan, yarımkürə şəkilli və narıncı rəngli balqabaqdan.
Qızıl payızın bəxş etdiyi bu məhsul qədim dövrlərdən bəri müalicəvi əhəmiyyətə malikdir: bədəndən lazımsız mayeni çıxarır, sinir sistemini stimullaşdırır, mədə xorası, qastrit və yoğun bağırsağın iltihabını çəkir və s. Balqabağın tumları qurda qarşı əla vasitə, artıq çəkidən qurtulmaq istəyənlərə fayda və dəri üçün bərpaedici xüsusiyyətə malikdir.

Davamı →

Adana kababı necə hazırlanır?

Kabablar Orta Şərq coğrafiyasının vazkeçilməz yeməklərindəndir. Ərəbcədə «bişmiş, qızarmış» mənasını verən kabab, lüğəti mənasından başqa, qaz üzərində, atəşdə və ya qab içində susuz olaraq bişirilmiş ət yeməklərinə verilən ümumi addır.
Türkiyə mətbəxində kabablar özünəxas şəkildə təqdim edilir. Belə ki, Türkiyədə az qala hər rayona aid bir kabab var, amma ən məşhurları ölkənin cənub və cənub-şərqində olanlardır.

Davamı →

Sarımsaqlı toyuq şorbası

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə sarımsaqlı toyuq şorbasının hazırlanmasından bəhs edəcəyik.
Tərkibi:
 
  • 1 kq sümüksüz toyuq əti
  • 2 xörək qaşığı toyuq suyu
  • 2 xörək qaşığı un

Davamı →

Əsl kəllə-paça resepti

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin.

Ərzaqlar:
— 2 ədəd mal (dana) ayağı
— su

Davamı →

Folqada bişirilmiş ət

Dietoloqların fikirinə görə, ətin bu üsulla bişirilməsi ən düzgün sayılır. Bu üsulla bişirilmiş ət bütün öz faydalı xüsusiyyətlərini saxlayır, bişirilmə zamanı yağdan istifadə olunmur.
Folqada bişirilmiş ət həm dadlı, həm də faydalıdır. Bu ət həm isti, həm də soyuq şəkildə (qəlyanaltı kimi) masaya verilə bilər.
Lazım olan məhsullar:

Davamı →