Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Xatirələr niyə bu qədər zövqsüzdür?

Quşlar intihar edirmi? Bəli, edir. Gözlərimlə şahid olmuşam. Ancaq quşların da, insanların da intiharından daha qəliz bir məqam var. İntihar edə bilməmək? Axı ölmək daha asandır. «Yaşamaq isə dəlilikdir”. Zahid Sarıtorpağın „Quşların intiharına ağlamayın” romanının antiqəhrəmanı Qaraqız intihar edə bilməyəcək qədər dərin psixoloji sarsıntının içindədir. Modernist ədəbiyyata təsir edən “Madam Bovari” romanında Emma intiharı seçə biləcək qədər ayıq idi. Qaraqız isə hələ uşaq ikən cinsi təcavüzə məruz qalır. Travmatik şüuraxını ömrü boyu onu izləyir. Evli Xəlillə eşq macəraları, dayəsi olduğu Gilənara qarşı erotik istəkləri təsadüf deyildir. „Quşların intiharına ağlamayın” romanında bir fərdin kəşf edilməyən, qaranlıq və anlaşılmayan yönləri üzə çıxır.

Davamı →

Anar Rzayev | Yaşamaq haqqını haqq edən yazıçı

 Dünyaya gələn hər kəsin yaşamaq haqqı var — adi qarışqadan, kəpənəkdən tutmuş, insana qədər. İndi o başqa məsələ ki, kimi verilən bu haqdan mənalı və səmərəli istifadə edərək savab əməllər və xeyirxah işlər görür, kimi də onu zamanın küləyinə verir.
O haqqa heç kəs girə bilməz! Yaşamaq haqqı hər kəsin müstəsna hüququdur!

Davamı →

Kluazonizm və poeziya

19-cu əsrin sonlarında rəssamlıqda «kluazonizm» adı altında bir cərəyan başlamışdı. Demək olar ki, sintetizm cərəyanı ilə eyni idi. Bu, iki qırıq xətli üfüqün bənzərlikləri çoxdur. Bu üsulla Pol Qoqen, Vinsent Van Qoq, Lui Anketen və başqa məşhur rəssamlar əsərlər yaradıblar.
Bu cərəyan barədə söz açmağımın səbəbi -hikməti budur ki, «poeziya nədir?» sualını özlüyümdə səsləndirdikdə, həmişə bu cərəyanı göz önünə gətirirəm.

Davamı →

Şeirlər. Cavidan Hacıyev

Dayandı

İnsan ozünə nur seçərək harda dayandı?
Şəmsin işığın görməyib, ehrarda dayandı.

Şər ilə Xeyir mücadələ etdi əzəldən.
Rəbb «Xeyir» dedi, bəndəsə qəddarda dayandı.

Haqqın səsini duymayıb, küfr ilə gedənlər,
Ləl, zər səsini tez eşidib, kar da dayandı.

«Ar ruhumuza hopup» deyib, mərdlik edənlər,
Altun görəni, ruh da getdi, ar da dayandı.


Davamı →

İt hürən tərəf

Kim deyir bu həyat nağıl kimidi?
Gözləmə göylərdən üç almaları.
Bir ağac buraxıb göylərdən endik.
Amma bəxtimizə düşür daşları.

Dəcəllik eylədim uşaqlar kimi:
Kiçik həyatımda Cırtdan olmuşam.
Yan aldım, eşidib itin səsini.
Orda da rast gəldim mən div-qardaşa.

Bu Div hiyləgərdi, Div axmaq deyil.
Üstəlik həyətdə qəzəbli it var.
Dedim ki «su içim», istədim xəlbir.
Gülərək, dedi ki «nağıl danışma».

Dərindən qəhqəhə çəkərək bu Div
Söylədi: «Guya ki, kiçik uşaqlar
İşıqlı tərəfə olublar qərib,
Divi aldadaraq, ordan qaçıblar.

Nağılı bilirlər hamı əzbərə.
Cırtdan da olubdur qəhrəman-uşaq.
İndi hamı gəlir itin səsinə.
İşıqda div yoxdu — mən uydurmuşam.»

İndi gözləyirəm — naharam divə.
Nə yaman aldatdı nağıllar bizi.
Bəlkə heç ağac da yox imiş göydə,
Almasız qovublar o nənəmizi?


Cavidan Hacıyev


Davamı →

Mixail Zoşşenko

Atam rəssam, anam aktrisadı. Bunu ona görə deyirəm ki, Poltavada başqa Zoşşenkolar da var. Məsələn: Yeqor Zoşşenko – qadın dərzisi. Melitopolda da əbə və ginekoloq Zoşşenko var. Qeyd edim ki, onlarla qohum deyiləm, heç tanış da deyiləm və tanış olmağı da arzulamıram.
Açığı, onlara görə heç məşhur yazıçı da olmaq istəmirəm. Mütləq gələcəklər. Oxuyacaqlar, durub gələcəklər. Ukraynadakı bibim artıq gəlib.
Ümumiyyətlə yazıçı olmaq çətin şeydi. İdeologiya olmalıdı. İndi yazıçılardan da ideologiya tələb edirlər.

Davamı →

XX əsrin ən böyük romanları

Kolumbiya Universitetinin tərkibində fəaliyyət göstərən “Columbia Publishing Course” nəşriyyatı 1998-ci ildə XX əsrin ən böyük romanlarının siyahısını çap edib. Siyahının birinci yerində “Möhtəşəm Qetsbi” romanı ilə F.S.Fitscerald dayanır. U.Folkner, C.Oruel, C.Steynbek, C.Coys kimi yazıçılar isə birdən artıq romanları ilə siyahıdadır.
Siyahını təqdim edirik.

Davamı →

Tomas Eliotun - Tənqidin sərhədləri

Sizə danışmaq istədiyim məsələləri düşünəndə xatırladım ki, 1923-cü ildə “Tənqidin funksiyası” başlıqlı bir məqalə yazmışdım. Görünür həmin yazını çox bəyənmişəm ki, on il sonra çap etdirdiyim “Seçmə esselər”ə onu da salmışam. Həmin yazını yenidən oxuyanda faydalı heç nə tapmadım, amma bir tərəfdən də məmnun oldum ki, bugünkü fikirlərimlə ziddiyət təşkil edən heç nə yazmamışam: çünki mister Midlton Murrinin “iç səs” mövzusuyla bağlı düşüncələrini rədd etməyimi bir yana qoysaq (mən o yazıda köhnə aporia olan Fərdi hökmlər, yoxsa Avtoritet mövzusunda polemika edirdim), kəskin reaksiya verməyimə nəyin səbəb olduğunu xatırlaya bilmirəm.

Davamı →

Robinzon haqqında

Uşaqlıq dövründə daha çox "İsveçrəli Robinzon” kitabını mütaliə etməyi xoşlamışam (İohan Rudolf Vissin (1782-1830) yeniyetmələr üçün qələmə aldığı macəra romanı nəzərdə tutulur – A.B.).  Qənaətimcə, bu kitab Daniel Defonun «Robinzon Kruzo” əsərindən daha üstündür.  Doğrudur, mən bilirdim ki, Daniel Defonun romanı özünün fəlsəfi xüsusiyyətləri ilə daha zəngindir. Əsərdə təsvir olunan tənha insan obrazı  günlərin bir günü qumun üzərində çılpaq ayağın izlərini aşkarlayır. Amma Vissin əsəri özünün zəngin hadisələri və macəraları ilə cavan beyinlər üçün daha maraqlı görünür.

Davamı →

...


Bu nə cür sükutdu? — kar etdi məni.
Bu nə qaranlıqdı? — kor etdi məni.
Bu nə arzu idi? — gor etdi məni.
Bilmirəm, gor mənəm? ya bu gordakı?
 
Göylərdən gələrək dünya qoynuna.
Yeni hərisliklə düşdük oyuna.
Deyəsən, bu dünya salıb toruna?
Nə qədər xoşbəxtdir, görən tordakı?
 
Çox da Səmalarda yazılsın ayyət -
Özümüz kirliyik, kirlidi niyyət.
Günahlar üstünə yeni qəbahət
Yazmaqdan yorulur indi ORDAKI.

Cavidan Hacıyev

Davamı →