Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Qadın ürəyi I Tofiq Bayram

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Ardı →

Allahsız Dünya

Bir zaman Allaha inam varıymış,

Onda bütün canlı bəxtiyarıymış.

Elə ki, inamı itirib bəşər,

Ayaq açıb fitnə, tüğyan edir şər.

İnsanlar allahlıq edəndən bəri,

Fəlakət gözləyir bütün bəşəri.

 


Ardı →

Salam Sarvanın şeirləri

MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.


Ardı →

Bayquş istəyi

Quşların içində bayquşdan yoxdu,
bayquşun quşlardan fərqi çox çoxdu.
Ayrı bir düşüncə gəzər başında,
gizli dünyası var lal baxışında.

Səsindən vahimə, dərd yağar hər dəm,
dimdiyi yırtıcı, caynağı möhkəm.
Gündüzlər oturub tökər yüz tədbir,
gecələr ovlayar ovunu bir-bir.
Ardı →

Heyif I Bəxtiyar Vahabzadə

Heyif o gözlərə o baxışlara,
Özgə birisinə baxacaq həmən.
Heyif o ilahi qövsi qaşlara,
Sınacaq kədərli düşüncələrdən.


Heyif o alovlu ötən çağlara,
Uçan yad budağa tez qonacaqdır.
Heyif gülə bənzər o dodaqlara,
Özgə bir dodağa toxunacaqdır.


Gülüm heyif sənə yazıqlar mənə,
Qoruya bilmədim məhəbbətimi.
Özüm bilə-bilə verirəm yenə,
Özgə birisinə səadətimi.


Davamı →

Dilənçi I Mikayıl Müşfiq

Sərt, soyuq bir qış gеcəsi, səma bəyaz, yеr bəyaz,
Uğuldayan кüləкlərlə sarsılmada soxaqlar.
Hər кimin кi, qanadı var çovğun olsa darılmaz,
Fəqət yеnə bu soyuqdan qısılmada soqaqlar.
Ardı →